Bizim Tarla "Yaşıl Noxud" məhsulu - "Yerli, Dadlı, Yumşaqdır"
Noxud - qədim dövrlərdə, əsrlər boyu insanlara aclığın öhdəsindən gəlməsi üçün yardımçı bir bitki olmuşdur. Mühüm səbəblərdən biri onun yetişdirilməsinin çətin olmamasıdır. Artıq uzun illərdir ki, Çin, Hindistan, İtaliya, Fransa və digər ölkələrdə də insanlar müxtəlif yeməklərin hazırlanmasında yaşıl noxuddan istifadə edir.
Yaşıl noxudun yetişdirilməsinə təxminən XVI əsrdə, ilk dəfə hollandlar tərəfindən başlanılmışdır. Lakin yaşıl noxudun vətəni olaraq, Hindistan, Tibet və Aralıq dənizi ölkələri qəbul edilir. Müxtəlif Avropa ölkələrində yaşıl noxudun insanlar tərəfindən bir qida məhsulu kimi dəyərləndirilməsi də fərqli olmuşdur. Yunanlar yaşıl noxudu kasıb əhalinin qida məhsulu kimi qəbul etsələrdə, İngiltərədə yaşıl noxud delikates və çox dəyərli qida məhsulu kimi qəbul edilirdi. Eyni zamanda Çinlilər yaşıl noxud haqqında, varlıların istifadə etdiyi qida məhsulu kimi düşünürdülər.
Yaşıl noxud adına, insanların əksəriyyətinin alış-veriş siyahılarında rast gəlməmək mümkün deyil. Hər şey olduqca sadədir. İlk növbədə, yaşıl noxud bir çox salatların, qarnir və ya quru və duru yeməklərin hazırlanmasında rahatlıqla istifadə edilir. Hal-hazırda dünyanın bir çox ölkələrində yaşıl noxuddan istifadə etməklə hazırlanan yüzlərlə yemək, salat, qəlyanaltı resptləri mövcuddur. Həmçinin dietoloqlar, bir çox pəhriz yeməklərinin hazırlanmasında yaşıl noxudun əvəzsiz olduğunu qeyd edirlər. Digər önəmli məqam, konservləşdirilmiş yaşıl noxudun qatqısız olması və tərkibində heç bir əlavə konservantın olmamasıdır!
Yaşıl noxudun tərkibi insan orqanizmi üçün mühüm əhəmiyyət kəsb edən, qida dəyərləri, mineral və vitaminlərlə olduqca zəngindir. Tərkibi A, B, C, H vitaminləri, fosfor, kalium, kalsium, kükürd, maqnezium və dəmir kimi minerallarla zəngin olan yaşıl noxud, digər tərəvəzlərlə müqayisədə ən azından iki dəfə daha artıq kaloriyə sahibdir.
Müassir texnologiyalara əsasən hazırlanan konservləşdirilmiş məhsul, tərkibində olan insan orqanizmi üçün əhəmiyyətli sayılacaq qida dəyərlərini uzun müddət qoruyub saxlamaqda davam edir.
Tibb işçiləri tərəfindən sübüta yetirilmişdir ki, yaşıl noxud insan orqanizmində bir çox xəstəliklərin müalicəsi, infarkt, hipertoniya, xərçəng xəstəliyi risklərinin isə böyük ölçüdə azaldılması üçün əvəzsiz bir vasitədir. Davamlı olaraq qədərində istifadəsi, qaraciyər və böyrək xəstəliklərinin müalicəsi üçün uğurlu seçimdir.
Azərbaycanda ilk dəfə olaraq "Bizim Tarla" markası ilə yerli və təzə yaşıl noxuddan konserv istehsal edilərək bazara təqdim edilmişdir. Biləsuvarda yerləşən Natural Green Land kənd təsərrüfatı kompleksində 152 hektarlıq ərazidə yaşıl noxud əkinlərinə başlanılmaqla Azərbaycanın qida istehsalı sektorunda bir ilkə imza atdı.
Azərbaycanda ilk yerli yaşıl noxud tarlası məhz burada salınmışdır və "Bizim Tarla" markası ilk yerli yaşıl noxud konserv markasıdır!
Şəhərimizin mağaza rəflərində 360 və 700 qramlıq şüşə qablaşdırmalarda rastlaşaçağınız "Bizim Tarla" yaşıl noxud konservləri tam gigyenik şəraitdə, əl dəymədən hazırlanır. Yaşıl noxud seçərkən, yerli mala üstünlük verməyiniz daha məqsədəuyğundur. İdxal edilən digər ölkə məhsullarından fərqli olaraq, "Bizim Tarla" yaşıl noxud konservlərinin tərkibində heç bir əlavə qatqı və konservant yoxdur. Məhsullar tarladan toplanır, əl dəymədən, gigyenik şəraitdə yuyulduqdan sonra qablaşdırılır.
Azərbaycanın ilk milli qadın portalı, xanımların mətbəxlə bağlı müraciət etdiyi ən böyük resept arxivi olan layihə olaraq, yerli istehsalımız olan dadlı, yumşaq, yüksək keyfiyyət göstəricilərinə, Global GAP sertifikatına* sahib olan "Bizim Tarla" yaşıl noxudlarından istifadə etmənizi tövsiyyə edirik!
* - GAP sertifikatı ona zəmanət verir ki, konkret məhsulun yetişdirilməsi mərhələsində bütün tələb və məsləhətlərə əməl olunub. Məhsulda zərərli kimyəvi maddələr, həmçinin mexaniki və mikrobioloji çirklənmə yoxdur!
XƏBƏR LENTİ
Dünyanın sonu yaxınlaşır
Gülməli heyvan şəkilləri
Ermənilər Dağlıq Qarabağı itirir
Nişan üçün don modelləri
Cənubi Koreyada məcburi maska rejimi tətbiq edildi
Nazirlik “Arsak” qalmaqalına aydınlıq gətirdi
"SHELL" Residence by Kotari Ide
Badımcan küküsü (foto resept)
Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ
Dünyanın ən qocaman ailəsi özünün uzunömürlülük sirrini açıb
Vanqanın 2020-ci il PROQNOZU
Jennifer Lopez ilin ikonası adına layiq görüldü-FOTO
1 gün ac qalmağın sağlamlıq üçün 10 FAYDASI
Aygün Bəylərin ərə getmək xəbəri YALAN ÇIXDI - VİDEO
Bananlı tort (foto resept)
"Halloween" mövzulu tortlar
Maraqlı görünüşə malik tortlar
Hadise yenə "hadisə" yaratdı-FOTO
Türkiyə prezidentinin Qarabağ arzusu
Arıqlamaq üçün üsullar
Günün qoroskopu:Hisslərinizin əsiri olmayın
İtirdiyi 1000 lirəni tapan qadın dəli oldu
Mövsümün ilk "El Klassiko"sunu qaçırmayın: "Real" "Barselona"nın qonağıdır
Yay havası gəlir
Kadir Neslihanı belə TƏBRİK ETDİ - FOTO
Ölümün bir addımlığında: Beyin travması
Siqareti tərgitmək üçün yeni üsul
Beyin qanaması keçirən Şeroun Stoundan ETİRAF
Azərbaycanda yağış yağacaq, şərq küləyi əsəcək
Gülən uşaqlar 4
Günəşli hava sabah da davam edəcək
Dollarla krediti olanlara ŞAD XƏBƏR
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı
Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu - VİDEO
"Azərbaycanda qadınların siyasi fəallığı artır"
Rəcəb Tayyib Ərdoğan nazirlərlə səfərə çıxdı
Onlara yox deyə bilməyəcəksiniz
Uşağa hansı adları qoymaq məsləhətdir?
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur
Məşhur cütlük yenidən boşanır-SƏBƏB-FOTO
Hava haqqında
Təhsil Nazirliyi TQDK-nın mövqeyini cavablandırdı
Cadugərlik,sehrbazlıq,ovsunçuluq- bunlara inanırsınızmı?
Daha 3 medal qazandıq
Vitaminlərin sirləri
Üçrəngli bayrağımız Azərbaycan səmasında - VİDEO
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Türkiyənin son Ukrayna qərarı
Nəticələr açıqlandı: 4 nəfər 700 bal toplayıb
Cəbhədə gərgin gecə
- ŞƏRHLƏR