Ən xoş xatirələrim çox olub, ən birinci yazım çıxanda o qədər sevinmişdim ki elə bil kitabım çap olunmuşdu və bir də görüşlərimiz yadda qalan olub, o görüşləri unutmaq olmaz.
BEST OF ALL
İlk öncə xəbərində məni də məsləhət bildiyin üçün dərin təşəkkürümü qəbul et, lütfən, bu saytda 3 ildir varam. Əksər hallarda günlərimiz maraqli keçib. Əvvəllər köhnə istifadəçilər bir-birinin bəhsinə hər gün qəşəng reseptlər təqdim edirdi sayta, qızğın da müzakirələr gedirdi. creativka, yekta, Tormento, Təsnim – Zəmzəmi, Shoko, leylahüseynova, Niyar, Naza, Məryəm, vefa_n, müslim woman (şirinlər), Niko_F... Eeeeeee çox idi istifadəçilər, unutduqlarım üzürlü saysın. Yayda camaatın turşu, mürəbbə bişirən vaxtında da əl çəkmirdik burdan. Sonra sayta yeni format verildi, yadımdadır bütün gün gözləmişdik, millət işini-gücünü atıb burda oturmuşdu ki: "İlk mən görəcəm saytı", sonra sayt yeniləndi və yeni istifadəçilər görünməyə başladı zaman-zaman... Mənim Sevincimmmmm (Louis Vuitton), Ləman, Pərvanə, kristen_, çox qızlar gəldilər və həmd olsun münasibət də nətər lazımdı. Ən yadda qalan günüm Sevincimlə tanışlığım olub, bir də səhv etmirəmsə Ülviyyə.B-nın xəbəri idi - "Nişan səbətləri"... Orda Fatimə adlı istifadəçiyə 25 ya 30 səbət gəlmişdi nişanda, onun şokunu yaşayırdıq. Mahirə, mən, Pərvanə qırğın eləyirdik ki, bizə niyə az səbət gəlmişdi nişanda, fağır Ləman da kənardan baxırdı, imkan vermirdik heç ona danışmağa, bir sözlə xalqın xəbərini çayxanaya döndərmişdik, səhər utandıq Ülviyyənin üzünə baxmağa, dedi: "Eybi yox, daha elemisiz belə..... ." Yadda qalan günlerim çoxdu amma bu saytda bir nəfər tanıyıram ki, heç vaxt, heç bir halımda əlimi buraxmadı mənim. Yaxşı vaxtda da, pis gündə də bezmədən, usanmadan yanımda oldu, o da Louis Vuittondur - mənim Sevincimmmm. Bütün istifadəçiləri sevirəm, lakin o başqadır... O virtual dost deyil, candır....
Utopya
Qadin.Net. artıq həyatımızın bir parçasıdı. Çox sevirəm bu saytı. İlk sevincim bu saytı tapmaq olub. Çünki səviyyəli və dilimizə, adətimizə, dinimizə yaraşan tərzdə bir saytdı. Bu dəyərlərdə çox gözəl qorunur. Ona görə bu saytda vaxt keçirmək mənə xoşdu. Mənə xoş olan çoxdandı fikrimdə olan uşaqlar üçün riyazi məntiqi məqalə hazırlamaq idi. Bunu reallaşdırmazdan əvvəl bu haqda fikirlərimi deyəndə ətrafımda hər kəs mənə "dəlisən" dedi. Bir tək fikrimi Qadin.Net dəstəklədi və hazırla dedi. Hazırladım. Gördüm ki fikrimdə yanılmamışam. İlk məqaləm çıxanda şərhləri görəndə o qədər sevindim ki bilmədim neynim. Hərçənd ki birincinin çoxu tərcümə idi. Başladım daha çox kitablar oxuyub valideynlərlə maraqlanmağa. Bu gün yenə özümü bu barədə inkişaf etdirib yeni rəsmlər hazırlamağa çalışıram. Hər məqaləm çıxıb bəyəniləndə bu mənə xoş olur. Nə yaxşı ki varsan Qadin.Net!
UMMU FATIME
Qadin.Netdə xoş xatirələrimdən biri Ləmanın reseptlərindən birini bişirəndə Ləmana ismarıc yazdım, cavabladı, belə-belə dostlaşdıq. Sonra lovable_madamla tanışlığım olub, düzü necə dostlaşmışıqsa sonra bir də gördüm ki elə bil neçə illik dostuq. Xoş xatirələrimdən biri də Ceylan xanımdan bir xahiş etmişdim, sağ olsun məni başa düşdü, xahişimi nəzərə aldı, onda da sevinmişdim. Hal-hazırda da Ceylan xanımdan bir xahiş də etmişəm, o alınsa o qədər sevinərəm ki. Ümumiyyətlə Qadin.Netdə olan mehriban dostluqlarım mənim elə xoş xatirələrimdən biridir. Gözəl bacım, mənə də xəbərində yer ayırdığın üçün təşəkkürümü bildirirəm.
creativka
Mayın 30-u 2 il olacaq ki, Qadin.Netlə birlikdəyəm. Bura mənim üçün çox doğmadır. Google-da qadın.az yazdım çıxmadı, pozdum qadın yazdım bir də gördüm Qadin.Net yazıldı, bura daxil oldum, bu saytın formatı əvvəl tam başqa cür idi. Unutmadığım hadisələr burda çox olub, ən əsas da söhbət otağında keçirdiyimiz toyları heç unuda bilmirəm, ,bir də saata baxırdım ki, səhər 5, ya 6-dı, deyirdim ki sabah da dərsə gecikəcəm, məni qoymayacaqlar. Sonra keçən il iyunun 26-ı təşkil elədiyim Sumqayıt görüşü idi. Söz verənlər sağ olsunlar ki gəlmişdilər. Skaypla qoşulanlar, telefonla əlaqə saxlayanlar bu görüşə rəng qatmışdılar, ən maraqlısı isə Müsəlmankanın ayağı sarıqlı axsaya-axsaya görüşə gəlməsi idi.Dj Musini çoxdandır görmürəm, o birdən hara getdi baş açmadım. Köhnə dostlarım üçün dəhşət darıxmışam, kaş ki qayıdardılar. Burda hamını çox sevirəm, ən əsası da ki burda tanış olduqlarımın əksəriyyəti ilə də realda da danışıram. Həyatımın ən gözəl ad günü Qadin.Netdə olub. Ürəyim doludu, hələ ki bunları yazım, şərhlərdə də inşAllah fikirlərimi yazacam. Xəbərində mənə yer verdiyin üçün çox sağol, Yegiş.
AY İŞIĞI
Bacı, ilk öncə sənə təşəkkür edirəm ki, mənə xəbərində yer ayırmısan. Qadin.Net saytına artıq 4 aydır gəlirəm. Çox maraqlı saytdı. Nə zaman darıxıram, kefim olmursa bura gəlirəm. İlk dostum da sən olmusan. Sən mənə başa saldın burda çox şeyləri. Burda qızların çoxu ilə virtual olsa da çox yaxın munasibətlərimiz var. Mənim bu sayta gəlməyim elə özü xoş xatirədir. Yadda qalan xoş xatirəm ad günümdə gələn təbriklərdi. Elə məni ilk sən təbrik elədin. Sonra qızlar sağ olsunlar hamısı təbrik elədilər. Qadin.Net saytı kimi maraqlı sayt hələ qarşıma çıxmayıb. Bura çox maraqlıdı. Yaxşı ki bura yazıldım.Yaxşı ki sizin kimi dostlarım var. Məni bu saytda tanıyan bütün qızlara xoşbəxtlik arzulayıram.
Semedova
Qadin.Net! Sevimli saytım - səninlə bağlı hər xatirəm mənim üçün xoşdur. Bu saytda ən maraqlı xatirə can-canamızın (vefa_n) söhbət otağında keçirdiyi toy idi. Həmin qızlar üçün, həmin günlər üçün bu saytda çox darıxıram. Digər maraqlı xatirə isə Şokoladlı yazı effekti dərsi olmuşdu, həmin gün o effekti aldırmağa başım necə qatışmışdısa çöldə qar yağıb hər tərəf ağappaq olmuşdu, mənim xəbərim olmamışdı... Mən bu saytı çox sevirəm.
Seli
Mənim Qadin.Netlə bağli xoş xatirələrim saytı ilk tapdığım gündən başlayır. Dəqiq tarixi xatılamıram, deyəsən 2011-ci ilin aprel ya da may ayı idi. Ancaq ən xoş xatirəm ilk xəbərim çıxanda olub. Elə həmin xəbərımdə məni ən utandıran şey olub. Çünki xəbəri göndərən gündən səbirsızliklə gözləyirdim ki nə vaxt çıxacaq. Məlumat almaq üçün Ceylan xanıma, Fatma xanıma sms yazıb onları bezdirdim, ancaq onlar mənə səbirlə cavab verib səbirli olmamı tövsiyyə etdilər. Sonra bildim ki sən demə məlumat almaq üçün redaksiyaya müraciət etməliymişəm. Vətəndən uzaq olanda qızlarla danışıb ürəyimi boşaltdığım vaxtlar da ən xoş anlarım olub. Allah hər kəsin ömür səhifələrini xoş xatirələri ilə bəzəsin, İnşAllah!
Uzun zamandır ki, bu saytdayam, ancaq buna baxmayaraq keçən yaydan bu sayta daha tez-tez girməyə başladım. Qadınların evləndikdən sonra vaxtı olmaz sayta girməyə, amma məndə tam tərsi oldu, burda xoş xatirələrim çox olub. Hətta bir dəfə başım saytdakı qızlarla söhbətə necə qarışmışdısa yemək hazırlamağı unutmuşdum, yoldaşımın işdən gəlməyinə az vaxt qalmış yemək hazırlamaq yadıma düşdü. Ad günümdə çoxlu təbrik mesajları almışdım, məni ən çox sevindirən xəbəri isə burdakı dostlarımla paylaşdığım zaman aldığım o mesajları, gözəl sözləri hələ də unutmamışam. Məni o barədə təbrik edən xəbərin sahibinə isə ayrıca təşəkkür edirəm.
DENIZ
Əvvəlcə sizə təşəkkür edirəm xəbərinizdə məni də yaddan çıxartmamısız. 1 il olacaq ki, məndə Qadin.Netliyəm, bundan da çox şadam. Çünki burda gözəl insanlarla tanış olmuşam. İlk xəbərim çıxanda çox sevinmişdim, günün müəllifi belə olmuşdum. Status alanda da çox sevinmişdim. Bura mənim ikinci evimdi, harda oluram olum, bir dəfə də olsa saytda olmalıyam. Nə qədər yorğun olsamda saytda olanda yorğunluğumu unuduram, çünki burda sizlər varsınız, sizləri çox sevirəm, hər zaman var olasız. Saytımızın rəhbərliyinə də çox-çox təşəkkür edirəm.
XƏBƏR LENTİ
Orta internet sürətlənir
Bu ərazilərdə QAZ olmayacaq!
Rəsmi Bakı Ermənistanın cavabını verdi
Ölüm anında insana nələr göstərilir?
Daxili İşlər nazirindən daha bir TƏYİNAT
Üz yuyarkən etdiyimiz səhvlər
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Əlvida, sərinlik!
Məşhur reper kobudluğu ilə gündəmdədir-FOTO
Yas qadağası üçün qanun qəbul ediləcək
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı - CƏDVƏL
Nikol Kidman etirafı ilə təəccübləndirdi-FOTO
Yaşıl çay içmek çox faydalıdır.
İlk istilik batareyası təqdim edildi
Bu gün metro səhərə qədər işləyə bilər - RƏSMİ
Bu il Həcc ziyarətinə sənəd qəbulu erkən başlayacaq
Cəbhədə qızğın döyüşlər və helikopterin vurulması: Nələr dəyişdi?
Elektron kitabların üstünlükləri
Bakının bu hissəsində qaz olmayacaq
Britaniya qadın casusların sayını artırır
Allah mənə yox dedi
Polad Həşimovun yaşadığı bina təmir olunur - VİDEO
Demet paylaşdığı FOTO ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Şakira Pikedən ayrıldı
Ataları ilə tək qalan uşaqlar
Azərbaycanda bu yol ödənişli olacaq - CİHAZLAR QURAŞDIRILIR
Türkiyə Dəməşqdəki Rusiya səfirliyinə hücumu pisləyib
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Moskva gözəli tacından danışdı-FOTO
ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib
İt sahibinin cəsədini bir aydan çox qorudu
İbrət götürməli olduğumuz kəlamlar
Azərbaycan qılınclarla bölünmüş candır
Nazir: Devalvasiya qaçılmaz idi...
Uşağımızın tərbiyəsi: sevgi, yoxsa nifrət?
Sizə yaraşan rəngi tapın
Füzulidən olan şəhid ailəsi: “Qurd kapitan”ın qanı yerdə qalmadı - VİDEO
Neft bahalaşdı
Ermənistan yanlış yolda
Günün qoroskopu: Mübahisə etməyin!
Toxunma əl işləri
Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
Azərbaycanda istirahət üçün ən gözəl yer haradır? - MÜZAKİRƏ
Məşhurlardan Hadisəyə dəstək - FOTO
Keçmişin günümüzdəki trendləri
Pendir yeməyin xeyri
Ayağına kilid vurdu, kimsə məna verə bilmədi - FOTO
Selena Gomez 5 milyonluq ev aldı-FOTO
Müge Boz ana oldu-FOTO
- ŞƏRHLƏR