Mənə elə gəlir ki soruşacağım sualı yaxşı düşünəcək, sonra da diqqətlə cavab verəcəksiniz. Bəli, düşünərək cavab vermənizi istədiyim sual belədi: "Heç özünüzü araşdırdınızmı, siz xidmət edən müsəlmansınız, yoxsa xidmət görən?" Başqa bir ifadə ilə: "Xidmət edənsiniz, yoxsa xidmət edilən?"
Yəni həmişə başqaları xidmət edir, siz də istifadəmi etməyi seçirsiniz? Yoxsa siz də hərəkət edir, əlinizdən gəldiyi qədər iştirak edirsiniz?
Avamın anlayışı: "Siz oturun, sizə xidmət etsinlər. Çünki siz fərqli insansınız. Başqaları etsin, siz xeyrin görün, sizə xidmət etmək yaraşmaz". Bunlar Allah Rəsulunun təsdiq buyurmadığı, saf İslamın da uyğun tapmadığı anlayışlardır.
Bir döyüşdən evə qayıdış zamanı fasilə verilmiş, günorta yeməyi hazırlamaq istəyən səhabələr dəvəni necə kəsəcəkləri barədə danışırlar. Biri deyir: "Mən dəvəni gətirim", o biri "Mən də kəsərəm", bir başqası da "Ətləri hazırlayım" deyərkən Allahın Elçisi də oturduğu yerdən qalxıb deyir:
-Mən də kənarlardan odun yığıb ocağın yanına gətirim.
Deyirlər:
- Ya Rəsulullah! Siz oturun, biz xidmət edər, hüzurunuza gətirərik!
Allahın Elçisi belə buyurur :
-Bilirəm ki,, siz xidmət edər, ayağıma gətirərsiniz. Ancaq mən başqaları xidmət edərkən, tamaşaçı olmaq istəmirəm. Mən də xidmət edənlər arasında olmaq istəyirəm.
Allahın Elçisi xidmət edilən deyil, edən olmağı belə seçir, belə olmağı bizə təqdim etmiş olur.
Səhabələr arasında bir şəxs haqqında elə-belə danışılarkən biri söhbəti belə başladı. Dedi ki:
-Mən bir nəfərlə Həccə getdim, çox ibadət edən biridir. Hər fasilə zamanı dərhal namaza durar, çox ibadət edərdi.
Əfəndimiz belə soruşdu:
- İibadət edərdi, bəs dəvəsinin yeməyini, suyunu kim verər, özünün xidmətini kim edərdi?
Dedi:
-Xidmətini biz edərdik.
Əfəndimiz burada da tarixi sözünü belə söylədi:
-Demək, siz ondan çox ibadət etmisiniz!
Çünki o, xidmət edilənlərdən olmuşdu, xidmət edənlərdən deyil.
Bu mövzuda ən təəccüblü bir misal da məşhur vaiz Yəhya min Muazın qardaşına söylədikləridir. Məkkədə müsavir olan qardaşı göndərdiyi məktubunda yazır:
-Burada, Məkkədə vəziyyətim çox yaxşıdır. Bir də xidmətçim var, mənə çox yaxşı xidmət göstərir.
Vaiz qardaşına belə xəbərdarlıq edir:
-Xidmət edilən olmaqla fəxr etmə, xidmət edən olmaqla fəxr et. Çünki xidmət edilmək Allaha məxsusdur. Xidmət etmək də qula məxsusdur. Sən Allaha məxsus sifətə sahib olmağı düşünmə, qula aid sifətə sahib olmağa çalış.
İndi özümüzə sual verək: "Bizim vəziyyətimiz nədir? Xidmət etməyi seçirik, yoxsa xidmət edilməyi?"
Deyək ki, ətrafımızdakıların həm maddi, həm mənəvi xidmətə ehtiyacı var. Biz necə düşünürük? Bunları həmişə başqaları edəcək, xidmət onların borcudur, bizim deyil. Yoxsa biz də ya maddi xidmət etməyə çalışır, xidmət edilən deyil, edən mövqeyinə yüksəlməyi seçirik?
Məncə, bu mövzu haqda düşünməyə dəyər. İstəsəniz, siz də düşünün: Xidmət edənlərdənsiniz, yoxsa edilənlərdən? Seyr edənlərdənsiniz, yoxsa yükün altına çiynini verənlərdən? Yoxsa sizə həmişə xidmət edilməlidir, siz heç xidmət etməməlisiniz? Sizin belə bir imtiyazınız varmı?
XƏBƏR LENTİ
Bakının prospekti göz önündə dəyişir
Putin: “Azərbaycan tərəfi Qarabağdakı abidə və ziyarətgahlara sərbəst girişi təmin edəcək”
Bu il Novruz möhtəşəm olacaq
Viruslar Android-li smartfonları sevir
Bakıda qeyzer pomidorları
Evlilik məsləhətləri
Meqan Markl və şahzadə Harri körpələri ilə-FOTO
Məşhur aktrisa İmicini Dəyişdi-FOTO
Dünyanın ən maraqlı 4 şəfalı su hövzələri
3 günə 5 kilo arıqla
Qadının incisi hicabdır
Görüş salatı (foto resept)
Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanlıların qəbirləri dağıdıldı
Məşhur aktrisa evinə girən fanatlarından yazdı-FOTO
Günün qoroskopu:İnadkar olmayın, gərəksiz mübahisələr etməyin!
Bu ölkədə internetə 2 milyon adam nəzarət edir
Ukraynada Xarkov respublikası yaradıldı
Portağallı şirniyyat (foto resept)
Beren Saat BBC-nin diqqətini çəkdi
Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb - AÇIQLAMA
Saç rezinləri
Ləziz tortlar
Qozlu kətə (foto resept)
56 yaşlı Səda Sayan FOTO paylaşdı
Qadını qısqandırmayın, yoxsa...
İranda zəlzələ olub
Uşağın düşüncələrini oxumağın ən rahat yolu
Sarımsağın faydaları haqqında
Yatmış gözəl pəhrizi
Xəyanət siqnalları
Alişan əməliyyat olundu-FOTO
Qadınlar əlaqədən necə imtina edər?
Nəhayət, "Şeytan üçbucağı"nın sirri açıldı - FOTO
Argentinanın Baş prokuroru Kamran Əliyevin erməni terrorçuluğu ilə bağlı məktubuna cavab verdi
Koronavirusun simptomları dəyişdi
İngilis dili-Uu
Cəbhədə baş verənlər Ermənistanda etirazlara səbəb olub
COVID-19-dan qoruyan altı məhsul açıqlandı
Ceyms Bond filminin premyera tarixi dəyişə bilər-SƏBƏB
57 ölkədən 32 sabiq prezident Bakıya gələcək
Saqqal saxlayan oğlanlara pis xəbər!
Düşüncə dərsi (5)
Oskar mərasimindən ən yadda qalan geyimlər
Kremli rulet(foto resept)
Tətildən sonra depressiyaya düşməyin
Göz təzyiqinin səbəbləri
Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Sevgililər gününü necə qeyd edək?
- ŞƏRHLƏR