Mən hər zaman fikirləşirdim ki, yalnız məni sevəni sevərəm, qarşılıqsız heç vaxt heç kəsi sevmərəm. Amma düz deyiblər ki, heç vaxt "heç vaxt" demə. 17 yaşım var idi və bizim qonşuluğa bir ailə köçdü. Bir oğulları vardı və məhlədəki bəzi qızlar artıq ona meyl salmağa başlamışdı, mənə isə bunlar gülməli gəlirdi. Qətiyyən ona fikir vermirdim həm də o məndən 7-8 yaş böyük olardı. Ancaq bir dəfə qəribə bir şey oldu.
Mən pəncərədən baxırdım və birdən yanımdan maşınla keçdi. Maşında ailəsi də oturmuşdu və mənim də yanımda dayım, ancaq sanki o an heç kəs yox idi baxişlarimiz elə toqquşdu ki...Bəlkə də 2 saniyə çəkdi amma indiyə kimi ağlımda uzun bir vaxt kimi qalıb. Bundan sonra artıq mən hiss etdim ki, getdikcə başqa cür hisslər keçirirəm. Bu hər dəfə biz rastlaşanda baş verirdi, yenə salamsız, kəlamsız ancaq bir-birimizin gözlərinə baxırdıq. Və artıq mən onu sevirdim, ancaq bunu hələ bilmirdim, 2 il beləcə keçdi ve bir gün tanış bir qızla söhbət edərkən mənə dedi ki, sizin qonşuluqdakı oğlan mənə zəng vurub dedi, səndən xoşum gəlir. Bir anlıq duruxdum, özümü axmaq vəziyyətində hiss elədim ancaq heç nə bildirmədim, bircə evə tez çatmaq istəyirdim. Bütün ümidlərim bitmişdi...
Həmin vaxt məni bir başqası sevirdi, mən də öz sevdiyimi gözlədiyimə görə ona ümid vermirdim. Oturub fikirləşdim və qərara gəldim ki, bu oğlana razılıq verim və indi onunla evliyəm. Düzdür o özünü istədə bildi, ancaq sevilmədi. Həyat yoldaşıma çox bağlanmışam, amma elə bir gün yoxdur ki, onu düşünməyim. Çox qəribəsi budur ki, o həmişe məni görəndə yenə eyni baxışlarla baxırdı, başa düşmürəm bunun mənasını, hərdən özümə sual verirəm, geriyə qayıtsaydın yenə onu sevərdin? Sevərdim, aramızda baxışlardan basqa bir şey olmayıb, amma o hisslər çox gözəl idi, xoş xatirələrdir ondan mənə qalan. Təsəvvür etməzsiniz mən heç onun üz cizgilərinə belə yaxşı bələd deyiləm, ona baxanda ancaq gözlərini görürdüm, indi neçə ildir ki, onu görmürəm. Amma gözləri heç yadımdan çıxmır. Unutmaq istəsəydim unudardım, unutmaq istəmirəm, çox sevirəm,qəlbimdə elə bir boşluğu var ki, ondan başqası onu doldura bilməz. Mən ona qarşı olan hisslərimə ehtiras qatmamışam heç vaxt, əl-ələ belə tutmağı təsəvvür etməmişəm, mən onu təmiz, saf hisslərlə sevmişəm, onu sevməyi sevmişəm. Heç nə gözləmirəm artıq. Bu yaxınlarda o da evləndi və övlad gözləyirlər.....
İçimdə bir hüzn var və o hüzn əzizdir mənə.....Siz heç sevmisinizmi, heç vaxt sizin olmayan birini?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
Payızda ikinci dalğa gələcək, amma..-Açıqlama
Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi?
Bakıda bankomatlarda problem yaranıb?
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
26 ölkədə küçə sənəti
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB
Ingilis Dili-XVIII Dərs
Tornado Amerikanı qəfil yaxaladı
Məşhur müğənni ərə gedir
Ana südü haqqında bilinməyənlər
"Mehriban Əliyeva dünyanın ən gözəl xanımıdır"
Bu geyim sonsuzluq yaradır
Ömrü uzadan səbəblər
Ulduz falı saxtakarlığı haqqında
Sevgi dolu anlar-3
Sənədsiz ev probleminə son
Çilli insanların bilməli olduqları
Aforizmlər
Qızıl dəqiqədə arzu tut
Dünya çempionatında Qurani-Kərim paylanılır
Just for girls (2-ci hissə)
Yeriyən zülallar
Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA
Fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək çətinləşib
Meyvələrin faydaları
Bakının bu hissəsində su olmayacaq
Dünyada internet nə vəziyyətdədir?
İran zibildən "qazanacaq"
Pulu qənaətlə necə xərcləməli?
Ata Demirer 150 minə tablo aldı-FOTO
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
HAVA xəbərdarlığı
Burcu Esmersoyun bahalı saatı diqqət çəkdi
Dondurmanın 14 faydası
Hava haqqında - 03.10.2013
Azərbaycanda 5 gün iş olmayacaq
Leyla Əliyeva internat məktəbində
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Castin Biber İzləyicilərinə Görə Bunu Da Etdi-FOTO
Nəqliyyat Nazirliyinin uğursuz layihəsi
Komitə sədri boşanmaların səbəblərini açıqlayıb
Pulla izləyici sayı artıran məşhurlar
Dünyanın ən gözəl qadını Cennifer olsu-FOTO
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Laçında Azərbaycanın Dövlət Himni oxundu - VİDEO
Yayda sağlam arıqlamağın yolları
Flavia Desgranges van der Linden
Meksikada təhlükəli bakteriyalar tapılıb
Qar dənəcikləri düzəldək
- ŞƏRHLƏR