Bizim üçün adi olan yeməklər allergiyası olanlar üçün ölümcül ola bilər. İmmun sistemi ziyansız bir maddədən təhlükə hiss etdikdə allergik reaksiya meydana gəlir.
Allergiyaya səbəb olan qidaları öyrənərək evinizə gələn qonaqların həyatını qurtara bilərsiniz. Bu 10 qida allergiya yaradır:
1. Buğda
Allergiyası olanlar buğda ununu yesə, ciddi problemlə qarşılaşar. Buğda allergiyası uşaqlıqda, ya da daha irəli yaşlarda yarana bilər. Buğda üçün allergik reaksiyalar arasında astma, atapik dermatit, allergik rinit (burun axıntısı) və anafilaktik şok iştirak edir. Buna görə də buğda allergiyası olanların çox diqqətli olması lazımdır.
2. Soya paxlası
İstehsalçılar 1950-ci illərdə süd yerinə soya südündən istifadə etməyə başladılar. Çünki soya südü inək südündən daha az reaksiyaya səbəb olur.
Soya alergiyası yaşlılardan daha çox kiçik uşaqlar arasında daha məşhurdur. Hər şeydə soya olduğu üçün bu qidadan uzaq qalmaq çox çətindir. Soyadan sağlam yeməklərlə yanaşı, qablaşdırılmış qidalarda qatqı maddəsi kimi geniş şəkildə istifadə edilir.
3. Suda yaşayan canlılar
Bir çox dəniz canlısı olduğu üçün birinə allergiyanız olması digərlərinə də olduğu mənasın daşımır. Həkimlər eyni anda bir çox dəniz canlısına qarşı allergiyanız olub-olmadığını təyin edən dəri testi ilə qan testini təklif edirlər.
Dəniz canlıları allergiyasına reaksiyalar astma, apotik dermatit və ya anafilaktik şokdur. Bu allergiya növü ümumiyyətlə yetkinlik çağına qədər ortaya çıxır.
4. Balıq
Bir çox balığın allergik olmasına baxmayaraq, morina və somon balığı digər balıq növlərindən daha çox allergik reaksiyaya gətirib çıxarır. Bir balıq növünə allergiyanız varsa, digər növünə də ola bilər. Bu səbəblə dəniz məhsulları satan restoranlara getməməyə çalışın.
5. Qabıqlı çərəzlər
Sərt qabıqlı çərəzlərə allergiyası olanlar bunu bütün həyatı boyunca çəkirlər. Həzm problemləri ilə yanaşı, astma, atopik, dermatit və anafilaktik şok kimi allergik reaksiyalara gətirib çıxarır.
Ən məşhur allergik çərəz isə qoz, badam və fıstıqdır. Hansı quru çərəzə qarşı allergiyanız olduğunu bilmirsinizsə, quru cərəzləri yemək məsləhət görülmür. Bundan başqa, şampunların və losyonların tərkibində bu çərəzlərdən istifadə edilib-edilmədiyini də öyrənməyinizi məsləhət görürlər.
6. Yer fıstığı
Ən məşhur allergiyalar arasında olan yerfıstığı ölümə belə yol aça bilər. Xüsusilə kiçik uşaqlar arasında geniş yayılmış allergiatopik, dermatit, atsma və ya həyatı təhdid edən anafilaktik şoka səbəb olur.
7. Yumurta
Bir insanın yumurtanın həm ağına, həm də sarısına allergiyası ola bilər. Hər ikisi də allergik reaksiyalara səbəb olan zülalları özündə cəmləyir. Bu reaksiyalar arasında anafilaktik şok, allergik rinit, yəni burun axıntısı vardır.
Yumurtaya allergiyası olanlar mayonezdən məhsullardan uzaq olmalıdır. Tort, ət və şirniyyatların etiketlərini diqqətlə oxumaq lazımdır. Məhsulların etiketində bu maddələri görsəniz, bu qidalardan uzaq durun; ovalbumin, ovoglobulin, ovomucoid, ovomucin, ovotransferrin, ovovitelia, ovovitelin, globulin, silici albunate, albumin, lecithin, livet, simplesee, vitellin and lysosyme.
8. Süd
İnək südü xüsusilə kiçik uşaqlar üçün dünyadakı ən məşhur allergik qidalardan biridir. Bir yaşa qədər uşaqların 25 %-nin inək südünə allergiyası olduğu təxmin edilir. Bəzi həkimlər ailələrə uşaq 1 yaşına çatana qədər inək südünü verməməyi təklif edirlər.
9. Küncüt
Küncüt allergiyası xüsusilə Yaponiya və Çində daha məşhurdur. Küncüt alergiyası anafilaktik şoka təkan verir. Əgər küncütə allergiyanız varsa, küncütdən uzaq durun.
Son 20-30 ildə küncüt Amerikada da yayılmağa başlayıb. Allergik qida siyahısına küncütün də əlavə olunması gözlənilir.
10. Kərəviz
Allergiya yaradan ən məşhur tərəvəzlərdən biri kərəvizdir. O, dərinizi qaşındıra və ya ağız ətrafında şişkinliklərin yaranmasına səbəb ola bilər. Digər reaksiyalar isə ürək bulanma, astma və hətta anafilaktik şok ola bilər.
Bu cür reaksiyalardan uzaq olmaq üçün bəzi meyvə-tərəvəzləri bişirmək olar. Ancaq kərəviz yeməklərin tərkibinə əlavə edilərsə, allergiyası olan birinə təsir edə bilər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rihannanın bu GÖRÜNTÜLƏRİ diqqət çəkdi-FOTO
Kənan uşaqlıq fotosunu paylaşdı
Ayaqqabı modelləri
Ayaqqabını necə ağartmalı?
Dünyanın ən yaxşı beynəlxalq aeroportunun adı açıqlanıb
Qız qaçıranların cəzası 12 ildən 2 ilə endirildi - İlginc məhkəmə QƏRARI
Dünyanın 10 ən nadir gülü
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək
“Eurovision”a bilet satışı dayandırıldı
Sellulitdən necə xilas olmalı?
Dadlı peçenye (foto resept)
Boyun ağrılarından azad olaq
Aforizmlər
İçimizdəki və çölümüzdəki Qadınlar!
Reanimasiyaya yerləşdirilən xalq artistindən xəbər var
Rus dili dərs-25
Droqba hələlik bitdi
Kabab pomidor bağlaması (foto resept)
Trampın heykəli 28 min dollara satıldı
Qafqazda yeni müharibə təhlükəsi
13 il əvvəl itirdiyi üzüyünü tapdı
Qeyri-adi görünüşü olan quşlar
İti xilas etmək üçün həyatını təhlükəyə atdı - VİDEO
Basketbol qız
Həftənin ilk iş günü hava necə olacaq?
Təhlükəli döyüş tapşırıqlarını icra edən robot hazırlandı
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Uşaqlar üçün hazırlanmış yeməklər
Qoç bürcü qadını
“Fəvvarələrin qış nağılı” şousu başlanır
Maskalardan bu zaman imtina edəcəyik
Uşağın makrozomik olaraq doğulması
Aston Martin yeni modelini nümayiş etdirdi
Günün ulduz falı
Peonny Lim
Şəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar
İlham Əliyev başsağlığı verdi
Sevgilisi ilə 23 milyonluq malikanədə yaşayacaq - FOTO
Kaş ki hər şey açıldığı kimi bağlansaydı
Azərbaycan Qələbə Gününü qeyd edir
OXU GƏRƏYİN OLAR...
Füzuli və Cəbrayıl rayonlarının Ermənistan ordusu tərəfindən işğalından 21 il ötür
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?
Münasibətin ciddiləşdiyini göstərən hallar
5 kilometrlik qızıl zəncir nümayiş etdirildi-video
Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür
Çinlilər koronavirusdan qorunmaq üçün görün nələr edirlər - İNANILMAZ QAYDALAR
Günün ulduz falı - 07.08.2013
Obamadan dünya ölkələrinə çağırış
- ŞƏRHLƏR