1) Mehr.
Allah buyurur: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin! « (ən-Nisa 4)
2) Təminat
Allah buyurur: «Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin!» (əl-Bəqərə 233)
Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kişi yediyi zaman zövcəsini yedizdirməli, geyindiyi zaman onu geyindirməlidir (onu yemək və geyimlə təmin etməlidir). Kişi zövcəsinin üzünə vurmamalı, onu eybəcər çağırmamalıdır” (İbn Macə)
Allah buyurur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir.» (ən-Nisa 34)
3) Ağıllı və ədəbli davranış.
Allah buyurur: «Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.» (ən-Nisa 19)
4) Ədalət.
Allah buyurur: «Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!» (Nisa 129)
5) İslamın öyrədilməsi.
Uca Allah Qurani Kərimdə buyurur: « Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı (ailənizi) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). » (Təhrim: 6)
6) Zövcənin qeyrətini çəkmək.
Kişi zövcənin ehtiramını və qeyrətini qorumaq üçün qısqanc olmalıdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Üç nəfər heç vaxt Cənnətə girməyəcək: …., əd-dəyyus» Əd-Dəyyus- öz zövcəsinə və zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir.
Qeyd: Əlbəttə ki, burada ifrata varmaq olmaz!
XƏBƏR LENTİ
Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN
Depressiyadasınız?
Dollar yenə bahalaşdı
Böyük hücum planı
Prezidentin son iclasda verdiyi mesajlar
Skoliozun pəhrizi
Sinoptiklərdən hava müjdəsi
İlham Əliyev və Mehriban Əliyeva AXC-nin 100 illiyinə həsr edilən konsertdə olublar-FOTO
Praqa Qradı (Praqa kremli)
Bu da "iPhone 7"
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
Bu gündən açıq havada fəaliyyət göstərən kafe və restoranlar açılır
Əzrail bir anda milyonlarla insanın canını necə ala bilər?
85 saniyədə 1 milyard dollarlıq satış
Özünüzü yuxularınızla tanıyın: qırmızı enerjili, güclü insanların rəngidir...
Beşiklər
Seren Serengil növbəti qalmaqalda-işə polis qarışdı
İsveçrədən ermənilərə şok!
Geox payız kolleksiyası
Riyaziyyat və din arasındakı körpü - 3
Prezidentə maşınına görə 1 mln təklif etdilər
Yay salatı (foto resept)
E vitaminin saçlara faydaları
Bu da “Eurovision 2015”in qalibi
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
Evdəki tozdan yaranan allergiya və müalicəsi
12 dövlətin hərbi attaşesi Naxçıvanda
İnternetdən ayrılmadan edə biləcəkləriniz
Lalə (Tulipan) gülü
Bakıda avtomobillər saatda 340 km sürətlə idarə olunacaq
Alimlərdən QORXUNC XƏBƏRDARLIQ
Azərbaycanda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
Bakıda şaxtalı havalara son
İranda zəlzələ oldu
Bu gün ay tutulması olacaq
QADIN HƏR ZAMAN GÖZƏLDİR...
11 yaşlı oğlan milyonları heyrətləndirdi-FOTO
Qələmkarlıq və xatəmkarlıq
Hər 40 saniyədə bir nəfər intihar edir
Bizim Maşa dünyada birincidir
Dəbdə olan ətirlər
"Topçular"ın atıcısı sıradan çıxdı
Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı
Göbələkli toyuq plovu (foto resept)
Əmin deyilsən, yol qəzalarıdır, yoxsa müharibə...
Azərbaycanda evlilər bu halda cinayət məsuliyyətinə cəlb olunacaqlar
Körpələrdə immunitetin yaranmasının əhəmiyyəti
HAVA necə olacaq?-5 Noyabr
Yuxu yozmaları - A
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
- ŞƏRHLƏR