Evdən çıxan zaman
Həzrət Peyğəmbər (s) buyurub: "Kim Ayətül-Kürsünü evdən çıxarkən oxusa, Allah-Təala onun üçün istiğfar və dua etmək üçün 70 min mələk göndərər. Əgər evə daxil olarkən oxusa, Allah-Təala onu kasıb və fəqir etməz!"
Hacət yazılarkən oxunan dua
Həzrət Əli (ə) buyurub: "Nə vaxt sizlərdən biriniz hacət yazarkən Ayətül-Kürsünü və Bəni-İsrail (Kəhf) surəsinin axırıncı ayələrini oxusa, hacətinə catar".
Qorxunu dəf etmək üçün
Vəlid ibn Səhih deyir: "İman Sadiqdin (ə) ziyarətinə gedəndə Şəhab ibn Əbdi Rəbbih mənə belə dedi: "İmam Sadiqə (ə) məndən salam deyərsən və ona yatarkən qorxduğumu söyləyərsən".
Onun sözlərini İmama (ə) çatdırdım. Həzrət buyurdu: "Ona deyərsən: yatmaq istəyərkən Muəvvizətəyni (Fələq və Nas surələri) və Ayətül-Kürsünü oxusun. Ayətül-Kürsü daha yaxşıdır".
İbrahim ibn Nəim imam Sadiqdən (ə) belə nəql edir: "Elə ki, qorxduğun bir şey ilə rastlaşdın, bu ayəni oxu: "Bismillahir-rəhmanir-rəhim. Rəbbi ədxilni mudxələ sidqin və əxricni muxrəcə sidqin vəcəl li mil-lədunkə sultanən nəsira".
Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! Ey Rəbbim! Məni daxil edəcəyin yerə xoşluqla daxil et, məni çıxaracağın yerdən xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!
Əgər qorxun artarsa, Ayətul-Kürsünü oxu.
Hamilə qadınlar üçün
İmam Sadiq (ə) buyurub: "Hamilə qadın hamiləliyinin dördüncü ayında üzünü qibləyə tutub, Ayətul-Kürsünü oxusun və yavaşca əli ilə böyrünə vurub desin: "Əllahummə inni qəd səmməytuhu Məhəmməda".
Tərcüməsi: İlahi, mən bu uşağı Məhəmməd adlandırdım. Əgər oğlan uşagı dünyaya gəlsə və o qadın əhdinə vəfa etsə (yəni uşağa Məhəmməd adı qoysa), Allah həmin uşağı saleh övlad edər. Amma Məhəmməd adı qoymasa, Allah-Təalanın haqqı var ki, uşağı onlardan alsın və ya ata-anası üçün saxlasın.
Qüdrətli və şərafətli olmaq üçün
Belə deyirlər ki, qüdrətli və şərafətli olmaq üçün 12 gün nəfsani istəklərə qalib gələrək, bu əməllər yerinə yetirilməlidir:
- Oruc tutmaq.
- Halal ruzi ilə iftar etmək.
- Qüsl almaq.
- Pak paltar geyinmək.
- Qüsldən sonra heç kəslə danışmamış 2 rəkət namaz qılmaq və səccadənin üstündə 1000 dəfə Ayətül-Kürsünü oxumaq.
Əgər insan bu 12 gündə ixlasla və saf niyyətlə bu əməlləri yerinə yetirsə, əlbəttə, öz istəyinə çatar və hacəti rəva olar.
Borcun ödənilməsi və ruzi bolluğu üçün
Kim borcunun ödənilməsi və ruzi bolluğu istəyirsə, cümə günü (və ya cümə axşamı günü) oruc tutsun və 2 rəkət aşağıdakı qaydada namaz qılsın:
- Namazdan qabaq 100 dəfə salavat desin.
- Namazın niyyətini öz hacətinə uyğun etsin.
- Hər rəkətdə "Fatihə"dən sonra 11 dəfə Ayətül-Kürsü və 25 dəfə "Tövhid" surəsini oxusun.
- Namazi qurtardıqdan sonra 41 dəfə Ya Vəhhab zikrini desin.
Zikrlərin əvvəlindən axırına qədər qədər heç bir söz danışmamağa səy göstərsin. Namazı qurtarandan sonra isə öz hacətini Allahdan istəsin. Allahın istəyi ilə müstəcəb olar.
Şeytanı uzaqlaşdırmaq üçün
Ayətullah Kəşmiridən soruşdular: "Şeytanları uzaqlaşdırmaq üçün hansı surə və ayələr faydalıdır?"
Buyurdu: "Ayətül-Kürsü və Muəvvizətəyni (Fələq və Nas surələrini) oxumaq.
XƏBƏR LENTİ
Azərbaycan 4G ilə əhatə ediləcək
Xurmanın saça faydası
Ev üsulu limonad (foto resept)
Profesional makiyaj (əvvəl/sonra)
Zəfəran maskası
160 il yaşayan xalqın pəhrizi üzə çıxdı
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir
Botoks etdirən qadının üzü çürüyür-FOTO
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
Selfi sevgisi 150 illik heykəli parçaladı
Türkiyədə fantastik büdcəli hind toyu -FOTO
Milli qəhrəmandan çağırış: “Diversiya müharibəsinə başlayaq”
Yaşlı halını xatırladığımız məşhurların cavanlığı
Kolleclərə ixtisas seçimi bu gün başa çatır
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Sabah Bakının bu hissələrində qaz olmayacaq
Evdə yemək masasının yeri
Brokoli ruleti (foto resept)
Çimərlik sahibləri Bakı merinin sərəncamını saymırlar
Dovğa (foto-resept)
İslandiyaya virtual səyahət
Prezident İlham Əliyev DSX-ni mükafatlandırdı
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlandı, 7 nəfər öldü
Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkar ediblər
Paralimpiyaçımız Avropa çempionu oldu
Meyvələri necə qurutmalı
Qızardılmış meyvə (foto resept)
Analar, ağıllı uşaq istəyirsiniz? Onda oxuyun
Hamiləlikdə pəhriz və qidalanmaq
Ermənilər ATƏT-i saymadılar: atəş açıldı
Şamaxı Astrofizika Rəsədxanası: Süni peyklərlə əlaqələr pozularsa, bu, texnogen fəlakətlərə gətirib çıxara bilər
Bilmək maraqlıdır
Müstəqillik də bu bəladan qurtarmadı
Məşhurlardan 6 gözəllik trendi
Möhtəşəm gəlinlik dəstləri
Daha 3 medal qazandıq
Xoşbəxt olmadığınız evlilikdə nə etməli?
Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Maradona yenə heyrətləndirdi
Xarici vətəndaşla nigah
Ecazkar qadının sirri
Qaymaqlı tort(foto resept)
İsveç alimləri daha bir ixtira - Dünyada ilk
Hər şey bitdi - Coli və Bred qərara gəldi
Michael Korsun 2017 qış kolleksiyası
Azərbaycanlı qadınlar niyə əcnəbilərə ərə gedirlər?
63 yaşlı ana və 40, 36, 41 yaşlı qızları...
Fəlakət ölkə ərazisini artırdı
- ŞƏRHLƏR