Hal-hazırda skalioz çox yayılmış onurğa xəstəliklərindən biridir. Bu, adətən anadangəlmə və sonradan qazanılma ola bilir. Skalioz gənclərdə daha çox özünü biruzə verir. Bu da qeyri-sağlam yaşayış tərzi və ən əsası düzgün oturmamaqdan irəli gəlir.
Skalioz əsasən 3 formada olur: sadə, qismən əyri, mürəkkəb. Bu xəstəlik onurğa ətrafında müşahidə olunur, bundan əlavə, onurğa əyriliyi döş qəfəsinin assimmetriyasına səbəb olur ki, bu da getdikcə daxili orqanları sıxır.
Sümük və əzələ zəifliyi, qucaqda (əsasən də sol) uşağı gəzdirmək, xüsusilə uzun müddətli oturaq rejim- bütün bunlar skaliozun yaranmasına və inkişafına gətirib çıxardır.
Onurğanın və döş qəfəsinin ciddi əyriliyi daxili orqanların fəaliyyətinə birbaşa təsir edir:
- Plevral oyuqları azaldır
- Nəfəs alma mexanikasına mane olur
- Daxili nəfəs almanı pisləşdirir
- Arterial qanın oksigenlə təmin olunmasını zəiflədir
- Toxumaların tənəffüs etmə xüsusiyyəitni dəyişir
- Ağciyərlərin sirkulyasiyasında hipertoniyaya səbəb olur.
Evdə skaliozu özümüz necə təyin edə bilərik?
-Həmişə adət etdiyinz qaydada dayanın və ən əsas bunlara diqqət yetirin:
-Bir çiyin digərindən azacıq hündürdür
-Qabağa əyildikdə onurğa sütununuz gözlə görünəcək qaydada əyridir.
Skaliozun müalicəsi
Müalicə xəstənin yaşından, skaliozun hansı növə malik olmasından və onurğanın nə dərəcədə deformasiyaya uğramasından asılıdır.
Uşaq onurğa əyriliyinin I və II dərəcəsini konservativ müalicə edirlər. Uğurlu müalicənin əsas şərti tam və vitaminli qida, müntəzəm açıq havada olmaq və idmandır. Yatağın sərt olmağı əsas şərtdir.
İşdə və evdə stol-stul boya uyğun olmalıdır. Diqqət yetirmək lazımdır ki, uşaq stol arxasında düz əyləşib və ayaqları döşəməyə çatıb.
Mütəmadi olaraq geyinmək üçün korset də təyin olunur.
Diqqət edin:
-Hərəkətsiz 20 dəqiqədən çox oturmayın!
- Çalışın tez-tez ayağa qalxın. Bu “fasilənin” minimum davam etməsi 10 saniyədir.
-Oturanda ayaqların vəziyyətini tez-tez dəyişin; ayaqları qabağa, arxaya, yanaşı qoyun, sonra əksinə və s.
- Düz oturmağa vərdiş edin.
Uşaq yaşlarında adətən I və II dərəcəli skaliozun inkişafını dayandırmaq olar, amma III və IV dərəcələrdə siz sadəcə skaliozun inkişafının qarşısını ala bilərsiniz.
Boy artımı dayananda (16-18 yaş arası) skaliozun inkişafı da dayanır. Qeyd edilir ki, 20 yaşdan sonra onurğa əyriliyini düzəltmək mümkün deyil. Əlavə müalicələr kömək xarakteri daşıyır ( fiziki məşqlər, gündəlik ,düzgün rejim, fizioterapiya və massaj).
Sonda unutmayın ki, harda olmağınızdan asılı olmayaraq qamətinizi düzgün saxlamalısınız. Səhər gimnastikası, fitness təlim, aktiv istirahət, üzgüçülük,yürüş,qaçış skaliozdan uzaq olmağa kömək edəcək.
XƏBƏR LENTİ
Sıla məşhur aşpazdan ayrıldı
Adını dəyişmək istəyən şəxs nə etməlidir?
Quru meyvəli maffinlər (foto resept)
Aclıq bədənə necə təsir edir? - ARAŞDIRMA
Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil”
Real hekayə əsasında çəkilmiş seriallar
BÜRCLƏR bizə nə vəd edir?-8 Noyabr
Maraqlı təsadüf: ABŞ-da Kovid adlı dizayner pandemiyadan bir il əvvəl maskalı geyim təqdim edib
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
Google yeni şirkət aldı
Kartof dolması (foto resept)
Keçmişin gözəl aktrisaları
Cəfərinin faydaları
Həm ziyarət, həm ticarət
HAVA necə olacaq?- 14 APREL
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
"Qaz ayağı" peçenyesi (foto-resept)
Möhtəşəm ziyafət donları
McDonald's-ı belə "yıxdılar"
Malıbəyli və Quşçuların işğalından 24 il ötür
Acun "Survivor"və "Exathlon" yarışlarının gələcəyindən danışdı-FOTO
Hamiləlikdə ürək döyüntüsü
Plastik pəncərənin bu boltunu çevirin - Sən demə, YAY və QIŞ rejimləri var imiş - VİDEO
Metyu Brayza: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır”
Mehriban xanımdan vacib paylaşım
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Portağalın faydalarını bilirsinizmi?
"Azərbaycana kiberhücumların 90 faizi xaricdən həyata keçirilir"
Palantinlər
Davranış qaydalarına riayət edirsinizmi?
Günün ulduz falı
Tanış olun: yeni Jaguar
İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək
Qış vannası qəbul etməyin faydaları
Qara kişmişli kurabiyə (foto-resept)
3 il sonra...
"Facebook"da Dövlət İmtahan Mərkəzi adı altında SAXTAKARLIQ
Moruq mürəbbəsi (foto resept)
Quru saçlar üçün 3 maska
İllərə görə ən çox qazanan filmlər (2001-2019)
Bu körpə anasından 1 yaş kiçikdir
Azərbaycana "donuz qripi" gələrsə...
Azərbaycanda hava şəraiti dəyişəcək
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Muzey işçiləri evdə
Məşhurların illərə görə dəyişən saçları
Facebook-da "təmizlik" başlanır
Ən təhlükəli smartfonlar
DiKaprio partidə - FOTO
Şahzadə Harri və Meqanın körpəsinin adı açıqlandı-FOTO
- ŞƏRHLƏR