23.07.1993 - Bu tarix Azərbaycan xalqının yaddaşına Ağdam rayonunun işğal tarixi kimi yazıldı. Artıq 19 ildir ki, Ağdam düşmənlərin tapdağı altındadı. Artıq 19 ildir ki, o torpaqlara ayağım dəymir. O, havanı uda bilmirəm. Buz kimi suyundan içə bilmirəm.
Mən Bakıda dünyaya gəlmişəm, Bakıda oxumuşam, Bakıda yaşayıram. Ağdam mənim əcdadlarımın vətənidir. Baxmayaraq kı, atam Tərtərdəndir, uşaqlığım anamın vətəni olan Agdamda keçib. Ağdama hər yay tətilində gedərdik. Demək olar ki, bütün gözəl xatirələrim Ağdamla bağlıdı. Qardaşımla birlikdə tətilə çıxmağımızı səbirsizliklə gözləyərdik, ora getmək üçün günlərimizi sayardıq. Amma elə ki, geri qayıtmaq vaxtı çatirdı onda qaçıb gizlənmək istəyirdik ki, bizi tapıb Bakiya gətirməsinlər. Bu haqda çox yaza bilərəm səhifələrə siğmayacaq qədər. Amma başlıqdan da göründüyü kimi Ağdama son gedişimi yazmaq istəyirəm.
1993-cü ilin iyun ayı idi.Xalamın bir həftəlik məzuniyyəti var idi. Mənim o zaman 11 yaşım var idi. Rayona getməyi qərara aldiq. Avtobusla yola düşdük. Sərnişinlərin hamısı ağdamlı ıdılər. Nədənsə içi mən qarışıq olmaq şərtilə sərnişinlər tez-tez tək səbir gətirirdilər. Özləri də narahat olmuşdular, bu nəyə işarədir deyə. Mən o zaman uşaq idim, inanclara inanmırdım. Amma bir həftə sonra o avtobus eyni sərnişinlərlə geri qayıtdı.
Gedib Ağdama çatdıq. Çox sevinirdim. Bir həftədən sonra xalalarım hamısı Bakiya qayıdacaqdı (müharibənin ilk günlərindən etibarən babam xalalarımı Bakıya, bizim yanımıza göndərmişdi, rayona yay aylarında bir neçə günlük gedirdilər). Mən nənəmlə, babamla, dayımla tək qalacaqdım. Onların qulluğunda duracaqdım. Özümü bir az böyümüş kimi hiss edirdim. Amma qismət olmadi. Bir gün atışma səslərınə oyandıq. Bu dəfə səslər daha da yaxından gəlirdi.
Babamın üzündə heç bir zaman görmədiyim bir ifadə var idi. Tək bir söz deyirdi - qızları yola salın. Keyimiş kimi idim. Hamı ətrafımda qaçışırdı. Kimisi usaqlarını axtarir, kımısı pal-paltarlari çamadanlara doldurur, kimisi maşını işə salmağa çalışır... Bir mən durduğum yerdən tərpənə bilmirdim. Qorxduğum üçün yox, geri qayıtmaq istəmirdim. Bu an nənəmın səsini eşitdim: - A bala ,bir az meyvə yiğin əliboş qayıtmayın (gözəl nənəm belə vəziyyətlərdə belə hamını düşünür) xalalarim bağa keçdilər. Mən də onların dalınca. Ətrafa baxdım, babamın, nənəmin tumarlaya -tumarlaya böyütdükləri ağaclara baxdim. Bu ağaclarin hər biri ilə bağli xatirələrım var idi. Məsələn alça ağacı, ona həmişə duz qabıilə çıxardım, xar tut anamın təkidlə yedizdirdiyi meyvə. Ye, qizim qanin artsin - deyerdi. Gavalı ağacının başında qardaşımla birlıkdə qurduğumuz evcik... Beləcə hər biri ilə bağlı bir xatirə. Bir anliq gözlərim doldu, o uşaq qəlbimlə bir şeyi anladim. Bu Ağdamla son görüşümdü. Ətrafıma diqqətlə baxdim, o təravətli ciyərlərimə çəkdim. Sankı gözümlə o mənzərənin şəklini çəkdim, yaddaşıma həkk etdim. (O gündən sonra altınci hissimə inanmağa başladım və heç yanilmadım) Bakıya gələn ilk avtobusla yola düşdük. Babamla ,nənəm orda qaldılar. Bir neçə həftə sonra Ağdamın işğal xəbərını duyduq. O vaxtan 19 il keçib, amma yaddaşımdakı o şəkil heç getməyib. İndi böyümüşəm ailəm, uşaqlarım var. Amma hər Ağdamın adı gələndə gözlərım dolur. Tez-tez uşaqlarımı başıma yığıb, onlara xatirələrimdən danışıram. Çox təssuf ki, bu günkü gün onları ora apara bilmirəm, o gözəllikləri göstərə bilmırəm.
Babam vətən həsrətinə dözə bilmədi, həyatini dəyişdi. Onu Ağdamın işgal altında olmayan digər kəndində dəfn etdik hələlik. Bir vaxt öz kəndinə, valideynlərinin yanına aparmaq şərti ilə. Nənəm isə hələ də Ağdama qayıtmaq ümidilə gözləyir. Hərdən onu görməyə gedirəm, sanki sabah yola düşəcəkmiş kimi torbalarını hazir tutur, Allahdan tək bir istəyim var ,nənəmə ömür vəfa etsin ,nənəm öz vətəninə dönə bilsin. Allah bütün Azərbaycan xalqına qələbə nəsib etsin. Amin!
XƏBƏR LENTİ
Dəriniz yaz meyvələri ilə yenilənsin
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Ebru Şallı bu gün ərə gedir
Adriana Limanın pəhriz siyahısı
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
Xəzər dənizində zəlzələ oldu
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
Sağlam olmaq üçün məsləhətlər
İlham Əliyev 2 həftə vaxt qoydu
Makiyaj masaları
HAVA necə olacaq?-XƏBRDARLIQ
Zaman axıb gedir
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bergüzar Korelin 3 aylıq oğlu-FOTO
Sivilizasiyanın sonunu gətirəcək risklər
Haçalanan saçlar üçün maska.
Qadın metroda doğdu
Yaponlar yeməyi niyə çubuqla yeyir?
Sinələrin sallanma səbəbi
Tapmacalar
Sarkisyan mühasirədə
Özünüzdə yaşlanma əlamətlərini hiss edirsiniz?
87 kq arıqlayan qadın bodibildinq turnirinə qatıldı-FOTO
Yaxın Şərqdə yeni müharibə başlayır
Balıq sousu (foto resept)
Bədənin möhkəmləndirilməsi
2012-nin yay geyimləri
Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Günün qoroskopu: bu gün özünüz haqda daha çox düşünəcəksiniz
Emmy mükafatı: Qırmızı xalça
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Hadisə bu dəfə də geyimi ilə Gündəm oldu- FOTO
Dünyanın ən böyük fənər sərgisi
Sabahın HAVAsı
Meşələrdə yaşayan qəribə insanlar
Paxla çığırtması (foto resept)
Xəstəliyə qarşı mürəbbələr (2)
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
Görüntüləri yayılan Ece Erken istefa etdi
Əzələlər və stress
Vitaminli xörəklər - 4
2011 modeli çantalar
Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
Bleyk yeni trend yaratdı-FOTO
Bu tələbələrə təqaüd veriləcək
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
"Qaqa" sözü necə yaranıb?
Daşınan sensor vücudu yoxlayacaq
- ŞƏRHLƏR