Qadin.NET / Uzun ətəkli geyim kombinasiyaları

Uzun ətəkli geyim kombinasiyaları

Uzun ətəkli geyim kombinasiyaları

Son zamanlar uzun ətəklər yenidən dəbə düşüb. Xüsusilə də yay ayları uzun ətəkli xanımlara daha tez-tez rast gəlirik. Yayda xanımların seçim etdikləri uzun ətəklər daha çox kətan və nazik, sərin saxlayan parçalardan olur. Ətəklərin rənglərinə gəldikdə isə isti ilə əlaqədar olaraq tünd rənglərdən "qaçırlar". Ətəklərdə daha çox yaşılın fərqli çalarları, çəhrayı, mavi, qırmızı, qarışıq güllü rənglərdən istifadə edirlər. Bu xəbərimdə sizlərlə bir neçə uzun ətəkli geyim nümunələri paylaşmaq istəyirəm. Ümid edirəm ki, zövqünüzə uyğun geyimlər olacaq. Buyurun..

Çəhrayı, bej, qəhvəyi və yaşıl rənglərdən istifadə olunub, ümumilikdə bir neçə rəngdən istifadə olunsa da gözəl kombinə yaradılıb.
Uzun ətəkli geyim kombinasiyaları
 Bu ətəklə istədiyiniz koftanı geyinib özünüzü rahat hiss edə bilərsiniz. Bu geyim tərzi də çox sadə və rahat görünür.

Uzun ətəkli geyim kombinasiyaları

Bir çox xanımımız bu geyim nümunəsini bəyənməyəcək amma qeyri-adiliyi sevən xanımlarımız var. Ətək həqiqətən də fərqli modeldədir.

Uzun ətəkli geyim kombinasiyaları

 Bu geyim tərzi isə hicablı xanımlarımız üçündür. Bu il ağ-qara zolaqlı paltarlar dəbdədir. Açıq rəngli yaylıq isə geyimi tamamlayıb.

Uzun ətəkli geyim kombinasiyaları

 Qara və bej rəngin qarışığı həmişə uğurlu seçimdir. Bu geyim tərzi hər qadının zövqünə uyğun ola bilər.

Uzun ətəkli geyim kombinasiyaları
 Yayda daha çox açıq rənglərə üstünlük verilir. Ağ rəngli köynək, yaşılın açıq çaları, qəhvəyi rəngli çanta və qəhvəyi eynək uyğun kombinə olunub.

 Bəzən sarı rəngin də öz yeri var. Ətəyin üzərindəki naxışlar, ona uyğun kəmər, ətəyin aşağı hissəsi cazibədar bir görünüş yaradıb.

 Bu geyimdə ayaqqabı-kofta, ətək-çanta uyğunlaşdırılıb. Qeyd edim ki, zolaqlı paltarlar dəbdədir.
 Yay aylarında xanımlarımız bu rəngli paltarlara daha önəm verirlər, hər iki geyim sadəcə mükəmməl görünür.
Uzun ətəkli geyim kombinasiyaları
 Məncə bu geyim tərzini gənc xanımlarımız daha çox bəyənər.

Ağ və qəhvəyi rəngin kombinəsi az rastımıza çıxsa da bu geyim nümunəsində gözəl görünür. Xüsusilə də kəmər ətəyi daha da tamamlayıb.

Uzun ətəkli geyim kombinasiyaları

 Ağ-qara rəng həm qışda, həm yayda dəbdə olur. Ümumiyyətlə heç vaxt dəbdən düşmür, uğurlu seçimdir.

Uzun ətəkli geyim kombinasiyaları
 Bu geyim nümunəsi özünə güvənən xanımların seçimidir, çünki bu ətək arıq və hündür boylu xanımlarımız üçündür.
Uzun ətəkli geyim kombinasiyaları

 Bu geyim isə daha eleqant və şıq görünür.

5 iyun 2013
GO BACK