Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 20-də yeni hərrac keçirəcək. Hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-nı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir.
Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Zaqatala, Şəki, Yevlax, Şəmkir, Balakən və digər rayonlarında yerləşir.
Hərraca çıxarılan müəssisələr sırasında Binəqədi Əmlak Kompleksi, Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat, Balakən Əmlak Kompleksi kimi iri dövlət əmlakları var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Binəqədi Əmlak Kompleksidir. 900 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2853,4 kv.m, ümumi faydalı sahəsi isə 838,3 kv.m-dir. Bundan başqa Balakən Əmlak Kompleksi 550 min manata, paytaxtın Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat 542 min 500 manata hərraca çıxarılıb.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 65-i paytaxtda, qalanları isə Sumqayıtda, Şirvan şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxın Səbail rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 250 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 600 kv.m təşkil edir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kv.m ilə 600 kv.m arasında dəyişir.
Qeyd ediləməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Yasamal rayonunda yerləşən, sahəsi 47,4 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 4 min 500 manat təşkil edir.
Həmçinin Bakının Xətai rayonunda yerləşən sahəsi 11 kv.m, ilkin start qiyməti isə 3 min 750 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.
Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Qax Taxıl", "Saatlı Broyler", "Ağdaş Quşçuluq", "Boradigah Çay-2", "Yevlax Kəndnəqliyyat", "İmişli Yağ Pendir" kimi səhmdar cəmiyyətlər var.
Milli.Az

XƏBƏR LENTİ
Üçqulaq (foto resept)
Göyərti qutabı (foto-resept)
Bakıya bir yağış yağacaq ki...
"Donqarlıq"dan necə xilas olmalı?
Xəyal qurun
"Qanlı Yanvar" Braziliyada diplom aldı
Birlikdə öyrənək
Yazın ilk çiçəyi
"Qarabağ" mərhələ adlasa, kimlə oynayacaq?
"Süd çörək" (foto-resept)
Tam rəsmi: Elektron siqaretlər ziyanlıdır
Uşaqların koronavirusu ən ağır keçirdiyi yaş dövrü açıqlandı
"Harri Potter"-in məşhur aktyoru əməliyyat olunacaq-SƏBƏB
Boşanma səbəbi məlum oldu-XƏYANƏT
Qonaq otağı dizaynı
Ronaldinyo zaminə buraxılmaq üçün sərvət ödədi
Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır
Tom Hanks və yoldaşı koronavirusa yoluxdu
“McDonaldКјs” işçisi- 1600 dollar ziyan vurub
Ceyk "Facebook" yaradıcısı Markın atdığı zibillərlə dolanır-FOTO
İnternetə nəzarət güclənir
Britaniyada moda mükafatları sahiblərini tapdı
Saç tökülməsinə qarşı 6 həll yolu
Hava haqqında - 12.12.2013
Uşaq qidasının içindən qurd çıxdı - Bakıda
Hava haqqında - 30.01.2014
Təbiətdən sevgini əks etdirən kadrlar
İki Dünya Mübaribəsi və üç epidemiyadan sağ qalan 103 yaşlı qadın
7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib
“YouTube”un bu yeniliyi ürəyinizcə olacaq
Yeni ildə neçə gün iş olmayacaq? - Tətil günləri AÇIQLANDI
Uşaqların nəfəsini kəsən 3 problem
Lobya şorbası (foto-resept)
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Unikal enerjili avtomobil
Rusiyada koronavirusa qarşı preparatlar apteklərə veriləcək
Bu şəxs oyuncaqla evləndi-FOTO
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
Azərbaycanda 2015-in ilk üçəmləri
Porsche 911-ə rəqib hazırlanır
Hadise kişi kimi geyindi-FOTO
Mikayıl Müşfiqin doğum günüdür
Əhali bu vergilərdən azad edilir - SİYAHI
İki yalançının oyunu: Avropa və ləyaqətsiz hakimiyyət
“Helikopteri ruslar vurub”
Çox az insanın dinlədiyi gizli müəllim
Qulaq ağrısını azaltmaq üçün xalq təbabəti üsulları
Vanna otağı təmizliyi qaydaları
Təbii doğuşun faydaları
Temperatur enir - Sabahın HAVAsı
