Bakıda hava 13°
USD AZN
EUR AZN
09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41115

Uzun ətəkli geyim kombinasiyaları

Uzun ətəkli geyim kombinasiyaları

Son zamanlar uzun ətəklər yenidən dəbə düşüb. Xüsusilə də yay ayları uzun ətəkli xanımlara daha tez-tez rast gəlirik. Yayda xanımların seçim etdikləri uzun ətəklər daha çox kətan və nazik, sərin saxlayan parçalardan olur. Ətəklərin rənglərinə gəldikdə isə isti ilə əlaqədar olaraq tünd rənglərdən "qaçırlar". Ətəklərdə daha çox yaşılın fərqli çalarları, çəhrayı, mavi, qırmızı, qarışıq güllü rənglərdən istifadə edirlər. Bu xəbərimdə sizlərlə bir neçə uzun ətəkli geyim nümunələri paylaşmaq istəyirəm. Ümid edirəm ki, zövqünüzə uyğun geyimlər olacaq. Buyurun..

Çəhrayı, bej, qəhvəyi və yaşıl rənglərdən istifadə olunub, ümumilikdə bir neçə rəngdən istifadə olunsa da gözəl kombinə yaradılıb.
Uzun ətəkli geyim kombinasiyaları
 Bu ətəklə istədiyiniz koftanı geyinib özünüzü rahat hiss edə bilərsiniz. Bu geyim tərzi də çox sadə və rahat görünür.

Uzun ətəkli geyim kombinasiyaları

Bir çox xanımımız bu geyim nümunəsini bəyənməyəcək amma qeyri-adiliyi sevən xanımlarımız var. Ətək həqiqətən də fərqli modeldədir.

Uzun ətəkli geyim kombinasiyaları

 Bu geyim tərzi isə hicablı xanımlarımız üçündür. Bu il ağ-qara zolaqlı paltarlar dəbdədir. Açıq rəngli yaylıq isə geyimi tamamlayıb.

Uzun ətəkli geyim kombinasiyaları

 Qara və bej rəngin qarışığı həmişə uğurlu seçimdir. Bu geyim tərzi hər qadının zövqünə uyğun ola bilər.

Uzun ətəkli geyim kombinasiyaları
 Yayda daha çox açıq rənglərə üstünlük verilir. Ağ rəngli köynək, yaşılın açıq çaları, qəhvəyi rəngli çanta və qəhvəyi eynək uyğun kombinə olunub.

 Bəzən sarı rəngin də öz yeri var. Ətəyin üzərindəki naxışlar, ona uyğun kəmər, ətəyin aşağı hissəsi cazibədar bir görünüş yaradıb.

 Bu geyimdə ayaqqabı-kofta, ətək-çanta uyğunlaşdırılıb. Qeyd edim ki, zolaqlı paltarlar dəbdədir.
 Yay aylarında xanımlarımız bu rəngli paltarlara daha önəm verirlər, hər iki geyim sadəcə mükəmməl görünür.
Uzun ətəkli geyim kombinasiyaları
 Məncə bu geyim tərzini gənc xanımlarımız daha çox bəyənər.

Ağ və qəhvəyi rəngin kombinəsi az rastımıza çıxsa da bu geyim nümunəsində gözəl görünür. Xüsusilə də kəmər ətəyi daha da tamamlayıb.

Uzun ətəkli geyim kombinasiyaları

 Ağ-qara rəng həm qışda, həm yayda dəbdə olur. Ümumiyyətlə heç vaxt dəbdən düşmür, uğurlu seçimdir.

Uzun ətəkli geyim kombinasiyaları
 Bu geyim nümunəsi özünə güvənən xanımların seçimidir, çünki bu ətək arıq və hündür boylu xanımlarımız üçündür.
Uzun ətəkli geyim kombinasiyaları

 Bu geyim isə daha eleqant və şıq görünür.

Səslərin sayı: 21
132
25171
loading...
Şərhlər
Offline
MİRiyeva
Burdada uzun geyimlər dəbdədir good uzun ətəkli geyimləri qısa cins ciletnən daha çox xoşlayıram, əla görünür good
5 iyun 2013 22:11
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
Aynur Ağayeva
Debdedir deye çoxları alıb geyinecek, ancaq desen ki, qadin qapali geymelidir, bu, Allahin emridir geyinmezdiler, indi deble ayaqlaşmaq lazımdır axı. Sonra debden düşecek evvelki kimi geyinecekler. Sözüm hamıya deyıl, debi Allahın emrinden üstün tutanalaradır.
5 iyun 2013 21:46
Offline
mira-kerim
təşəkkür hər birinizə.. give_ros
5 iyun 2013 21:41
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
ilhame
10 ve 11 -i cox beyendim.ARADA UZUN ETEK GEYINMEKI SEVIREM.TESEKKURLER.
5 iyun 2013 21:41
Offline
feqiw
mene uzun yarasmir deye geyinmirem.amma coox xowum gelir winked
5 iyun 2013 21:35
Offline
totuwun mamasi
salamaleykum,cox sag ol mira amar,mende sevirem uzun eteyleri ve donlari,deylenlere gore yarawir blush
5 iyun 2013 21:17
Offline
Ayka_M
bizde eteye ne deyirler? belay 2-den basqa coxu xoshuma geldi teshekkurler
5 iyun 2013 20:53
Offline
pure love
uzun ətəkli geyimləri xoşduyuram.ancaq boyum balcadı geyinmirəm :)
5 iyun 2013 20:45
Offline
ayka memmedova
xeber ucun tewekkurler mende cox sevirem uzun etekleri
5 iyun 2013 20:41
Offline
Zehra Bedirxanli
uzun etekleri cox sevirem. cox sag olun xeber ucun.
5 iyun 2013 20:38
imza: QADİN.NET
Offline
AY İŞIĞI
sari koftaile olani beyendim o qederde istifade etmiremşxeber ucun tesekkur give_ros
5 iyun 2013 20:19
Offline
⚜Nilla. A⚜
Yayda uzun ətək çox geyinirem xəbər üçün sağ olun beyəndim give_ros
5 iyun 2013 20:02
imza: İşlərin sizlər üçün zülmət gecələr tək qaranlıq və şübhəli olduğu hər vaxt Qurana üz tutun.Çünki,şəfaəti qəbul olunan bir şəfaətçi,şikayəti qəbul edilən bir şikayətçdir.Kim Qurana üz tutsa,onu cənnətə çəkib gətirər,ona arxa çevirəni isə cəhənnəmə qovar.
Hz.Məhəmməd (s)
Offline
FidAWKA
xebere gore twkklar girl_ten
5 iyun 2013 20:01
Offline
Meherremova Mirvari
he tesekkurler menim de almaq fikrim var
5 iyun 2013 19:56
Offline
king1985
melumatin ucun tesekkurler baci
5 iyun 2013 19:49
Offline
Ruhiyyə Məmmədova
Uzun ətək qadının yaraşığıdır.
5 iyun 2013 19:49
Offline
PƏRVANƏ ƏLİYEVA......
mende uzun etekleri cox sevirem.varimdi.yarashir deye geyinirem.Burdakilarinda coxunu beyendim. give_ros cox saqol canim zovqlu geyimler secmisen give_ros
5 iyun 2013 19:45
Offline
Nigar
bagli olanlardan xowum geldi cox sagol
5 iyun 2013 19:42
imza: Allahın cümləmizə yar olsun amin
Offline
meryem eliyeva
kimdese gorende cox xosuma gelir umumilikde uzun etekleri cox sevirem ama hec vaxt risk edib geyinmemisem gerek buil mutleq geyinem tesekkurler maraqli idi
5 iyun 2013 19:42
Offline
Hacət-i Vuslat
Abırlı olan hər geyim zövgümcədir,qadın nə qədər qapalı olsa.bir o qədər "cazibədar"dır-çünki sirrlidir!
Təşəkkür edirəm ki, bizləri də nəzərə almısız,bəziləri zövgümə uyğun oldu. give_ros
5 iyun 2013 19:26
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış