Məşğələ: periferik görmənin inkişafı
Şulte cədvəlləri ilə iş qaydaları:
1. Məşqlər üçün cədvəlin hamısından istifadə etmək.
2. Rəqəmləri 1-dən 25-dək artan ardıcıllıqla səssiz hesablama ilə, yəni ürəyinizdə aparmaq lazımdır. Cədvəlin hamısını sıra ilə yığmaq. Tapılmış rəqəmlər yalnız baxışla göstərilir, bunun üçün əllər cədvəli bir az maili vəziyyətdə saxlayır. Belə məşq nəticəsində bir cədvəlin oxunması müddəti 25 saniyədən artıq olmamalıdır.
3. Cədvəllə işə başlamazdan əvvəl cədvəli tam görmək üçün nəzər onun mərkəzində təsbit edilir (yaşıl nöqtə ilə məşqi və yuxarıda verilmiş tövsiyələri yada salın).
4. Bir-birinin ardınca gələn rəqəmləri axtararkən gözlərin təsbitinə yalnız cədvəlin mərkəzində icazə verilir. Gözlərin üfüqi hərəkəti qadağandır. Cədvəldən gözə kimi məsafə adi mətni oxuyarkən olan məsafə qədərdir, yəni təxminən 25-30 sm.
5. Məşqlərin vaxtını və müntəzəmliyini özünüz təyin edin, həm də unutmayın ki, yorulmaq olmaz.
Şulte cədvəlləri ilə məşq: Hər gün Şulte cədvəlləri komplekti ilə təyin olunmuş qaydalara əsasən işləmək lazımdır. İstənilən cədvəlin 25 saniyədən artıq olmayaraq oxunmasına nail olmaq.
"Yaşıl nöqtənin müşahidə edilməsi" məşğələsi
İkinci söhbətdə göstərildiyi kimi bu məşğələ görüş dairəsinin genişləndirilməsi məsələsini də effektiv şəkildə həll edir. Şulte cədvəllərindən fərqli olaraq o statikdir. Görmə analizatorunun məşq edilməsində uğur qazanmağın sirri məhz Şulte cədvəllərinin dinamik məşğələləri ilə ahəngdə yaşıl nöqtənin müşahidə edilməsindədir.
Əgər siz bütün müddət ərzində səliqə ilə bu məşğələni yerinə yetirirdinizsə, bu gün yaşıl nöqtəni müşahidə edərkən siz "aydın şüurun ayrı-ayrı məqamlarında", demək olar ki, bütün səhifəni aydın görə bilirsiniz.
Təkidlə tövsiyə edirik ki, Şulte cədvəlləri ilə məşq dövründə "Yaşıl nöqtənin müşahidə edilməsi" məşğələsinə diqqəti artırasınız. Öz uğurlarınızı təhlil edin. İkinci söhbət bölməsini bir də oxuyun. Yalnız hər iki məşğələnin ahəngdar şəkildə uyğunlaşması məşğələlərin bu mərhələsinin əsas məsələsini həll edə bilər: periferik görüş sahəsinin inkişafı.
Gözlərin şaquli hərəkəti ilə gündə bir qəzet oxumaq
Sizin artıq geniş görüş dairəniz var. Mətnin hər sətrinə göz gəzdirməyə ehtiyac yoxdur. Siz hər şeyi görür və mətni yaxşı başa düşürsünüz. Cəsarətlə oxuyun. Sizdə mütləq alınacaq.
Məşğələ: Gözlər üçün gimnastika
Məktəbdəki tədris prosesində əsas ağırlıq görmə sisteminə düşür. Görməni necə qorumaq olar? Burada professor E.S.Avetisovun rəhbərliyi
altında Qelmqoli adına Moskva göz xəstəlikləri üzrə EAİ-nin alimləri tərəfindən yuxarı sinif şagirdləri üçün işlənib hazırlanmış məşğələləri tövsiyə edirik.
Əvvəlcə görmənin gigiyenasına dair ümumi tövsiyələri təqdim edək. Onlar çox asandır, onları yadda saxlayın və əməl edin. Görmənin gigiyenasının beş qızıl qaydası:
Qayda 1: Televizora mümkün qədər az baxmaq.
Qayda 2: Heç vaxt fasiləsiz olaraq 30 dəqiqədən artıq oxumamaq. Mütləq ayağa qalxmaq, idman hərəkətləri etmək və yalnız bundan sonra oxuya davam etmək.
Qayda 3: Heç vaxt uzanaraq və digər narahat şəraitlərdə: pis işıqlandırmada, nəqliyyatda gedərkən və s. şəraitlərdə oxumamaq. Unutmayın, mətnlə gözlər arasında məsafə həmişə 33 sm olmalıdır.
Qayda 4: Orqanizmin ümumi möhkəmləndirilməsi və onun funksiyalarının işə salınması üçün mümkün qədər çox dinamik fiziki iş. Görmə üçün idmanın periferik görməni inkişaf etdirən oyun növləri: futbol, hokkey, basketbol, voleybol, tennis və s. daha məqsədəuyğundur.
Qayda 5: Məşğələlərin köməyilə daim görməni izləmək və gücləndirmək. İldə bir dəfə həkimə getmək, görməni yoxlatmaq. Görmə yorğunluğu və zəif görmə barədə xəbərdarlıq üçün məşğələ.
E.S. Avetisov tərəfindən işlənib hazırlanmış məşğələlər kompleksini məktəbdə hər dərsin ortasında müəllimin rəhbərliyi altında 2-3 dəqiqə yerinə yetirmək tövsiyə olunur. Evdə isə bu məşğələləri görmə yorğunluğunu aradan qaldırmaq üçün ev tapşırıqlarının yerinə yetirilməsinin arasında sərbəst şəkildə icra edə bilərsiniz. Bütün məşğələlər parta və ya yazı stolu arxasında oturaq vəziyyətdə yerinə yetirilir.
1. Partaya söykənmək, dərindən nəfəs vermək, irəli, partanın qabağına doğru əyilmək, gözləri açmaq. 5-6 dəfə təkrar etmək.
2. Partaya söykənmək, göz qapaqlarını bacardığınız qədlər möhkəm bağlamaq, gözləri yığmaq, sonra açmaq. 5-6 dəfə təkrarlamaq.
3. Əlləri belə qoymaq, başı sağa çevirmək, sağ qolun dirsəyinə baxmaq, başı sola çevirmək, sol qolun dirsəyinə baxmaq. Əvvəlki vəziyyətə qayıtmaq. 5-6 dəfə təkrar etmək.
4. Gözləri yuxarı qaldırmaq, onlara saat istiqamətində dairəvi hərəkətlər etdirmək, sonra saat istiqamətinin əksinə dairəvi hərəkətlər etdirmək. 5-6 dəfə təkrar etmək.
5. Əlləri qabağa uzatmaq, barmaqların uclarına baxmaq, əlləri yuxarı qaldırmaq, nəfəs almaq, başı qaldırmadan gözlərlə əlləri izləmək, əlləri yana buraxmaq, nəfəs vermək. 4-5 dəfə təkrar etmək.
6. Düz önə, sinif lövhəsinə 2-3 saniyə boyunca baxmaq (evdə xəyali nəzər ekranına). Bundan sonra nəzəri 3-5 saniyəlik burnun ucuna yönəltmək. 6-8 dəfə təkrar etmək.
7. Göz qapaqlarını bağlamaq, 30 saniyə ərzində onları şəhadət barmaqlarının ucları ilə masaj etmək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bir piramida 5 milyard dollara başa gəlir
“Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildiyi nəşrə hazırlanıb
Musiqidən alınan keyfin sirri açıldı
Gül bayramı bölgələrdə qeyd olunub
Məşhurların uşaqlıq şəkilləri
"Canım qurtardı"
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Təbii gözəllik
Magistratura imtahanlarındakı testlər tələbələri narazı saldı
Komitə sədrindən irad: "Bağçalarda tədris aparılmır"
Sport ayaqqabılar
Bəzi qidaların qocaltdığını bilirdinizmi?
Kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq? - VİDEO
Yüksək təzyiqi ən tez şəkildə necə aşağı salmaq olar?
ETİRAFLAR:"Kimdən əskiyəm?!"
Laçının işğalından 24 il ötür!
Türkiyədə koronavirusun üçüncü və dördüncü dalğası xəbərdarlığı
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
Məşhur aktrisa bütün paylaşımları SİLDİ
Asan salat (foto resept)
Ən təhlükəli adalar
BİR SEVGI HEKAYƏSI
Koronavirus allergiyası olan uşaqlara necə təsir edir?
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışı oldu
QİÇS artıq təhlükəli deyil?
Galaxy Note 7 alıcılarına pulsuz Galaxy S8 hədiyyə
iPhone-dan yeni bomba
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dünyanın ən vahiməli dəlikləri
Məşhur bəstəkar vəfat etdi-FOTO
Şəkərdən ölənlər daha çox qadınlardır
Millət vəkili: “2021-ci il “Qarabağ ili” olacaq”
Plastik şüşədən bilərzik düzəldilməsi
Şokoladlı tort (foto resept)
Xidməti müqavilə ilə işləyənlər pensiya ala bilməyəcək?
Kraliça II Elizabet haqqında çəkilən serial Britaniya hökumətilə “Netflix”i qarşı-qarşıya qoyub - VİDEO
Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”
Bayramınız mübarək!
Super modellərin dueti
“Barselona”da “təmizləmə” işləri
Müəllimlərin imtahanında ƏN ZƏİF nəticə
2014-cü il - At ili
Namaz-II Ders-32 Fərz
Dünyanın ən nazik smartfonu göstərildi
Canlıların kamuflyaj bacarığı
Kaladze gözlənilmədən Azərbaycana gəldi
Bakıda 37 metrlik yolka qurulur - FOTO
Məşhur saç ustası türk serialında
24 saat ərzində İtaliyada koronavirusdan rekord sayda insan ölüb
- ŞƏRHLƏR