Qadin.NET / Duanın təsir və bərəkəti (2-ci hissə)

Duanın təsir və bərəkəti (2-ci hissə)

Duanın təsir və bərəkəti (2-ci hissə)

Evdən çıxan zaman

     Həzrət Peyğəmbər (s) buyurub: "Kim Ayətül-Kürsünü evdən çıxarkən oxusa, Allah-Təala onun üçün istiğfar və dua etmək üçün 70 min mələk göndərər. Əgər evə daxil olarkən oxusa, Allah-Təala onu kasıb və fəqir etməz!"

Hacət yazılarkən oxunan dua

    Həzrət Əli (ə) buyurub: "Nə vaxt sizlərdən biriniz hacət yazarkən Ayətül-Kürsünü və Bəni-İsrail (Kəhf) surəsinin axırıncı ayələrini oxusa, hacətinə catar".

Qorxunu  dəf etmək üçün

    Vəlid ibn Səhih deyir: "İman Sadiqdin (ə) ziyarətinə gedəndə Şəhab ibn Əbdi Rəbbih mənə belə dedi: "İmam Sadiqə (ə) məndən salam deyərsən və ona yatarkən qorxduğumu söyləyərsən".

    Onun sözlərini İmama (ə) çatdırdım. Həzrət buyurdu: "Ona deyərsən: yatmaq istəyərkən  Muəvvizətəyni (Fələq və Nas surələri) və Ayətül-Kürsünü oxusun. Ayətül-Kürsü daha yaxşıdır".

    İbrahim ibn Nəim imam Sadiqdən (ə) belə nəql edir: "Elə ki, qorxduğun bir şey ilə rastlaşdın, bu ayəni oxu: "Bismillahir-rəhmanir-rəhim.  Rəbbi ədxilni mudxələ sidqin və əxricni muxrəcə sidqin vəcəl li mil-lədunkə sultanən nəsira".

Tərcüməsi:  Mərhəmətli, rəhmli Allahın adı ilə!  Ey Rəbbim!  Məni daxil edəcəyin yerə xoşluqla daxil et, məni çıxaracağın yerdən xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!

    Əgər qorxun artarsa, Ayətul-Kürsünü oxu.

Duanın təsir və bərəkəti (2-ci hissə)

Hamilə qadınlar üçün

    İmam Sadiq (ə) buyurub: "Hamilə qadın hamiləliyinin dördüncü ayında üzünü qibləyə tutub, Ayətul-Kürsünü oxusun və yavaşca əli ilə böyrünə vurub desin: "Əllahummə inni qəd səmməytuhu Məhəmməda".

Tərcüməsi: İlahi, mən bu uşağı Məhəmməd adlandırdım. Əgər oğlan uşagı dünyaya gəlsə və o qadın əhdinə vəfa etsə (yəni uşağa Məhəmməd adı qoysa), Allah həmin uşağı saleh övlad edər. Amma Məhəmməd adı qoymasa, Allah-Təalanın haqqı var ki, uşağı onlardan alsın və ya ata-anası üçün saxlasın.

Qüdrətli və şərafətli olmaq üçün

     Belə deyirlər ki, qüdrətli və şərafətli olmaq üçün 12 gün nəfsani istəklərə qalib gələrək, bu əməllər yerinə yetirilməlidir:

  1. Oruc tutmaq.
  2. Halal ruzi ilə iftar etmək.
  3. Qüsl almaq.
  4. Pak paltar geyinmək.
  5. Qüsldən sonra heç kəslə danışmamış 2 rəkət namaz qılmaq və səccadənin üstündə 1000 dəfə Ayətül-Kürsünü oxumaq.

Əgər insan bu 12 gündə ixlasla və saf niyyətlə bu əməlləri yerinə yetirsə, əlbəttə, öz istəyinə çatar və hacəti rəva olar.

 

Duanın təsir və bərəkəti (2-ci hissə)

Borcun ödənilməsi və ruzi bolluğu üçün

Kim borcunun ödənilməsi və ruzi bolluğu istəyirsə, cümə günü (və ya cümə axşamı günü) oruc tutsun və 2 rəkət aşağıdakı qaydada namaz qılsın:

  1. Namazdan qabaq 100 dəfə salavat desin.
  2. Namazın niyyətini öz hacətinə uyğun etsin.
  3. Hər rəkətdə "Fatihə"dən sonra 11 dəfə Ayətül-Kürsü və 25 dəfə "Tövhid" surəsini oxusun.
  4. Namazi qurtardıqdan sonra 41 dəfə Ya Vəhhab zikrini desin.

Zikrlərin əvvəlindən axırına qədər qədər heç bir söz danışmamağa səy göstərsin. Namazı qurtarandan sonra isə öz hacətini Allahdan istəsin. Allahın istəyi ilə müstəcəb olar.

Şeytanı uzaqlaşdırmaq üçün

  Ayətullah Kəşmiridən soruşdular: "Şeytanları uzaqlaşdırmaq üçün hansı surə və ayələr faydalıdır?"

Buyurdu: "Ayətül-Kürsü və Muəvvizətəyni (Fələq və Nas surələrini) oxumaq.

19 avqust 2013
GO BACK