Bizə pullu yollar lazımdırmı? Təbii ki, bu sualın cavabına sürücülərin əksəriyyəti “yox” deyəcək. Ancaq gəlin tələsməyək. Bəlkə, pullu yollar yolların keyfiyyətinə müsbət təsir göstərəcək və bu da nəticədə avtomobillərə sərf edilən məsrəfi və ona ayrılan vaxtı azaldacaq.Pullu yollar bu və ya başqa formada bəzi ölkələrdə fəaliyyət göstərir. Statistikadan bəllidir ki, pullu yolları ona görə tikirlər ki, sonradan sərf edilən məsrəf sürücülərin hesabına tamamilə ödənilsin. Hər avtomobilə görə ödənilən məbləğ isə nəqliyyat vasitəsindən, onun çəkisi və təkərlərinin oxundan asılı olaraq dəyişir. Mütəxəssislər hesab edirlər ki, ödənişin aparılması avtomobillərin sıx olduğu yollarda qəza hallarının azalmasına və ətraf mühitin çirklənməməsinə gətirib çıxarar.Ödənişlərin aparılması isə MDB-nin bəzi ölkələrində müxtəlif cür həyata keçirilir. Misal üçün, Belarusda əsasən ödənişi çəkisi 3.5 tondan çox olan mexaniki nəqliyyat vasitələrinin sürücüləri edir. Xatırladaq ki, bu ölkədə ödənişli yolların uzunluğu 933 kilometrdir. Qazaxıstanda isə paytaxt Astana ilə kurort şəhəri hesab edilən Şuçinsk arasında salınan 224 kilometr uzunluğunda olan yolu ödənişli ediblər. Və hər il bu yoldan 9.3 milyon dollar qazanmaq fikrindədirlər. Hazırda Qazaxıstanda iki yeni pullu yol inşa edilir. Belə yolların artırılması isə Qazaxıstanda yol infrastrukturunun yaxşılaşdırılması üçün nəzərdə tutulub. Rusiyada da pullu yolların sayı xeyli çoxalıb. Bu ölkələrdə mopedin, motosikletin, traktor və marşrut taksilərinin, fövqəladə hallar üçün nəzərdə tutulmuş xüsusi təyinatlı avtomobillərin, humanitar yardım aparan maşınların və silahlı qüvvələrə məxsus olan nəqliyyat vasitələrinin sürücüləri pul ödəmirlər.Azərbaycanda artıq 10 ildir ki, "tikinti bumu" yaşanır. Çoxlu sayda həyət evləri, villalar, hündür mərtəbəli binalar inşa edilir. Yeni istehsalat, ticarət və əyləncə obyektləri və idman meydançaları tikilir. Ölkəmizdə beynəlxalq tədbirlər bir-birini əvəz edir. Böyük şirkətlər isə daha müasir binalar ucaldır. Və bütün bu proyektlərin həyata keçirilməsi üçün isə böyük yük daşıyan nəqliyyat vasitələri istifadə edilir. Nəticədə isə yolların yükü də çoxalır. Xüsusilə, Bakının şimal və cənub istiqamətlərində böyük həcmli yüklərin daşınması həyata keçirilir. Belə yolların isə keyfiyyətinin yüksək olması vacib hesab edilir. Dövlət yükü çox olan belə yolların istismarı üçün böyük pullar xərcləyir.Xatırladaq ki, Azərbaycanın cənub bölgəsini Qəzvindən ta Tehranadək birləşdirən yol pulludur.Yollardan pul tutulması ölkə vətəndaşları arasında birmənalı qarşılanmır. Bir çox vətəndaşlar özləri üçün heç bir tikinti aparmadığından yollardan istifadə etdikləri zaman asfalta heç bir zərər vermirlər. Bu baxımdan bu qəbildən olan vətəndaşların yollara pul ödəməsi heç bir məntiqə sığmır. Axı nəyə görə böyük həcmli yük maşınlarından istifadə etməyənlər pul ödəməlidirlər.Böyük tonnajlı yük maşınının sürücüsü vurğulayır ki, o, il yarım ərzində Azərbaycanın uzaq rayonundan Bakıya bir vətəndaşın şəxsi tikintisi üçün kubik daşıyıb. Buradan belə nəticəyə gəlmək olar ki, pul məhz belə sürücülərdən alınmalıdır. Gələcəkdə Azərbaycanda istifadəyə veriləcək pullu yollarda bu məqama nəzər yetirmək lazımdır.Ölkə mediası yazır ki, hazırda Nəqliyyat Nazirliyi pullu yolların salınması və qiymətin təyin edilməsi üçün araşdırma aparır. Təbii ki, hələ belə yolların sürücülərin ixtiyarına verilməsi üçün hər şeyi yüz dəfə ölçüb, bir dəfə həll etmək lazımdır, çünki belə yolların tam həyata keçirilməsi üçün dövlət büdcəsindən xeyli vəsait xərclənəcək. Bəlkə, ilk mərhələdə Belarus təcrübəsindən istifadə etmək yerinə düşər: “Yeni pullu yollar tikilməsin və hazırda istismarda olan yollara sadəcə olaraq bəzi avtomobillərin daxil olmasına qadağa qoyulsun”.“Ümumiyyətlə Azərbaycana pullu yollar lazımdırmı?” sualına cavab almaq üçün iqtisadi sahələr üzrə ekspert Oqtay Haqverdiyevin fikirlərini öyrəndik. O, pullu yolların dünyanın bir çox ölkələrində olduğunu dedi və qeyd etdi ki, qardaş Türkiyədə çoxdan tikilən və Avropa ilə Asiyanı birləşdirən körpüdən əhali indiyədək pulsuz istifadə edir.“Bu yoldan istifadə edənlərin sayının ildən-ilə çoxaldığını görən ölkə rəhbərliyi yeni körpü istifadəyə verdi, ancaq bu dəfə o körpüdən yararlananlardan pul alınmağa başlandı. Deməli, mənzil başına tələsən sürücülər alternativ yol seçmək hüququ qazandılar. Müşahidələr göstərir ki, pullu körpüdə çox zaman avtomobillərin sıxlığı hiss olunmur”, - deyə ekspert bildirdi.Oqtay Haqverdiyev Azərbaycanda tikilməsi nəzərdə tutulan pullu yollardan da danışaraq vurğuladı ki, ölkədə Bakıdan Dağıstanadək olan yol pullu yol kimi istifadə edilməli idi, ancaq bu proyekt nədənsə həyata keçirilmədi, çünki bu ideyanın gerçəkləşməsi üçün bəzi problemlər ortaya çıxdı: “Birincisi, pullu yolun sürücülərin istifadəsinə verilməsi üçün həmin yola paralel olan başqa bir yol olmalıdır. İkincisi, pullu yolların kənarlarında restoran, kafe və digər servisləri özündə birləşdirən infrastruktur yaradılmalıdır. Yolun özü isə yüksək keyfiyyətlə salınmalıdır. Bu zaman sürücüyə böyük sürətlə hərəkət etməyə icazə verilməlidir. Azərbaycanda isə yolların demək olar ki, hamısı yaşayış məntəqələrindən keçir və orada körpülərin, tunellərin az olması sürətin artırılmasına imkan vermir”.Ekspert Almaniyaya etdiyi səfəri xatırladaraq əlavə etdi ki, Kildən Münhenədək olan 200 kilometr pullu yolla getməyin özü xüsusi bir zövqdür. Ekspert hesab edir ki, dünyada belə şəraiti olan yolların sayı çox azdır.“Ola bilərmi ki, yeni pullu yollar istifadəyə veriləndən sonra köhnə yollar yararsız hala düşəcək?” sualına ekspert belə cavab verdi: “Təbii ki, belə qorxu var, çünki sürücülərin çoxu pulsuz yoldan istifadə etməyə çalışacaq. Pullu yollar şəxsi adamlar tərəfindən tikilməlidr. Düzdür, belə yolları dövlətin hesabına da tikmək olar, ancaq bu vaxt adi yolları nəzarətdən çıxartmaq olmaz. Almaniyada isə min kilometrlərlə olan adi yolların özündə kanalizasiya sistemi quraşdırılıb. Azərbaycanda hazırda pullu yolların tikintisinə lüzum yoxdur, çünki bundan əvvəl əhalinin yaşayış səviyyəsini yüksəltmək lazımdır. Bütün bunlar isə iqtisadi əsaslarla həyata keçirilməlidir. Yol tikintisi xeyli pul tələb edir. Qeyd edək ki, kənd yollarının modernləşdirilməsi üçün 7-8, magistral yollar üçün isə 15-20 il vaxt lazımdır. Pullu yol inşa etmək üçün birinci o yolun yükünün artacağını öncədən müəyyənləşdirmək lazımdır”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR