"Sözçü"nün budəfəki qonağı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqovdur.
- 1982-ci ildə Leninqrad Su Nəqliyyatı İnstitutuna daxil olmuşam. 1987-ci ildə oranı qırmızı diplomla bitirib bir müddət gəmi təmiri zavodunda işlədim. Təsadüfmü, yaxud taledə dönüş nöqtəsimi oldu, televiziyada işə dəvət aldım. 1991-ci ildən AzTV-də çalışmağa başladım. 2001-ci ilə qədər televiziya sistemində çalışmışam. 2001-ci ildən isə birinci ixtisasıma qayıtdım. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində "Dəniz" qəzetinin müxbiri kimi çalışmağa başladım. Bir müddət sonra isə Dövlət Dəniz Akademiyasında Gəmiqayırma və Gəmiçilik kafedrasında müəllim kimi fəaliyyətə başladım. İxtisasım həm də gəmiqayırma və gəmi təmiridir. 2004-cü ildən isə həm də informasiya və mətbuat şöbəsinin rəisiyəm. Eyni zamanda, akademiyada baş müəllim kimi fəaliyyət göstərirəm. Gəmiqayırma üzrə ilk elmlər namizədiyəm. Bu gün də jurnalistika fəaliyyətimi davam etdirirəm.
- Bu günün jurnalistikasını necə dəyərləndirirsiniz?
- 10 ildir mətbuat xidmətində çalışıram. Bütün dövrlərdə jurnalistika sahəsində peşəkarlar da olub, həvəskarlar da. Bu gün jurnalistikaya ciddi münasibət azalıb. Mən jurnalistikanı müqəddəs peşə sayıram, qələm sahiblərinə çox hörmət edirəm, amma jurnalistikanın adını korlayanlar həddindən artıq çoxdur. Ümumiyyətlə, jurnalistikadan xəbəri olmayanların, qələmə hörmətlə yanaşmayanların, hətta bəzi qəzetlərin redaktorlarının da jurnalistikadan xəbəri olmamasına pis baxıram. Jurnalistika peşəsi daha çətin günlər görüb. Azərbaycan jurnalistikası belə neqativ halların öhdəsindən gələcək. Bizdə tam peşəkar jurnalist ordusu formalaşacaq. Ən azından buna ümid etmək lazımdır.
- Söhbət əsnasında reket jurnalistlərin çoxalmasından şikayətləndiniz. Sizə də müraciət edirlərmi onlar?
- Mənə də hər həftə reket jurnalistlər zəng vururlar, danışıqlarından bilirsən ki, onlar reketdirlər. Birinci sözləri o olur ki, sizdən bizdə material var, biz onu vermək istəyirik, sizin də mövqeyinizi öyrənmək istəyirik. Soruşuruq ki, sizə bu məlumatı kim verib, cavab verirlər ki, o bizim mənbəmizdir, məlumat verə bilmərik. Danışıqlarından hiss edirik ki, vəziyyət başqadır, nəsə umurlar. Həmin umulanı verəndə o mənfi material getməyəcək. Belələri ilə bağlı məhkəməyə də müraciət etmişik, udmuşuq. Belə hallar da var. Çox fikir verməyəndə də sabun köpüyü kimi bu müraciətlər azalır. Mütəmadi olaraq belə jurnalistlər meydana gəlir. Hər halda biz onlarla əməkdaşlıq etmirik.
- Reketlərin yazdıqları sizə zərər verirmi?
- Yalan ayaq tutar, amma yeriməz. Reketlərin yazdığı hardasa qanqaraçılıq yaradır. Çaş-başlıq yarada bilər. Gəmiçiliyin rəhbərliyi hər mənfi yazı yazanı məhkəməyə verməyin tərəfdarı deyil. Bəzən olur ki, jurnalistlər davamlı formada yazırlar, amma sonra görürlər ki, onların dediyi olmur, əl çəkirlər. Tələb təklif doğurur. Kim onlara qane edən mövqedən yanaşırsa, onlar da o formada davam edirlər.
- Necə düşünürsünüz, reketlərin qarşısını almaq üçün nə etmək lazımdır?
- Reket jurnalistikanın qarşısını almaq üçün Mətbuat Şurasının addımı təqdirəlayiqdir. "Qara siyahı"nın təşkil olunması bizim işimizə kömək edir. Əlimdə mətbuatın "qara siyahı"sını saxlayıram. Onlardan bizə müraciət olanda mən birbaşa deyirəm ki, bu barədə sizinlə danışmaq istəmirəm. Sizin mətbu orqana etimadımız azdır. Bütövlükdə isə hər halda mənə elə gəlir ki, bunun maliyyə mənbələrinin qarşısı alınsa yaxşı olar. Qəzet buraxmaq elə də asan bir iş deyil. Maliyyə məbləğinə ehtiyac olur. Hansısa bir reket qəzetin arxasında hökmən kiminsə maraqları dayanır. Müvafiq orqanlar var, bununla maraqlanmalıdır. Əgər hansısa qəzetin adı "qara siyahı"ya düşübsə, artıq ciddi insanlar o qəzeti almayacaq. Belə olan halda onlar nəyin hesabına maaliyyələşəcəklər? Burda başqa bir məsələ də var. Elə qəzetlər var ki, onlar ayda, iki ayda bir çıxır. Faktiki olaraq bu şəxslər korrupsiyaya qoşulmuş olurlar. Ölkəmizdə də korrupsiyaya qarşı çox ciddi mübarizə var. Buna da şərait yaratmaq lazım deyil. Bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır.
- Fikir verirsinizsə, son zamanlar mətbuatda zorlama, kriminal və şou xəbərlərinin sayı artıb...
- Mətbutada zorlanma hadisələrin üzə çıxarılmasına bir jurnalist kimi münasibətim mənfidir. Mən elə xəbərləri heç vaxt hazırlamamışam və belə xəbərlərə də heç vaxt maraq göstərməmişəm. Mən də atayam, mənim də balalarım var. Əgər bu xəbər hansısa bir qəzetdə yazılırsa, o qəzet geniş yayılmayıbsa, yenə dərd yarıdır. Belə xəbərlər televiziya ekranlarında, radiolarda verilirsə, bu özü çox mənfi haldır. Ən azı ona görə ki, bizim mentalitetimiz var və nələrinsə bütün çılpaqlığı ilə verilməsi düzgün deyil. Bir ata kimi istəməzdim mənim övladlarım o xəbəri oxusun. Tarixən belə şeylər olub. Şəxsən mənim jurnalistikada sensasiya yaratmaq cəhdlərinə münasibətim mənfidir. Əgər həqiqətən sensasiya varsa və sən bunu birinci çatdırırsansa bu, gözəldir. Amma olmayan yerdən sensasiya cəhdinə mənfi yanaşıram. Televiziyada çoxlu kriminal xronikalı xəbərlər var. Mən onların heç birinə baxmıram. Şou-biznes xəbərlərinə isə ümumiyyətlə baxmıram. Çalışıram ətrafım da, ailə üzvlərim də baxmasın. Janr söhbəti var. Bu, çox vacibdir. Mən təsəvvür etmirəm ki, hər hansı bir şəxs eyni peşəkarlıqla həm siyasətdən, həm iqtisadiyyatdan, incəsənətdən yazsın. İstər- istəməz insan savadı, qabiliyyəti baxımdan fərqlənir. Bizdə radio sahəsi nisbətən diqqətdən kənarda qalıb, televiziyanın kölgəsində olub. Əvvəllər reklama qulaq asmaqdan bezirdiksə, indi aparıcıların səsinə qulaq asmaqdan bezirik. Hər şeyin dozası, əndazəsi var. Bəzi kanallar öz auditoriyası kimi evdar qadınları görürlər. Evdar qadının sanki başqa işi-gücü yoxdur, evdə toz alıb ancaq radioya qulaq asır. Bu anda hansı müğənninin hansı paltar geyinməsi, yalançı, əldəqayırma mübahisələr və s. ilə maraqlanır. Təbii ki, bu, heç kimə maraqlı deyil, eləcə də ev xanımlarına. Bizim şou- biznes nümayəndələri də gündəmdə olmaq üçün mənfi addımlar atırlar. Jurnalistlər də sualı elə verirlər ki, hökmən qan düşsün. Aparıcıların özlərini bir növ dinləyicilərə sırımaları da xoşuma gəlmir.
- Sizcə, indiki dövrdə də jurnalistika 4-cü hakimiyyət kimi fəaliyyət göstərirmi?
- İndi jurnalistlər 4-cü hakimiyyət kimi fəaliyyət göstərmirlər. Sovet dövründə bu sahənin müsbət və mənfi tərəfləri də olub. Mütləq mənfi mütləq müsbət cəmiyyət olmur. Hər şey nisbidir. Sovet dövründə bir yanaşma vardı, partiyanın rəhbərliyi altında yazılan sözlərdə bilirdilər ki, bu partiya orqanı ilə razılaşdırılmış məqalə və ya verilişdir. Hər adam televiziyada jurnalist işləyə bilməzdi. Ondan ötrü mərhələlərdən keçmək lazım idi. Peşəkarlıq cilalanırdı. Məhz buna görə o dövrdə jurnalistika 4-cü hakimiyyət sayılırdı. Müstəqillik illərində kəşməkəşli hadisələrin şahidi olmuşuq. İndi sabitlik dövrüdür. İnsanlar sakit nəfəs alırlar. Mənə elə gəlir ki, jurnalistikanın 4-cü hakimiyyət orqanı olması iddiasını heç kəs onların əlindən almayıb. Jurnalistika bu gün də o rolu oynaya bilər.
- Necə düşünürsünüz, mətbuat katibi olmaq üçün məhz jurnalistikadanmı gəlmək önəmlidir?
- Hər şeyə hansısa qəlib çərçivəsindən baxmaq düzgün deyil. Hərənin özünün subyektiv fikri var. Mən jurnalistikanı bitirməmişəm, amma mənim gözəl müəllimlərim olub. Ələddin Əsədzadə, Şahin Şahsuvarov, Rafiq Hüseynovun dəyərli tövsiyələri mənim köməyimə gəlib. Bunlar məktəb yaratmış şəxslərdir. İndiyə kimi qulağımda qalan bir şey var. Televiziya jurnalistinin ilk növbədə zövqü olmalıdır. Jurnalist ana dilini mükəmməl bilməlidir. İşlətdiyin sözün çəkisini dəqiq bilməlidir. Savadın varsa, nəyəsə girişə bilərsən. Azərbaycanda böyük jurnalistika formalaşdırmaq məktəbi var, gözəl müəllimlərimiz var. Hamı gözəl mühəndis olmur. Sadəcə olaraq kim sözün məsuliyyətini dərk edirsə, öz üzərində çalışırsa, o, daha çox qabağa gedir. Mənim müəllimlərim həmişə deyərdi ki, özünü tamaşaçının yerinə qoy. Verilişi hazırlayanda özünü tamaşaçı kimi hiss elə, bax ki, o veriliş sənin üçün maraqlıdır, ya yox. Mənə elə gəlir ki, jurnalistin daha çox işlədiyi yerin spesifikasını bilmək daha vacibdir. Qurumun reklamı, informasiyaları ictimaiyyətə çatdırma baxımından mətbuat xidməti aktiv olmalıdır. Qurumun işini kökündən bilmək lazımdır. Sən orda işləyən insanları da təmsil edirsən, bir növ şirkətin siması olursan. Orda işləyənlərin nə ilə nəfəs almasını da sən bilirsən. Tamaşaçı qarşısına çıxanda onları lazımı səviyyədə müdafiə edə, fikirlərini çatdıra bilirsən. Təşkilatın ictimai fikrini çatdıra bilməlisən. İdeal o olur ki, həm jurnalistikanı biləsən, həm də işlədiyin sahəni. O da nadir hallarda olur.
- Yazırsınızmı yenə?
- Mən əvvəldən özümü informasiya jurnalisti saymışam. Televiziyada publisist verilişlərim olub, amma hər zaman ürəyimə yatan informasiya sahəsi olub. Mətbuat xidmətinin işi elə informasiya vermək, informasiya yaymaqdır. Bu baxımdan mən hesab edirəm ki, sevdiyim işlə məşğulam. Yaradıcılıq baxımından gəmiçiliklə bağlı press-relizləri özüm yazıram. Bizim "Dəniz" qəzetimiz var, orda da yazılarım dərc olunur. Jurnalistika fəaliyyətimi dayandırmaram heç vaxt. Bu, mənim peşə hazırlığımı daim cilalayır. İnsanı daha həvəslə işləməyə sövq edir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR