Qadin.NET / Sürətli oxu-21

Sürətli oxu-21

Sürətli oxu-21

Məşğələ: periferik görmənin inkişafı

Şulte cədvəlləri ilə iş qaydaları:
1. Məşqlər üçün  cədvəlin hamısından istifadə etmək.
2. Rəqəmləri 1-dən 25-dək artan ardıcıllıqla səssiz hesablama ilə, yəni ürəyinizdə aparmaq lazımdır.  Cədvəlin hamısını sıra ilə yığmaq. Tapılmış rəqəmlər yalnız baxışla göstərilir, bunun üçün əllər cədvəli bir az maili vəziyyətdə saxlayır. Belə məşq nəticəsində bir cədvəlin oxunması müddəti 25 saniyədən artıq olmamalıdır.
3. Cədvəllə işə başlamazdan əvvəl cədvəli tam görmək üçün nəzər onun mərkəzində təsbit edilir (yaşıl nöqtə ilə məşqi və yuxarıda verilmiş tövsiyələri yada salın).
4. Bir-birinin ardınca gələn rəqəmləri axtararkən gözlərin təsbitinə yalnız cədvəlin mərkəzində icazə verilir. Gözlərin üfüqi hərəkəti qadağandır. Cədvəldən gözə kimi məsafə adi mətni oxuyarkən olan məsafə qədərdir, yəni təxminən 25-30 sm.
5. Məşqlərin vaxtını və müntəzəmliyini özünüz təyin edin, həm də unutmayın ki, yorulmaq olmaz.

Şulte cədvəlləri ilə məşq: Hər gün Şulte cədvəlləri komplekti ilə təyin olunmuş qaydalara əsasən işləmək lazımdır. İstənilən cədvəlin 25 saniyədən artıq olmayaraq oxunmasına nail olmaq.

"Yaşıl nöqtənin müşahidə  edilməsi" məşğələsi

İkinci söhbətdə göstərildiyi kimi bu məşğələ görüş dairəsinin genişləndirilməsi məsələsini də effektiv şəkildə həll edir. Şulte cədvəllərindən fərqli olaraq o statikdir. Görmə analizatorunun məşq edilməsində uğur qazanmağın sirri məhz Şulte cədvəllərinin dinamik məşğələləri ilə ahəngdə yaşıl nöqtənin müşahidə edilməsindədir.
Əgər siz bütün müddət ərzində səliqə ilə bu məşğələni yerinə yetirirdinizsə, bu gün yaşıl nöqtəni müşahidə edərkən siz "aydın şüurun ayrı-ayrı məqamlarında", demək olar ki, bütün səhifəni aydın görə bilirsiniz.
Təkidlə tövsiyə edirik ki, Şulte cədvəlləri ilə məşq dövründə "Yaşıl nöqtənin müşahidə edilməsi" məşğələsinə diqqəti artırasınız. Öz uğurlarınızı təhlil edin. İkinci söhbət bölməsini bir də oxuyun. Yalnız hər iki məşğələnin ahəngdar şəkildə uyğunlaşması məşğələlərin bu mərhələsinin əsas məsələsini həll edə bilər: periferik görüş sahəsinin inkişafı.

Gözlərin şaquli hərəkəti ilə gündə bir qəzet oxumaq

Sizin artıq geniş görüş dairəniz var. Mətnin hər sətrinə göz gəzdirməyə ehtiyac yoxdur. Siz hər şeyi görür və mətni yaxşı başa düşürsünüz. Cəsarətlə oxuyun. Sizdə mütləq alınacaq.

Sürətli oxu-21

Məşğələ: Gözlər üçün gimnastika

Məktəbdəki tədris prosesində əsas ağırlıq görmə sisteminə düşür. Görməni necə qorumaq olar? Burada professor E.S.Avetisovun rəhbərliyi
altında Qelmqoli adına Moskva göz xəstəlikləri üzrə EAİ-nin alimləri tərəfindən yuxarı sinif şagirdləri üçün işlənib hazırlanmış məşğələləri tövsiyə edirik.
Əvvəlcə görmənin gigiyenasına dair ümumi tövsiyələri təqdim edək. Onlar çox asandır, onları yadda saxlayın və əməl edin. Görmənin gigiyenasının beş qızıl qaydası:
Qayda 1: Televizora mümkün qədər az baxmaq.
Qayda 2: Heç vaxt fasiləsiz olaraq 30 dəqiqədən artıq oxumamaq. Mütləq ayağa qalxmaq, idman hərəkətləri etmək və yalnız bundan sonra oxuya davam etmək.
Qayda 3: Heç vaxt uzanaraq və digər narahat şəraitlərdə: pis işıqlandırmada, nəqliyyatda gedərkən və s. şəraitlərdə oxumamaq. Unutmayın, mətnlə gözlər arasında məsafə həmişə 33 sm olmalıdır.

Qayda 4: Orqanizmin ümumi möhkəmləndirilməsi və onun funksiyalarının işə salınması üçün mümkün qədər çox dinamik fiziki iş. Görmə üçün idmanın periferik görməni inkişaf etdirən oyun növləri: futbol, hokkey, basketbol, voleybol, tennis və s. daha məqsədəuyğundur.
Qayda 5: Məşğələlərin köməyilə daim görməni izləmək və gücləndirmək. İldə bir dəfə həkimə getmək, görməni yoxlatmaq. Görmə yorğunluğu və zəif görmə barədə xəbərdarlıq üçün məşğələ.
E.S. Avetisov tərəfindən işlənib hazırlanmış məşğələlər kompleksini məktəbdə hər dərsin ortasında müəllimin rəhbərliyi altında 2-3 dəqiqə yerinə yetirmək tövsiyə olunur. Evdə isə bu məşğələləri görmə yorğunluğunu aradan qaldırmaq üçün ev tapşırıqlarının yerinə yetirilməsinin arasında sərbəst şəkildə icra edə bilərsiniz. Bütün məşğələlər parta və ya yazı stolu arxasında oturaq vəziyyətdə yerinə yetirilir.

Sürətli oxu-21

1. Partaya söykənmək, dərindən nəfəs vermək, irəli, partanın qabağına doğru əyilmək, gözləri açmaq. 5-6 dəfə təkrar etmək.

2. Partaya söykənmək, göz qapaqlarını bacardığınız qədlər möhkəm bağlamaq, gözləri yığmaq, sonra açmaq. 5-6 dəfə təkrarlamaq.

3. Əlləri belə qoymaq, başı sağa çevirmək, sağ qolun dirsəyinə baxmaq, başı sola çevirmək, sol qolun dirsəyinə baxmaq. Əvvəlki vəziyyətə qayıtmaq. 5-6 dəfə təkrar etmək.
4. Gözləri yuxarı qaldırmaq, onlara saat istiqamətində dairəvi hərəkətlər etdirmək, sonra saat istiqamətinin əksinə dairəvi hərəkətlər etdirmək. 5-6 dəfə təkrar etmək.
5. Əlləri qabağa uzatmaq, barmaqların uclarına baxmaq, əlləri yuxarı qaldırmaq, nəfəs almaq, başı qaldırmadan gözlərlə əlləri izləmək, əlləri yana buraxmaq, nəfəs vermək. 4-5 dəfə təkrar etmək.
6. Düz önə, sinif lövhəsinə 2-3 saniyə boyunca baxmaq (evdə xəyali nəzər ekranına). Bundan sonra nəzəri 3-5 saniyəlik burnun ucuna yönəltmək. 6-8 dəfə təkrar etmək.
7. Göz qapaqlarını bağlamaq, 30 saniyə ərzində onları şəhadət barmaqlarının ucları ilə masaj etmək.

9 noyabr 2014
GO BACK