Qadin.NET / Onurğa əyriliyi - skalioz

Onurğa əyriliyi - skalioz

Onurğa əyriliyi - skalioz

            Hal-hazırda skalioz  çox yayılmış  onurğa xəstəliklərindən biridir. Bu, adətən anadangəlmə və sonradan qazanılma  ola bilir. Skalioz gənclərdə daha çox özünü biruzə verir. Bu da qeyri-sağlam yaşayış tərzi və ən əsası düzgün oturmamaqdan irəli gəlir. 

 Onurğa əyriliyi - skalioz

              Skalioz əsasən 3 formada olur: sadə, qismən əyri, mürəkkəb. Bu xəstəlik onurğa ətrafında müşahidə olunur, bundan əlavə, onurğa əyriliyi döş qəfəsinin assimmetriyasına səbəb olur ki, bu da getdikcə daxili orqanları sıxır. 

           Sümük və əzələ zəifliyi, qucaqda (əsasən  də sol) uşağı gəzdirmək, xüsusilə uzun müddətli oturaq rejim- bütün bunlar  skaliozun yaranmasına  və  inkişafına gətirib çıxardır. 

Onurğa əyriliyi - skalioz

 Onurğanın  və döş qəfəsinin ciddi əyriliyi daxili orqanların fəaliyyətinə birbaşa təsir edir: 

Evdə skaliozu özümüz necə təyin edə bilərik?

-Həmişə adət etdiyinz qaydada dayanın və ən əsas bunlara diqqət yetirin:

      -Bir çiyin digərindən azacıq hündürdür

      -Qabağa əyildikdə onurğa sütununuz gözlə görünəcək qaydada əyridir.

Skaliozun müalicəsi

Müalicə xəstənin yaşından, skaliozun hansı növə malik olmasından və onurğanın  nə dərəcədə deformasiyaya uğramasından asılıdır.

Uşaq onurğa əyriliyinin I və II dərəcəsini konservativ müalicə edirlər. Uğurlu müalicənin əsas şərti tam və vitaminli qida, müntəzəm açıq havada olmaq və idmandır. Yatağın sərt  olmağı əsas şərtdir.

İşdə və evdə stol-stul boya uyğun olmalıdır. Diqqət yetirmək lazımdır ki, uşaq stol arxasında düz əyləşib və ayaqları döşəməyə çatıb. 

Mütəmadi olaraq  geyinmək üçün korset də təyin olunur.

 Onurğa əyriliyi - skalioz

                      Konservativ müalicənin əsas göstərişlərindən biri də idman  ilə məşğul olmaqdır. Fiziki məşqlər onurğaya  stabilləşdirici təsir göstərir, qaməti yaxşılaşdırır, daxili nəfəs almanı tənzimləyir. Lakin bütün bunlar daha çox skaliozun ilkin  mərhələsində uğurlu olur. 

Diqqət edin:

-Hərəkətsiz 20 dəqiqədən çox oturmayın!

- Çalışın tez-tez ayağa qalxın. Bu “fasilənin” minimum davam etməsi  10 saniyədir.

-Oturanda ayaqların vəziyyətini tez-tez dəyişin; ayaqları qabağa, arxaya, yanaşı qoyun, sonra əksinə və s. 

- Düz oturmağa vərdiş edin.

 Onurğa əyriliyi - skalioz

                    Uşaq yaşlarında adətən I və  II dərəcəli  skaliozun inkişafını dayandırmaq olar, amma III  və IV  dərəcələrdə siz sadəcə skaliozun inkişafının qarşısını ala bilərsiniz.

            Boy artımı dayananda (16-18 yaş arası) skaliozun inkişafı da dayanır. Qeyd edilir ki, 20 yaşdan sonra onurğa əyriliyini düzəltmək mümkün deyil. Əlavə müalicələr kömək xarakteri daşıyır ( fiziki məşqlər, gündəlik ,düzgün rejim, fizioterapiya və massaj).

Onurğa əyriliyi - skalioz

            Sonda unutmayın ki, harda olmağınızdan asılı olmayaraq qamətinizi düzgün saxlamalısınız. Səhər gimnastikası, fitness təlim, aktiv istirahət, üzgüçülük,yürüş,qaçış skaliozdan uzaq olmağa kömək edəcək.

 

7 fevral 2013
GO BACK