Prezident İlham Əliyev sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.ANS PRESS-in məlumatına görə, fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Fərman müəyyən edilir ki, sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir; sənaye məhəllələrinin yaradılması haqqında qərarı İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Prezidenti qəbul edir; sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir; sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.
Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə üç ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyi sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi (məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etməlidir.
Nazirlər Kabineti və İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılır ki, bu fərmandan irəli gələn digər məsələləri həll etsinlər; bu fərmanın icrası ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat versinlər.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Meyvəli tort
Bel ağrısı
Bəyazdan Acuna: “Sənin nə dərdin var ki?”
Ürəksiz və nəbzsiz yaşayan ilk insan
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Sentyabrın 15-də...
Şaftalı pirojnası (foto-resept)
100 yaşlı məhbusa ölüm hökmü verildi-FOTO
Şükür etməyin ən yaxşı yolu hansıdır?
Kreativ əşyalar
TQDK-nın binası belə olacaq
Peruda 7.5 bal gücündə zəlzələ oldu
ABŞ təyyarəsi 16 əfqan öldürüldü
Ürək xəstəliklərindən qaynaqlanan nəfəs darlığı
Ayın ən maraqlı xəbəri (May ayı)
Hava haqqında
BÜRCLƏR bizə nə vəd edir?-28 Mart
İlham Əliyev marketdə - FOTO
Qadın və ananın həqiqi məqamı
Beren Saat ilk dəfə AÇIQLAMA verdi
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Emilia Klark özünə QADAДћAlar qoydu
Jan Klod Van Damm başlatdığı kampaniya ilə hər kəsin diqqətini çəkdi
Düyü salatı (video-resept)
Rusiyanın baş hərbi prokuroru Türkiyədən yardım istəyir
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Həkimlərə qadağa!
Torpaq fırıldaqçılarından ehtiyatlı olun
Səkkiz il yeyib içməyən yoq öldü
Putin raketləri irəli çəkdi
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlanıb
I Vitse-prezident Mehriban Əliyeva konfransda çıxış etdi
Təhsil Nazirliyi: 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb
"Bizi "Eurovision"da Elnur təmsil edəcək"
Yeni dünya rekordu: kəndi qar örtdü
Film festivalında jüri olacaq - FOTO
Daha bir ölkə Qarabağla bağlı qərəzli qətnamə qəbul etdi - XİN-dən SƏRT REAKSİYA
Beren Saata AДћIR İTKİ-FOTO
Paşinyan biabır oldu: Müsahibə zamanı hökumət evinin işığı söndü - VİDEO
Uzunömürlülüyün açarı
Zeytunlu, xiyarlı salat (foto resept)
Ən təhlükəli tətil əraziləri
3 ilə 600 milyona yaxın pul qazandılar
Facebook-da yenilik
Səhv etmişəm?
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
Ebru Gündeş 6 ildən sonra İLK DƏFƏ
Esmaü'l Hüsna
Binəli Yıldırımdan Zəfər paradı ilə bağlı paylaşım















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]