Corciya Texnologiya İnstitutu və Emori Universitetinin həkimlər qrupu tərəfindən hazırlanmış mobil proqram qanazlığı xəstəliyinə diaqnoz qoymağa imkan verir. Sözügedən mobil proqram sayəsində istifadəçi analizləri vermədən, sadəcə, barmaqlarının şəklini çəkməklə qanazlığı xəstəliyinin simptomlarını asanlıqla aşkar edə bilər.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, qanazlığı - insan orqanizmində qeydə alınan pozulmadır və bu zaman qanda eritrosit və hemoqlobinin miqdarı azalır. Qanazlığı xəstəliyi üçün hamiləlik zamanı ağırlaşmalar, tez yorulma və ürək-damar xəstəlikləri xarakterikdir. Dünyada 2 milyarddan çox insan qanazlığı xəstəliyindən əziyyət çəkir.
Qanazlığı xəstəliyi daha çox inkişaf etməkdə olan ölkələrdə yayılıb, malyariya, QİÇS və başqa yoluxucu xəstəliklər, həmçinin, dəmir və vitamin çatışmazlığı ilə ağırlaşır. Qanazlığı xəstəliyinin diaqnostikası qan nümunələri və bahalı laboratoriya avadanlığı tələb edir ki, adətən gəliri az olan kasıb regionların sakinləri üçün əlçatmazdır.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən 337 nəfər və 72 sağlam insanın iştirak etdiyi tədqiqat mobil proqramın səmərəliliyini sübut edib. 4 həftəlik yoxlamanın yekununa görə, kompüter alqoritmləri hemoqlobinin miqdarını tibbi müayinə ilə müqayisədə daha dəqiq müəyyənləşdirib.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
