Qadin.NET / Eurovision 2011 - Kubok Bakıya gəlir!

Eurovision 2011 - Kubok Bakıya gəlir!

Eurovision 2011 - Kubok Bakıya gəlir! Eurovision 2011 - Kubok Bakıya gəlir! Eurovision 2011 - Kubok Bakıya gəlir! Eurovision 2011 - Kubok Bakıya gəlir! Eurovision 2011 - Kubok Bakıya gəlir!
Eurovision 2011 - Kubok Bakıya gəlir! Eurovision 2011 - Kubok Bakıya gəlir! Eurovision 2011 - Kubok Bakıya gəlir! Eurovision 2011 - Kubok Bakıya gəlir! Eurovision 2011 - Kubok Bakıya gəlir!

 

TƏBRİKLƏR!!! wink

Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsinin final şousu ölkəmizin qələbəsi ilə başa çatıb.  Azərbaycan 221 xalla 1-ci yeri qazanıb. 2-ci yerdə İtaliya, 3-cü yürdə isə İsveç iştirakçıları qərarlaşıb.
Ölkəmizə Rusiya(12), Hollandiya(6), Kipr(8) , Ukrayna(10), Finlandiya(5),İslandiy a(8) ,Slovakiya(7), Avstriya(8) , Polşa(8) , İsveç(3), San-Marino(10), Türkiyə(12), Yunanıstan(5), Gürcüstan(8) , Fransa(6), Xorvatiya(10), Belarus(6), Rumıniya(10), Albaniya(8) , Malta(12), Portuqaliya(8) , Litva(8) , Bosniya Hersoqovina( 8) , Estoniya(8), Moldova(10), Belçika(3), Latviya( 2) verdikləri xallarla birincilik qazandırıb.
Şounu tamaşaçılara Almaniyanın 3 ən məşhur aparıcısı təqdim edib. Qeydə alınmış statistikaya əsasən müsabiqəni 35 min tamaşaçı izləyib.
Qeyd edək ki, müsabiqəyə ev sahibliyi edən ölkə, eləcə də “Eurovision”un “böyük beşliyi” - Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya mübarizəyə birbaşa finalda qoşulub.
İlk olaraq səhnəyə finlandiyalı müğənni Paradis Oskar çıxıb. O, ilk iştirakçı olsa da, qətiyyən həyəcanlı görünməyib.
Daha sonra müvafiq ardıcıllıqla, Bosniya və Hersoqovina, Danimarka, Litva, Macarıstan, İrlandiya, İsveç, Estoniya, Yunanıstan, Rusiya, Fransa, İtaliya, İsveçrə, Böyük Britaniya, Moldova, Almaniya, Rumıniya, Avstriya, Azərbaycan, Sloveniya, İslandiya, İspaniya, Ukrayna, Serbiya təmsilçiləri səhnədə öz istedadlarını nümayiş etdiriblər. Müsabiqənin sonuncu ifaçısı Gürcüstandan “Eldrine" qrupu olub.
Daha sonra nəticələr elan olunub. Səsvermənin ilk dəqiqələrindən Azərbaycan üstünlüyünü sonadək qoruyub. İlk onluğa aşağıdakı ölkələr düşüb:

01. Azərbaycan

02. İtaliya
03. İsveç
04. Ukrayna
05. Danimarka
06. Bosniya və Hesoqovina
07. Yunanıstan
08. İrlandiya
09. Gürcüstan
10. Almaniya

Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, qalib bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi nəticəsində müəyyənləşib. Tamaşaçılar öz ölkələrini təmsil edən ifaçılara səs verə bilməzlər.
“Eurovision” mahnı müsabiqəsi 1956-cı ildən keçirilir. Müsabiqənin keçirilmə yeri əvvəlki ildə qalib gələn ifaçının təmsil etdiyi ölkə olur. Beləliklə yarışmanın qaydalarına görə, “Eurovision-2012” Mahnı Müsabiqəsi gələn il Azərbaycanda - paytaxt Bakıda keçirilməlidir.

15 may 2011
GO BACK