Müqəddəs Quranda mənzilin idarə olunması və tədarükü barəsində bir sıra göstərişlər bəyan edilmişdir:
Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər (onların hamisidirlər). Bu, ALLAHın onlardan birini digərinə üstün etməsivə (kişilərin)öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Nisa 34.
Bu ayənin mənası belədir: Qadın qızılgülə, kişi isə möhkəm gövdəli bir ağaca bənzəyir. Zərif təravətli olan qızılgülün qızmar günəş istiliyinə, küləyə, tufana və qışın sərt soyuğuna dözümü olduğu kimi, qadının da ağır, yorucu ictimai işlər qarşısında müqaviməti və dözümü yoxdur. Belə ki, istər kişi, istərsə də qadın olmazsa, həyat mənasız və passiv yaşayışa çevriləcəkdir. Məhz belə bir yaşayışdan uzaq olmaq üçün mənzil tədarükü və ağır işlər kişinin üzərinə, evdarlıq və zərif işlər isə təbiətinə uyğun olaraq qadının üzərinə qoyulmuşdur. Aydın məsələdir ki, bu xüsusiyyət kişinin qadından üstün olmasını sübuta yetirən dəlil sayıla bilməz.
Quranın "Kişilər qadınların hamisidir" - buyurduğu ayəsinin mənası, kişinin qadın üzərində yaranış və xilqət baxımından üstünlüyü deyil, əksinə "yüksək düşüncə və idrak" qabiliyyətinə malik olmasıdır. Belə ki, qadın da öz təbiətinə görə kişiyə nisbətən ülfət, hüsn-rəğbət, dostluq, məhəbbət və s. kimi üstünlüklərə və səciyyəvi xüsusiyyətlərə malikdir. Həmçinin qeyd etmək lazımdır ki, mübarək ayənin məqsədi qadının təhqir kimi qiymətləndirilə bilən zəifliyini bəyan etmək deyil. Əksinə, kişinin qadına nisbətən təbiət fərqini xatırlamaqla, onun üzərinə düşən böyük məsuliyyətlərə işarə etmiş olmuşdur.
İlk öncə xatırlatmaq lazımdır ki, kişi öz həyat yoldaşından paltar yumaq, xörək bişirmək, uşaqları saxlamaq və bu kimi işləri tələb etməməlidir. Çünki bu məsələlərlə bağlı qadın üzərində kişiyə heç bir hüquq təyin edilməmişdir. Şəriət nöqteyi nəzərdən ərin həyat yoldaşından yalnız "şəhvət ehtiyacında onu razı salmasını" tələb etmək haqqı vardır.
Lakin digər məsələlərlə əlaqədar kişinin qadına əmr etmək haqqı yoxdur, amma qadın öz vəzifəsinə layiqincə yanaşmalı, uşaqlara qayğı göstərməli, xörək bişirməli, ailə üzvlərinin sağlamlığı və rahatlığı üçün evin təmizliyinə çalışmalıdır. Ləyaqətli qadın əri evə gəlməmişdən öncə onun rahatlığı üçün lazım olan tədbirləri görməlidir. Qadın-kişi münasibəti məhəbbət, dostluq və səmimiyyət əsasında qurulmalıdır. Onların əlaqəsi qanun, vəzifə və hökm etməklə deyil, eşq-məhəbbət və zövq xarakteri daşımalıdır.
Qurani Kərimdə Allah buyurur:
"Əməlisaleh qadınlar (ərlərinə) itaətkardırlar Allahın onları hifz etməsi müqabilində gizli şeyləri (ərlərinin sirlərini,mal dövlətini və özlərinin namusunu,şərəfini) qoruyub saxlayırlar" .
Mubarək ayədə ləyaqətli qadının iki xususiyyəti bəyan edilmişdir:
1.Təvazokar və itaət edən
Əgər bir qadın öz ərinə laqeyd olarsa həqiqətən özünün fitri və ilahi xilqətinə qarşı çıxmışdır. İslam baxımından ləyaqətli qadın, ərinə itaət edib, onu ailədə böyük kimi tanımalıdır. Amma kişinin böyüklüyü onun ailədəki kobud və zorakı rəftarı ilə deyil, xeyirxahlığı və dürüstlüyü ilə ölçülməlidir. Öz ərinin göstərişinə diqqət və əhəmiyyətlə yanaşmaq qadının ən öndə olan vəzifələrindəndir.
2.İffətli və pak olmaq
İslamın ləyaqətli qadın üçün qeyd etdiyi ikinci xüsussiyyət "iffət və paklıqdır". Qadın istərsə gizlində, istərsə də aşkarda haram işlərdən çəkinərək öz iffətini, abır-həyasını qorumalı, hər zaman və hər yerdə "pak-pakizə" olmalıdır. Yəni qadının öz iffətini və paklığını qorumasına ərinin onun yanında olub olmaması təsir göstərməməlidir.
Qadının vəzifələri
Həyat yoldaşının evə gəlişindən qabaq onu qarşılamaq, qarşılayarkən onu xoş təbəssümlə salamlamaq, yanında oturub sevinclə deyib gülmək, şadlıq və xoşhallıq yaratmaq qadının ən əsas vəzifələrindən sayılır.
XƏBƏR LENTİ
Viza anlaşmasında qazancımız nə olacaq?
Qozlu, ballı tort (foto resept)
Günün ulduz falı - 13.01.2014
Koronavirusun üç növü müəyyən edilib - XƏRİTƏ
Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür
Qədim İspan şəhərində gəzinti
Yoqaya indi başlamağınız üçün 12 səbəb
"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"
Hava haqqında
Həyat yoldaşınız sizi hələ sevirmi?
Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu
Günə gümrah başlamaq üçün 3 idman hərəkəti
Günün ulduz falı - 30.03.2014
Keti Holmsun yeni sevgilisi Castin Terudur
Qadınla kişinin fərqi
Hamiləlikdə dəri dəyişkənliyi
Gül vida görüşü etdi
Tətildə izləyə biləcəyiniz filmlər
İştah azaldan qidalar
Sabahın HAVAsı
11 mühüm simptom
Bəxtiyar Vahabzadə
Doğum gününə görə xarekter (oktyabr)
Rusiya Qarabağa qoşun yeridir
Türkiyəni qana boyayan 18 yaşlı qız
Nazir: “Valideynlərdə koronavirus aşkarlansa da, övladlarını məktəbə göndərirlər”
Lazanyalı rollı (foto resept)
Ermənilərin Bakı qorxusu
Əlilləri sevindirəcək xəbər
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Temperatur yüksəldikcə suçiçəyinə yoluxma... - Səhiyyə Nazirliyi
“Çirkli moda”: Məşhur brend ot ləkəli şalvarları inanılmaz qiymətə satışa çıxardı
Amenore – aybaşı gecikməsinin səbəbləri
Həyata sarıl
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
ABŞ-da 3G şəbəkəsi dayandırılır
Qış xəstəliklərindən qoruyan 3 ərzaq
Tulin Şahin ana oldu-FOTO
Ballı limonlu keks
Şeyma Subaşı paylaşdığı FOTO ilə diqqət çəkdi
Evində şir saxlayan məşhur bakılı qadın vəfat edib
Gözəl divar rəsmləri
"Sıla" serialının baş qəhrəmanları AÇIQLAMA verdilər
Facebook-da çoxdan gözlənilən yenilik
Qızıl ayaqqabı: ərəblər bunu da etdilər
Britni Spirs izləyicilərinə etiraf etdi
Məşhur serial belə çəkilir - FOTOSESSİYA
İrina Şeyk yeni FOTO paylaşdı
Operativ Qərargah vətəndaşlara MÜRACİƏT ETDİ
- ŞƏRHLƏR