Fevral ayının 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) günüdür. 1992-ci ildən bəri hər il qeyd olunan bu bayramın qısa tarixcəsini xatırlamazdan əvvəl ilk hərbi təyyarəçimiz Fərrux ağa Qayıbovdan bəhs etmək məqsədəuyğun olar. Fərrux ağa Qayıbov 1891-ci il oktyabr ayının 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində dünyaya gəlmişdir. Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri Məmmədkərim ağanın oğlu idi. Atasını cavan ikən itirən Fərrux ağa Qayıbov əmisi Səməd ağa Qayıbovun himayəsində böyüyür. Qeyd edim ki, Səməd ağa Qayıbov öz dövrünün maarifçilərindən idi və Fərrux ağa Qayıbovun təhsili ilə yaxından məşğul olurdu. Elə həmin kənddə 5 sinifli məktəbi bitirib, uzaq qohumu Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur.
1910-cu ildə təhsilini əla qiymətlərlə bitirdikdən sonra, Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. 1913-cü ildə hərbi məktəbi başa vurub podporuçik rütbəsi alır. Fərrux ağa Qayıbov xidmət etmək üçün 39-cu artilleriya briqadasına göndərilir. Daha sonra isə məşhur İlya Muroments -16 ekipajına qəbul edilir. I Dünya Müharibəsi başlayanda Fərrux ağa Qayıbovu Qərbdəki 11-ci Aviasiya korpusuna göndərirlər. Poruçik Fərrux ağa Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü məhv edir, lakin aldığı zərbədən təyyarə ilə yerə çırpılaraq həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Sabahsı gün almanlar tərəfdən Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və həmin ərazidə şərəflə dəfn edildiyi yazılmış kağız atılır. Fərrux ağa Qayıbovun təyyarəsi almanların müharibə boyunca vurduğu yeganə rus bombardmançı təyyarə olur. Uzun müddət poruçik Fərrux ağa Qayıbovun dəfn olunduğu yer naməlum olaraq qalırdı. Belarusiyalı könüllülər Boruna qəsəbəsi yaxınlığında Fərrux ağa Qayıbovun məzarını aşkar etmişlər.
1992-ci il aprel ayının 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələrinin ilk qırıcı təyarəsi olaraq qəbul edilir. Hacı Zeynalabdin Tağıyev adına hərbi aviasiya alayının komandiri, polkovnik V. Kravtsov (Qeyd edim ki, o, Azərbaycan HHQ-nin ilk komandanı olmuşdur) və polkovnik-leytenant A.Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilir. 1992-ci ildən Azərbaycanda Hərbi Hava Qüvvələri ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Sonra Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Atəşkəs müqaviləsi (1994) imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatların mərkəzini HHQ və HHMQ təşkil edib. Çünki işğal olunmuş Azərbaycan əraziləri yüksək relyefə malikdir və geri qaytarmaq üçün qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur.
Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi milli hərbi təyyarəçilərimizin buraxılışına 1997-ci ildən başlayıb. 2005-ci ildən etibarən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitin bir hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilir.
İndiki dövrdə Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar hesab edilir. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlansa da, Türkiyə, Ukrayna, ABŞ və bir sıra ölkələrdə ixtisasartırma kursları keçirlər.
Vətənimizi qoruyan "şahinlərimizi" bu gözəl bayram münasibəti ilə təbrik edir, onlara cansağlığı, uzun ömür və aydın səma diləyirik.
XƏBƏR LENTİ
Yerin əkizi tapıldı
Yevlax və Mingəçevir polisi yollarda birgə reydlərə başladı
Üçüncü göz
İslamı qəbul edən dünya ulduzu -FOTO
Səhnədə gözlənilməz məqam-FOTO
Koronavirusa yoluxma riskini azaldan xəstəliyin adı açıqlandı
Gülşenin geyimi diqqət çəkdi-FOTO
Pensiyaçılara şad xəbər: 35 faiz artım olacaq
Mokasen ayaqqabılar
Subaylara qismət olsun
Şahzadə Beatrisin gizli toyundan FOTOlar
Romantik olmayan qadınlar (2)
Kələğayı və şərflər
Səhiyyə Nazirliyi əhalini ehtiyatlı olmağa çağırdı - SƏBƏB
Azərbaycana fəsillərin daxilolma vaxtları məlum olub
Qəbul imtahanlarının pullu olacağı xəbərinə nazirdən REAKSİYA
Koronavirusu 30 saniyəyə müayinə edən cihaz hazırlanıbf
Fahriye Evcen Əvvəlki Çəkisinə Qayıtdı - FOTO
Kənan yeni ev axtarışındadır - FOTO
Günün ulduz falı - 26.12.2013
ABŞ-ı İran prezidentinə həvalə elədilər
Engin Öztürk plastik əməliyyat etdirib?
Pendirli, pomidor souslu küftələr (foto resept)
Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edildi - VİDEO
Adriana Lima yenə TƏƏCCÜBLƏNDİRDİ
Rəngarəng ideyalar
İntiharların 15 ümumi səbəbi (1)
Sabahın HAVAsı
Böcəklərdən necə qurtulaq?
Hava dəyişikliyi insan psixologiyasına təsir edir
İlham Əliyev yeni xarici işlər naziri təyin etdi
Pekində Qız qalasının bənzəri tikiləcək
Saqqız çeynəməyin faydaları
Ərzaqların son istifadə tarixi
Tarixi zəfərin daha bir xoş müjdəsi: Naxçıvana quru yolun açılmasının vacib faydası bilindi - RƏSMİ
Erməni ordusu niyə qaçır?
Əsəblərimizi necə cilovlayaq?
Şəkillərdə gözəl düşmək üçün hansı pozaları bilməliyik?
2013-cü ilin rəngi - narıncı
Süni qidaları uşaqlara verməyin
Körpə qızlar üçün saç düzümü(2)
Şəhid ərini çiyinlərində daşıyan qadın - VİDEOREPORTAJ
Ağ gəlinliyin vacibliyini unutduran gəlinliklər
5 ay sonra yenidən barışdılar-FOTO
Cəbhədən XƏBƏR VAR
Koronavirusa görə “onlayn evlilik dövrü” başlayıb - FOTO/VİDEO
Elmdə sensasiya: Ay məhv ola bilərdi
BMW-nin xüsusi buraxılışı
Souslu makaron (foto resept)
Dəli olduğunu telefondan eşit
- ŞƏRHLƏR