Yaponiyanın koronavirusla mübarizəyə cavabdeh olan naziri Nişimura Yasutoşi prefekturaların qubernatorlarını müvafiq istiqamətdə əməkdaşlığa çağırıb.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, nazir belə bir çağırışla qubernatorlarla təşkil edilmiş onlayn konfrans zamanı çıxış edib. N.Yasutoşi hökumət tərəfindən ekspertlərin təklif etdiyi dörd mərhələli indeksləşdirmənin qəbul edildiyini bildirib. Qeyd edib ki, bu indeksləşdirmə zamanı yoluxma hallarının ümumi sayı və koronavirus testləri vaxtı müsbət reaksiyalar da nəzərə alınmaqla altı göstərici əsas götürüləcək. Mütəxəssislərin rəyinə görə, ölkənin bir çox regionları həmin indeksləşdirmə üzrə hazırda ikinci mərhələdədir və bu, yoluxmanın yayılmaqda davam etdiyini təsdiqləyir.
Yerli hakimiyyət orqanlarından bu indeksləşdirmədən öz regionlarında mövcud vəziyyəti qiymətləndirmək üçün istifadə edəcəklərini gözlədiklərini bildirən nazir qeyd edib ki, bu, yerlərdə yaranan tələbatı öyrənmək üçün fəal addımlar atılmasına təsir göstərəcək. N.Yasutoşi, həmçinin bunun əhali ilə əməkdaşlığa və informasiya mübadiləsinə müsbət təsir edəcəyinə ümidvar olduğunu deyib.
Nazirin sözlərinə görə, ölkədə vəziyyət hazırda həlledici məqama yaxınlaşıb. İnfeksiyanın xüsusən yaşlı insanlar arasında yayılmasının qarşısının alınmasına ehtiyac olduğunu vurğulayan nazir, ağır xəstələrin yataqla təchizatının zəruriliyini də bildirib.
Yaponiya Qubernatorları Assosiasiyasının sədri, Tokuşima prefekturasının qubernatoru İizumi Kamon deyib ki, müəssisələrin fəaliyyətini dayandırması barədə xahişin səmərəli olması üçün onlara kompensasiyaların ödənilməsi xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə mərkəzi hökumət tərəfindən ayrılan subsidiyaların məbləği artırılmalıdır.
İ.Kamon, həmçinin müəssisələrə təsir göstərmək üçün hüquqi bazanın gücləndirilməsini təklif edib. Belə tədbirlər sırasında xahişə əməl etməyən müəssislərə cərimələr tətbiqinin müsbət nəticə verəcəyini bildirib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Folqada çəki balığı (foto resept)
Günün ulduz falı
Fitness məşqləri
Qan donduran araşdırma - 5042 ölü
Rəngarəng ziyafət donları
Ermənilərlə şiddətli atışma
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Kartof dolması (foto resept)
Koronavirusdan ən çox ölən xəstələr kimlərdir? - ARAŞDIRMA
Şuşasız 23 il...
Arıqlayarkən üzümüz çökməsin!
Saç soyuqdəyməsi nədir, əlamətləri nələrdir?
Ancelina Coli yenidən arıqlayıb-FOTO
Sevgiliniz sizi aldadır? Onda oxuyun
Xallı geyim nümunələri
Putin ilk dəfə məxfi iş otağını nümayiş etdirdi - VİDEO
Forel balıqlı salat-kokteyl (foto resept)
DİN-in zabitlərinə general rütbəsi verilib
İlham Əliyevdən yeni təyinat
Hande və Murat EVLƏNİR-FOTO
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Bakı məktəblərində bu peşələrə EHTİYAC VAR
Sabahın HAVAsı
Bakıya giriş-çıxış bağlanır? -AÇIQLAMA
Rihannadan yeni paylaşım-FOTO
2017-ci ildə artıq dəbdən düşəcək trendlərin siyahısı
Pablo Picassonun ən bahalı 10 əsəri
Sobasız hazırlanan marmeladlı şirniyyat(foto-resept)
Günəş haqqında bilmədikləriniz
İranda səhər zəlzələ ilə açıldı
Portağallı çörək (foto resept)
Mədə kiçiltmə əməliyyatları - Düzgündür?
Siqaretin satışına qadağa qoyuldu
Duz onları öldürə bilər
Körpələr üçün ayaqqabılar
Dəbli çantalar
Mehriban Əliyevanı duyğulandıran nümayiş
Sumqayıtda dəniz kənarında möhtəşəm ticarət kompleksi tikiləcək
2019-un yadda qalan geyimləri
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Müdafiə Nazirliyində kadr dəyişikliyi
Azərbaycanda valideynlərə müraciət: "Onları almayın!"
Limonlu keks (foto resept)
Dua Lipadan cazibədar FOTOlar
İpoteka ilə bağlı VƏD
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Dünyanın ən qədim çarpayısı tapılıb
Prezident fəxri adlar verdi
İnternetdən ayrılmadan edə biləcəkləriniz














