Təhsil Nazirliyi təhsil müəssisələrində sosial məsafənin təmin edilməsi ilə bağlı təlimat hazırlayıb.
Qadin.Net bildirir ki, APA-nın məlumatına görə, təlimatda bildirilir ki, 15 sentyabr 2020-ci il tarixindən etibarən ölkənin ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə tədris və təlim-tərbiyə prosesinin başlanmasını nəzərə alaraq, sosial məsafənin saxlanılması ilə əlaqədar təhsil müəssisələri rəhbərləri tərəfindən aşağıdakılar təmin edilməlidir:
Şagirdlər (valideynləri ilə birgə də ola bilər) məktəbin həyətyanı sahəsində sosial məsafənin saxlanılması məqsədilə yerdə çəkilmiş dayanma işarələrinin üzərində dayanmalıdırlar;
Həyətyanı sahədə sosial məsafənin saxlanılması və növbə ilə məktəbə daxil olma prosesinin tənzimlənməsi üçün şagird kontingentinin sayından asılı olaraq əməkdaşlar ayrılmalı və siniflərə təhkim edilməlidirlər;
Məktəbin girişində hər bir şagirdin hərarəti ölçülməli və hərarət 37.1 dərəcədən aşağı olduğu halda, şagird sinif otağına yönəldilməlidir, hərarət qeyd edilən həddən yüksək olduqda, təxirəsalınmadan məktəbin həkimi tərəfindən valideyn təlimatlandırılmalı və şagird geri qaytarılmalıdır.
Sosial məsafənin saxlanılması məqsədilə məktəbin həyətyanı sahəsində dayanma işarələrinə verilən tələblərdə deyilir ki, şagird kontingentinin sayına və məktəbin həyətyanı sahəsinə uyğun çəkilən dayanma işarələrinin ölçüsü (diametri) 20-30 santimetr olan dairə, kvadrat, düz xətt şəklində ola bilər. Dayanma işarələri ağ rəngli boya, yaxud əhəng ilə çəkilməlidir. Dayanma işarələri arasındakı məsafə ən azı iki metr olmalıdır.
Əgər məktəb binasının (korpuslarına) birdən çox giriş qapısı varsa, o zaman giriş qapıları müvafiq hərflərlə kodlaşdırılmalı (A, B, C və s) və hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilməlidir. Bu proses daha çox şagird sıxlığı çox olan məktəblərə tövsiyə edilir və bu zaman elektrik hərarət ölçən cihazın sayı nəzərə alınmalıdır. Belə bir variant tətbiq ediləcəyi təqdirdə, şagirdin hansı girişdən daxil olacağı barədə valideynlərə əvvəlcədən bildirilməlidir.
Valideynlərə verilən tələblərdə deyilir ki, sosial məsafənin saxlanılması məqsədilə valideynlər yerdə çəkilmiş dayanma işarələrində övladının yanında dayanmalıdırlar. Övladı məktəbin giriş qapısına daxil olduqdan sonra valideynlər məktəbin həyətyanı sahəsini tərk etməlidirlər.
Məktəbin həyətyanı sahəsində şagirdlərin və valideynlərin sosial məsafə saxlamadan kütləvi halda toplaşması və kütləvi halda şəkil çəkdirməsi yolverilməzdir.
Qeyd olunan məsələlərin mövcud qayda və təlimatlara uyğun şəkildə həyata keçirilməsinə nəzarət təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçiriləcək. Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən mütamadi olaraq prosesə nəzarət məqsədilə yerlərdə keçirilən monitorinqlər zamanı müvafiq qaydalara əməl etməyən müəssisə rəhbərləri aşkarlandığı halda, onlar barəsində intizam tənbehi tədbirləri həyata keçiriləcək.

XƏBƏR LENTİ
Mikayıl Cabbarov mayın 10-u ilə bağlı əmr verdi
Demi Lovatonun həyati təhlükəsi davam edir-FOTO
Darçınlı bisküvit (foto-resept)
Fıstıqlı peçenye (foto resept)
Burak və Fahriye oğullarına bu ADI verəcək
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Ziyafətlər üçün hicablar
Ordumuzda “Həyəcan” siqnalı
Ronaldo İnstaqramdan 44 milyon qazandı
Cəbhədən ən son xəbər
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
İpoteka ilə bağlı yeni qaydalar təsdiqləndi
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı: 10 min işsizə vəsait ödəndi - VİDEO
Kənan və Sinemin BOŞANMA xəbəri yayıldı-FOTO
Səmada uçan NAMƏLUM OBYEKT insanları vahimələndirdi - FOTO
Günün qoroskopu:Bədxərclik etməyin!
Ceyms Bondun yeni filmi sonuncu ola bilər
Lənətlənmiş ada - Bura gələnlər yoxa çıxır
Ayaqlarımıza qulluq edək
Ölərkən "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyən azərbaycanlı
Doğumdan sonra edilməsi lazım olanlar
Erməniləri faş edən tapıntı
Acun TV8-i neçəyə aldığını açıqladı-FOTO
Sabahın hava proqnozu
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Əhvalımızı necə qaldıraq?
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Mürəbbəli şirniyyat (foto-resept)
Tük qoparma xəstəlikdirmi?
Məşhur aktyor AÇIQLAMA VERDİ-FOTO
Selena Gomez artıq çəkiləri ilə gündəm olub-FOTO
Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - VİDEO
COVID-19-un müalicəsində effektli dərman tapıldı?
ABŞ rəsmisi: "Azərbaycan erməniləri güllələmir"
Misirin gözəlliyi dəblə birləşərsə...
Zəncirotunun xeyri və zərəri
Ramazanın beşinci gününün duası
Paytaxtda yay havası: 30 dərəcə isti olacaq
Ailə üçün təhdid: yuxuda danışmaq
8 Mart: Bayram, yoxsa qanlı faciənin tarixi
Burak və Fahriyenin valideynlərindən nəvəyə 140 minlik hədiyyə
İran zibildən "qazanacaq"
2014-cü ilin "Qızıl Qlobus" mükafatı mərasimi
Maraqlı faktlar
Ələ keçirilən düşmən qənimətlərinin görüntüləri yayıldı - VİDEO
18 yaşlı bloqer “TikTok” -da şöhrət qazanmaq üçün cinayətə əl atdı
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Azərbaycanda doğum səviyyəsi artıb
İlham Əliyev Sarkisyana mesaj göndərdi
Orta məktəblərdə dərslər necə təşkil olunacaq? - Nazir açıqladı
