Bakıda VII Beynəlxalq Təhsil və Karyera Sərgisi başlayıb. Lent-ın verdiyi məlumata görə, sərgidə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bütün dünyada olduğu kimi Azərbaycanda da təhsilin karyeranın qurulması üçün bir vasitə olduğunu söyləyib. Mikayıl Cabbarov Bakıda VII Beynəlxalq Təhsil və Karyera Sərgisinin keçirilməsində də əsas məqsədin bu olduğunu bildirib: “Sərgi vasitəsilə işəgötürənlər birbaşa olaraq təhsil ocaqları ilə ünsiyyətdə olacaq. Sərgi ilk növbədə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinə bazar iqtisadiyyatı şəraitində öz məhsullarını, təhsillərini tanıtmağa, ikitərəfli əlaqələrin genişlənməsi üçün xarici şirkətlərlə birbaşa əlaqələr yaratmağa imkan yaradacaq. Bu, azərbaycanlı tələbələrə də seçim əldə etmək imkan verir”.Təhsil naziri Azərbaycan hökumətinin vətəndaşlar üçün dünya standartlarına cavab verən yüksək səviyyəli təhsil imkanlarını yaratmaq istiqamətində ciddi addımlar atdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrinin bu kimi sərgilərdə daha fəal şəkildə iştirakı onların həm xarici tərəfdaşları ilə birbaşa əlaqələr qurması, həm də ali təhsil müəssisələrinin effektiv idarə olunması sahəsində uğurlu xarici təcrübələrin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Bununla yanaşı, bizim ali təhsil müəssisələrinin bu kimi tədbirlərdən istifadə edərək əmək bazarında öz təbliğatlarını aparmalıdırlar. Sürətlə inkişaf edən iqtisadiyyat üçün yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarlar tələb olunur. Təhsil Nazirliyi ölkədə və xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq çərçivəsində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Sərgi çərçivəsində də “Müasir Azərbaycan peşəkarları” layihəsinin təqdimatı keçiriləcək. Ümidvaram ki, şagird, tələbə və məzunlarımız sərginin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edərək yeni təhsil və karyera perspektivlərini dəyərləndirə biləcəklər”."İteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, sərgidə dünyanın 17 ölkəsindən 107 iştirakçısı bir araya gəlib. Bu ölkələr arasında Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr və digərləri var Sərgidə ali təhsil almaq və ya biliklərini artırmaq istəyən şəxslərə geniş informasiya təklif olunur: “İlk dəfə olaraq, 5 ölkə öz milli stendləri ilə çıxış edir. Ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqram təklif edən iştirakçılar ziyarətçilərə ölkələrinin təhsil sistemi, eləcə də xaricdə bu və ya digər təhsil proqramının üstünlükləri barədə məlumat verəcəklər. Sərgi iştirakçıları tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar”. Qeyd edək ki, VII Beynəlxalq Təhsil və Karyera Sərgisi oktyabrın 6-dək davam edəcək.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bir dəfə də sus, bomba partlamayacaq...
Kıvançın bədən qüsurunu aşkarladılar-FOTO
Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin dinc yolla nizamlanması üzrə qətiyyətlərini təsdiqləyiblər
Bakı rusların marağında
Emily Ratajkowskinin pencək sevgisi
Onun ecazkar sənəti, melodiyası
Ürəklə əlaqədar həqiqətlər
Bu gün Azru Əliyevanın ad günüdür!
Malena Mard: Şengen vizası qaydalarının sadələşdirilməsinə dair yeni təkliflər Azərbaycan vətəndaşları üçün də faydalı olacaq
Çantalar
40 yaşından sonra ana olan məşhurlar
Namaz və onun qaydaları (5-hissə)
Damla şokoladlı paxlava (foto resept)
Adobe Photoshop (Dərs-15)
"Ağıllı" zibil vedrəsi təqdim olundu-VİDEO
Fatih Terim mətbuat konfransı keçirir - CANLI YAYIM
Günün ulduz falı
BÜRCLƏR bizə nə vəd edir? - 14 mart
Vətən müharibəsinin yeganə xanım şəhidinin büstü hazırlandı
İki gün öncə evlənən Zerrin Özər boşanır-SƏBƏB
Möhtəşəm don modelləri
Florida sahilində iki sualtı PİRAMİDA TAPILDI – Sensasiyalı kəşf
Putindən növbəti Qarabağ addımı
Həm ev tikən, həm ev yıxan internet
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
Qonşuları Sezen Aksudan şikayət edib
Evdəki sadə vasitələrlə gözəllik təklifləri
10 kq ağırlığında, 8 metr hündürlüyündə Quran
Doğulacaq körpənin cinsini açıqladılar-FOTO
Cütlüklərin toy fotolarına dair 25 planı
Cennifer Lopezin yeni obrazı
Monqolustanda yayılan vəbanın qonşu dövlətlərə keçmək təhlükəsi varmı?
DYP-dən deputatların radar etirazına cavab
Evi təmir etdi, 17 milyona satışa çıxardı - FOTO
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib
Azərbaycanda uşaqların SAYI AÇIQLANDI
“Xəzər həftəsi”nə start verilir
Rita Ora yay tətilində də maskasını çıxarmır - FOTO
"ASAN xidmət"ə üz tutanlar bu məlumatı mütləq oxusun
2068-ci ildə asteroid Yerlə toqquşacaq
Tələbə qız şəkilləri sayəsində varlandı-FOTO
Bürclər nə vaxt hirslənir (2-ci hissə)
Sergey Lavrov: “Türkiyə regionda real faktordur”
Azərbaycanda xarici pasportların verilməsində yenilik
"Real Madrid" "pit bul"unu klubda saxladı
Məşhur aktyor "Kuruluş Osman" serialında
Daha yaxşı hiss etmək üçün 3 bitki çayı
Övladınızın istedadlı olmasını istəyirsinizsə...
Şirniyyat gəlincikləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]