TƏBRİKLƏR!!!
Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsinin final şousu ölkəmizin qələbəsi ilə başa çatıb. Azərbaycan 221 xalla 1-ci yeri qazanıb. 2-ci yerdə İtaliya, 3-cü yürdə isə İsveç iştirakçıları qərarlaşıb.
Ölkəmizə Rusiya(12), Hollandiya(6), Kipr(8) , Ukrayna(10), Finlandiya(5),İslandiy a(8) ,Slovakiya(7), Avstriya(8) , Polşa(8) , İsveç(3), San-Marino(10), Türkiyə(12), Yunanıstan(5), Gürcüstan(8) , Fransa(6), Xorvatiya(10), Belarus(6), Rumıniya(10), Albaniya(8) , Malta(12), Portuqaliya(8) , Litva(8) , Bosniya Hersoqovina( 8) , Estoniya(8), Moldova(10), Belçika(3), Latviya( 2) verdikləri xallarla birincilik qazandırıb.
Şounu tamaşaçılara Almaniyanın 3 ən məşhur aparıcısı təqdim edib. Qeydə alınmış statistikaya əsasən müsabiqəni 35 min tamaşaçı izləyib.
Qeyd edək ki, müsabiqəyə ev sahibliyi edən ölkə, eləcə də “Eurovision”un “böyük beşliyi” - Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya mübarizəyə birbaşa finalda qoşulub.
İlk olaraq səhnəyə finlandiyalı müğənni Paradis Oskar çıxıb. O, ilk iştirakçı olsa da, qətiyyən həyəcanlı görünməyib.
Daha sonra müvafiq ardıcıllıqla, Bosniya və Hersoqovina, Danimarka, Litva, Macarıstan, İrlandiya, İsveç, Estoniya, Yunanıstan, Rusiya, Fransa, İtaliya, İsveçrə, Böyük Britaniya, Moldova, Almaniya, Rumıniya, Avstriya, Azərbaycan, Sloveniya, İslandiya, İspaniya, Ukrayna, Serbiya təmsilçiləri səhnədə öz istedadlarını nümayiş etdiriblər. Müsabiqənin sonuncu ifaçısı Gürcüstandan “Eldrine" qrupu olub.
Daha sonra nəticələr elan olunub. Səsvermənin ilk dəqiqələrindən Azərbaycan üstünlüyünü sonadək qoruyub. İlk onluğa aşağıdakı ölkələr düşüb:
01. Azərbaycan
02. İtaliya
03. İsveç
04. Ukrayna
05. Danimarka
06. Bosniya və Hesoqovina
07. Yunanıstan
08. İrlandiya
09. Gürcüstan
10. Almaniya
Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, qalib bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi nəticəsində müəyyənləşib. Tamaşaçılar öz ölkələrini təmsil edən ifaçılara səs verə bilməzlər.
“Eurovision” mahnı müsabiqəsi 1956-cı ildən keçirilir. Müsabiqənin keçirilmə yeri əvvəlki ildə qalib gələn ifaçının təmsil etdiyi ölkə olur. Beləliklə yarışmanın qaydalarına görə, “Eurovision-2012” Mahnı Müsabiqəsi gələn il Azərbaycanda - paytaxt Bakıda keçirilməlidir.
XƏBƏR LENTİ
Linzalar
Bakıda Şaxta baba olmaq istəyənlər üçün xəbər var
Bananlı yulaf əzməsi (foto resept)
Anri Kartye Bressonun sərgisi keçiriləcək
Saç boyasından istifadə
"Bizimkilər"in hobbiləri
Yanvara qədər istədiyiniz qədər balans yükləyin - KÖHNƏ QİYMƏTLƏ HESABLANACAQ
"Ən dəbli hamilə"-Blake Lively
Türkiyədə dənəsi 5-10 manata olan yaşıl yumurta satılır
Redd. "Hayat kaçık bir uykudur" albomu (2012)
Mədinə şəhərinə yumurta böyüklüyündə dolu yağdı-FOTO
Yaşıl çay içmek çox faydalıdır.
Şumaxerdən şad xəbər
Yerlərini tap
Dollarla krediti olanlar oxusunlar
NASA Aya qadın göndərir
İyul ayında yolka qurub, fişəng atıb, 2021-ci ili qeyd etdilər - VİDEO
Hansını seçək: gözəl görünüşlü dadsız, yoxsa kələ-kötür ləzzətli meyvəni?
Türkiyə İŞİD qərarını verdi
Azərbaycanda 31 şirkət BİRLƏŞDİ
Vulkan püskürməsi və zəlzələ eyni gündə yaşandı
Virusa görə uşağını qucaqlaya bilməyən atanın ürək dağlayan görüntüləri - VİDEO
Təcili tibbi yardıma ən çox hansı xəstəliklərə görə müraciət edilir?
Ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
"Azərbaycanda satılan dərmanların 30-35 faizi saxtadır"
Enerji pəhrizi
Toyuqlu talaş börəyi (foto resept)
Dəri niyə quruyur?
"Heç demə, dünyada kənar zamanın çölündə yaşayan da var..."
Ermənilərə qan udduran qaçaq qadın: Kişi Tavat”
Modern rəf modelləri
Murat Boz peşman oldu
İmmuniteti gücləndirən üsullar
Bir vaxtların uşaq ulduzlarının indiki halı - FOTO
Respublika Endokrinologiya Mərkəzi bağlandı
Gəlin və bəy olmaq neçəyə başa gəlir?
Biz niyə bizi istəməyən insanlara asılıb qalırıq?
HAVA necə olacaq?
Hava haqqında - 24.12.2013
HAVA necə olacaq? 15-yanvar
Çiyələkli şirniyyat (foto resept)
Evdə hazırla biləcəyiniz saç kremləri
"Yerevan Dağlıq Qarabağın müstəqilliyini yalnız o halda tanımalıdır ki..."
Nokia-larda Android olmayacaq
Kit yaxtanı gəmi ilə toqquşdurdu - VİDEO
Çiyələkli keks (foto resept)
İngilislər kosmodrom tikəcəklər
Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir?
Xaşxaşlı çiyələkli keks (foto resept)
Zeze__cards - 1
- ŞƏRHLƏR