Əməllərin qəbul olunması üçün iki əsas şərt var. O şərtlərdən birincisi Allah qorxusu - təqvadı. Təqva olsa əməl qəbuldur, əməl qiymətlidir, yəni əməl insanı günahdan saxlasa, qiyməti var, ibadət insanı günahdan saxlasa, qiyməti var. Əməli çətinləşdirən budur. Namaz özü 10 dəqiqə çəkir. Amma namazın çətinliyi budur ki, namazda dediyin sözlərə əməl eləyəsən. Təqvanın mənası budur. Günah qabağına çıxanda namaz gözünün qabağına gəlsin, səni günahdan saxlasın. Namazın bu gücü olsun ki, səni bu günahdan saxlaya bilsin. Namazın bu gücü varsa, qiyamətdə çəkisi ağır gələcək. Namazın bu gücü olmazsa, elə zahiri əməllərdən ibarət olacaq, sənə qalan (üzr istəyirəm) əyilib-durmaq olacaq. Əgər bu namazın ruhu yoxdursa, əgər namaz səndən günah arasında sənə mane yaratmırsa, ona qiyamətdə çox böyük qiymət vermiyəcəklər.
Allah bir cümləylə buyurub: "Ancaq və ancaq Allah əməli təqvalılardan qəbul edəcək. Ancaq Allahdan qorxan, günahdan çəkinən insanın əməlini mən qəbul edəcəm!"
Əməlin qəbulu da sənə zarafat məsələ gəlməsin.
Hədisdə var: Kimin iki rükət namazı qəbuldusa, cənnət əhlidi. Ömründə qıldığın iki rükət namazını Allah qəbul eləsə, bütün əməllərini qəbul edəcək. Yəni bütün ömür buna xidmət eləməlidir ki, heç olmasa iki rükət namazın Allah dərgahında qəbul olsun.
Əməlin qəbul olunmasının ikinci şərti niyyətin təmiz olmasıdır. Necə insanın bir cismi var, eləcə də bir ruhu var. İnsanın insanlığını nə müəyyən edir? Onun ruhu... İnsana qiymət verəndə onun cisminə yox, ruhuna qiymət verəcəklər. Ola bilər insan təmiz geyinə, gözəl qiyafəsi ola, amma ruhu çox çirkin ola...
Qiyamətdə də insanın ruhuna qiymət verəcəklər. Necə insanın ruhu var, cismi var, ibadətlərində ruhu var, cismi var. İbadətin cismi onun şəklidir. İbadətin ruhu onun ixlasıdır, ibadət edənin niyyətidir, əməli dəyərləndirir.
Hədisdə buyurulub: "İstəyirsizmi biləsiz xalis əməl hansıdı? Baxın görün o əməl üçün kimdənsə tərif gözləyirsizsə, o, xalis deyil. Adam var əməl edir, istəyir onu tərifləsinlər, camaatın tərifinə görə əməl edir, ehsan verir camaatın tərifinə görə ki desinlər bu səxavətli adamdı, namazı elə qılır ki, camaat görüb bunu tərif eləsin, orucu belə, ibadəti belə... Ən böyük bədbəxtçilik əməli başqalarına görə etməkdir. Əməl Allaha bağlı olarsa... Allah deyir mən əvəzin verəcəm. Başqalarına bağlı olarsa, gedin əvəzini onlarda axtarın, onlardan istəyin. Mükafatını camaatın özündən istəyin."
Qiyamətdə əmələ qiymət verəndə iki cəhətdən əməlimizə baxacaqlar, bu gün bunu bilmək bizə mühümdü. Bir baxacaqlar bu əməl bizi nə qədər günahdan saxlayıb. Bu bir... İkincisi baxacaqlar bu əməl kimə görə idi, Allaha görə idi yoxsa yox. Bu iki meyarla bizim əməlimizi qəbul edəcəklər. Ona görə də bu iki cəhətə bu dünyada bizim fikir verməyimiz çox vacibdir, çox mühümdü.
Əməli eləməkdən çox gəlin, onu qorumağa fikir verək. Bu gün namaz qıldıq, adam var, bu namazı qiyamətə qədər qalacaq, qiyamətdə bu namazı qarşısında görəcək. Adam da var, bir saatdan sonra namazı aradan gedəcək. O qalır insanın özünə. Adam var əməllərini özüylə qəbirə, qiyamətə aparır, adam da var, edir, bir saatdan sonra günah etməklə zay edir. O, insanın ibadətdən sonra etdiyi əməllərdən asılıdır.
Hədislərdə var, ata-ana "ah" çəksə, insandan narazı olsa, əməlləri batil olacaq. Ananın ahı od kimi gələr, əməlləri külə döndərər. Valideynlik, haram tikə, qeybət - bunların hamısının hədisləri var..
Əli (ə) bir fəqirə - bir yoxsula bir balaca üzük verdi, Allah Quranda onu təriflədi. Adam var məscidlər tikir, amma Allahın yanında heç qiyməti yoxdu, çünki Allaha görə eləmir, çünki halal pulla eləmir. Ona görə tikir ki, onun adı məhşur olsun. Elə adam da var ki, Əli (ə) kimi bir üzüyü verir, Allah Quranda tərif edir.
Görürsüz insanların əməllərində fərq var. İnsan var ölür, ölümü ilə çox qiymət tapır, insan var ölür, ölümünün heç bir qiyməti yoxdu.
Hz. Məhəmməd (s.a.s.) buyurub: “Qiyamət günü Cənnətə ilk çağırılacaq insanlar varlıqda da, darlıqda da Allaha çox həmd edənlərdir.”
Müəllif: Hacı Şahin Həsənli
XƏBƏR LENTİ
UNO qatarı haqlamaq istədi
İlham Əliyev fəxri adlar verdi
Ərik mürəbbəsi
Prezidentdən yanğın tapşırığı
Qırışlar üçün maskalar
Heydər Əliyev Fondu Rumıniyada uşaq evinə yardım edib
Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)
Feyxoa cemi və ya mürəbbəsi
Hava haqqında
İrem Dericinin Ayrılıq xəbərləri yayıldı-FOTO
Hamiləlikdə özünə qulluq
Ukrayna bu şəhəri itirdi
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi
Sukerberqin sərvəti 23 milyard azaldı
Bakı metropolitenində nəzarət profilaktik tədbirləri gücləndirilib
Makiyaj (əvvəl və sonra)
Pişik qatili dahi bəstəkar – YANLIŞ BİLDİKLƏRİMİZ
Yeni il manikürü
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Taksiyə mindi, 18 min avro borcla düşdü
Sabah qar yağacaq
Rusiyanın peyvəndi ilə bağlı üzücü xəbər: 6 ay sonra...
Qadın və ananın həqiqi məqamı
Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab çap ediləcək
Xaçmazda daha 12 kənd qazla təmin olunacaq
Bu da yeni Nissan Qashqai
Karandaşdakı ibrət
Limondan 7 gözəllik sirri
İspan dili 16-cı dərs
Şoyqu sülhməramlıların Qarabağda yerləşdirilməsi planlarından danışdı
Gecə yemək sindromu
Atılmışdı, ev tapdı
Sosyopatı necə tanımalı? (2)
Rəqəmləri birləşdir-6
Şahzadə Diananın avtomobili Satışa Çıxarıldı - ŞOK MƏBLƏДћ
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
Məntiqi çalışmalar
Yediyimiz toyuqlar belə şişirdilir
Bu qız minlərlə adamı müsəlman edib
Dünyanın ən ucuz smartfonu istehsal ediləcək
Noyabrın 7-də Göyçay bayram edəcək
Ağır şəraitdə yaşayan ailələrə şad xəbər...
Günün ulduz falı
Azərbaycanda koronavirusa 4 451 yeni yoluxma qeydə alınıb, 39 nəfər vəfat edib
7 yaşlı dəb şəhzadəsi
Şükufə Yusupova "Şöhrət" ordeni ilə təltif edildi
Yay aylarında enerjimizi qoruyaq
Çay və qəhvə haqqında bilmədiklərimiz
Onlar yaşlanmaq əvəzinə daha da gözəlləşiblər
Azərbaycanda quraqlıq yumurtanı da bahalaşdırdı
- ŞƏRHLƏR