106. (Firon Musaya) dedi: Əgər möcüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!
107. (Firon bunu deyən kimi) Musa əsasını (yerə atdı) və o, dərhal (hamının gözünə) aşkar görünən bir əjdaha oldu.
108. (Sonra) əlini (qoltuğunun altından və ya cibindən) çıxartdı və o, bir anda baxanlara nur kəsildi.
109. Firon tayfasının əyanları dedilər: Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır.
110. O sizi yurdunuzdan çıxartmaq istəyir! (Firon da: ) Elə isə tədbiriniz nədir? - (deyə soruşdu).
111. Onlar dedilər: Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,
112. Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!
113. Sehrbazlar Fironun yanına gəlib dedilər: Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!
114. (Firon:)Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız! deyə cavab verdi.
115. Sehrbazlar dedilər: Ya Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!
116. (Musa: ) Siz atın dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər.
117. Biz də Musaya: Əsanı tulla! deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur.
118. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.
119(Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.
120. Onlar (hamı birlikdə) səcdəyə qapanıb
121. Dedilər: Biz iman gətirdik aləmlərin Rəbbinə -
122. Musanın və Harunun Rəbbinə!
123. Firon (onlara) dedi: Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz? Bu (sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!
124. Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!
125. (Sehrbazlar) belə cavab verdilər: Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)
126. Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!
127. Firon tayfasının əyan-əşrafı dedi: Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan? (Firon onlara) belə cavab verdi: Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)
128. Musa öz tayfasına: Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir! - dedi.
129. (Musaya iman gətirənlər) dedilər: Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik! (Musa onlara belə) cavab verdi: Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!
130. Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!
131. Onlara bolluq qismət olduğu zaman: Bu bizim (haqqımızdır)! deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!
132. (Firon adamları Musaya) dedilər: Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!
133. Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.
134. Onlara əzab gəldikdə dedilər: Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik.
135. Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular.
136. Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara etinasız yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.
137. Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq.
138. Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt! (Musa belə) cavab verdi: Siz, doğrudan da, cahil bir tayfasınız!
139. Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!
140. (Musa yenə) dedi: Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!
XƏBƏR LENTİ
Çay dəmləmənin qızıl qaydaları
Sosial şəbəkələrdə parollar dəyişdiriləcək
Dünyanın ilk sərnişin dronu
Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib
Tbilisi küçələrində yırtıcı leşləri yığırlar
"Amin" sözünün mənası və etimologiyası
Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib - VİDEO
Haker 24 dəfə cek-pot uddu
Tacikistanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə dəvət olunub
Banqladeşdə qasırğa: 38 ölü, 240 yaralı
Prezident İlham Əliyev Azərbaycan-Almaniya biznes forumunda iştirak edir
Gümüş qablar
Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA
47 yaşlı məşhur evlənməyə qərar verdi – FOTO
Bilmədiyiniz məlumatlar
Bürclərin pul ilə əlaqələri (1)
Qarabağdakı sülhməramlılar müşahidə postlarını qoruyucu vasitələrlə təchiz etdilər
"Barselona"nın yeni kapitanı kim olacaq?
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə - VİDEO
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Necə "Yox" deməli?
Ermənistanın daha bir polkovniki məhv edildi
Şir bürcünün 4 əsas xüsusiyyəti
Ronaldonun paxıllıq hissi onu əsəbiləşdirdi
Toyuq hininə oxşayan kitabxana
Vulkan püskürdü: xəsarət alanlar var
Hamilə Miranda Kerr -FOTO
Anomal hava daha bir ölkəni cənginə aldı
Sertap Erenerin bu davranışı xoş qarşılanmadı-FOTO
Soyuqdəymənin qəniminə rəqib çıxdı
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
HAVA necə olacaq?- 5 fevral
Dünyanın ən bahalı dodağı
Dünyanın ən maraqlı dilləri
İlham Əliyev Azərbaycanda koronavirus vaksinasiyasına başlanma vaxtından danışdı
İnkişaf etdirən tənbəllik
Kefir süddən daha faydalıdır
Nuh peyğəmbərin Qazqazdakı nəvələri
Kreativ qablar
Mövlanə sözləri-2
Vitaminlərin profisiti aritmiyaya səbəb olur
Anasının bir sözünə 100 kq arıqladı - FOTO
Bu domen 3,6 milyon dollara satıldı
Soyuq, ya isti?
Göbələk souslu küftə (foto-resept)
Körpələr üçün geyimlər
Bunları bilirsinizmi?
Kəlbəcərin yeni görüntüləri yayımlanıb - VİDEO
Avropa geri çəkildi
Britaniyanın bayrağı dəyişdirilə bilər
- ŞƏRHLƏR