İllərdi qarğalar məndə uğurla assosasiya olunub. Uveysim dünyaya qarğa sədaları altında gəldi. Bu qarğalar xəstəxananın həyətinə niyə yığışardılar, bunu bilmirəm. Amma o xarabalığı andıran ucqar rayon xəstəxanasının insanı necə xoşbəxt etməsini izhar etməyə sözlər kifayət etməz. O xarabalıqda qarıldayan qarğalar mənim yaddaşımda cırmaq kimi qaldı. Axı onda kəşf etməli idim, insanı düşüncələrinin xoşbəxt etməsini... Heyhat... Yol uzun imiş...
İnsanın səs-küyü həmişə çəkdiyi əzablardan artıq olur. Əzablar daha çox sükutla sinxronizasiya olunur. Sükut nə qədər böyükdür, dərd o qədər böyük olur. Küy nə qədər çoxdur, vəsf edilən (şikayətlənilən) o qədər zəif olur. Ona görə illərlə sükut etməyi öyrəndim, yenə də öyrənirəm. Öyrəndikcə, deyirəm, İlahi, sən mənə güc ver (qəlbimi genişlət) səni hiss edə bilim. Pəncərəmi aç!İllərlə dilindən düşməyən bir söz sehirli quş kimi yuxularından qurtulub qapını döyəndə anlayırsan ki, sən sözün dördbucaqlı və ya üçbucaqlı halı ilə görmüsən, onu könlündə həll etməmisənmiş. Həll olanda dizin yerə gəlir və sükutla alt dodağını dişləyib deyirsən, ay mən nə deyim bu sehirə, bu möcüzəyə... Səsini də çıxarda bilmirsən. Çünki pəncərən qapalıdır, çürüyüb, əl atsan üstünə yıxılacaq dünyan...Biz bir qadının illərlə mağaza vitrinlərində güzgülənməsini anlaya bilmərik.. Çünki onun evində güzgünün olmamasından xəbərdar deyilik. İçində güzgüsü olmayanlar insanların ancaq onların aynalarında əksini görürlər.
Bir xanım var idi. Hər kəsin yanında həyat yoldaşından bəhs edirdi. Bür gün gözlərini gördüm. Bədbəxt nəzərlə süzürdü həyat yoldaşını. Onda anladım ki, aynamda əks olunan yanlışdır. İnsan başqalarına varımdır deyə öyünmür, yoxumdur deyə hayqırır.Bütün günün yorğunluğundan sonra qalaqlanmış yükə baxıb fərəhlənirəm. Alnımın tərini silib dodaqlarıma aparır və bu tərə görə həmd edirəm. Qadının həmdi fərqli olur. Çünki duyğu dolu, demədiklərindən ibarət olur. Artıq bir pəncərəmiz var. Şəhərə baxır. Kimə desən mənə pəncərə ver, xoşbəxt olum, adama gülərlər. Çünki içində güzgüsü yoxdur, aynası qırılıb. Aynam qırılıb, ayaqlarıma o qədər batıb ki... Amma o aynanı yenidən bərpa etmək üçün illərlə çalışmışam. Anlamışam ki, ruhum didərgin olandan sonra pəncərəm qızıldan olsa da düzəlməyəcəm.Səhər günəşinin işıqları üfüqü qırmızı rəngə boyayır. Qollarımı yana açaraq sevinclə “İlahi” deyirəm. Sənin zamanın bizim uydurulmuş zamanımıza uyğun gəlmir. Buna görə bizi əfv et! Sənin zərurətin mənim zərurətimlə uzlaşmayanda mənim üsyanım sənin rəhminə layiq olsun. Cahilik, o ali insanın (s) dediyi kimi biz bilmirik. Bilmədiklərimiz çuxurunda boğularkən, yenə də sən bizə əl uzat! Bir qarğalı pəncərə ver, ruhumuz bülbül olsun! O bülbülə çatmaq üçün də aynamızı sındır! Qoy ayaДЈımıza batan qırıntıları bizi sənə aparsın!
Ülviyyə Tahir
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi