Ailənin idarəçilərindən biri olan ananın ailədə rolu çox böyük və vacibdir. Ailədə maddi cəhətdən böyük rola ata malik olduğu halda mənəvi cəhətdən isə ana xüsusi rola malikdir.
Ailə tərbiyəsinə, cəmiyyət ideologiyasına və insan psixologiyasına birbaşa təsir edən, ailədə insidentlərin yaranmasına gətirib çıxaran faktorlardan biri də seriallardır.
Seriallar Azərbaycan ailələrinə ciddi mənəvi zərər vururlar. Onların mənəviyyatlarını çirkinləşdirirlər. Serial aludəçisi olan evdar qadınlar o qədər serial aləmində itib-batırlar ki, övladlarının tərbiyələrini, ailələrinə qarşı olan qayğıları belə unudurlar. Serial insanlar üçün böyük bir xəstəlikdir. Bu, insanlarda əvvəlcə vərdiş halından başlayır. Sonradan artıq vərdiş deyil, psixologiyada ciddi fəsadlar doğuran "şüur xəstəliy"inə çevrilir. Ekspertlər bəzən belə halların "narkotikə aludə olma halları" ilə eynilik təşkil etdiyini söyləyirlər.
Aparılan araşdırmalara görə, seriallar ailələrin formalaşmasına mənfi təsir göstərir. Hal-hazırda sirr deyil ki, nəinki, evdar qadınlar, hətta işgüzar qadınlar da seriallardan yan qaçmırlar. Bu da vaxtın səmərəsiz xərclənməsi deməkdir. Seriallara maraq göstərən qadınlar, analar ailəni az da olsa unudur, uşaqlar yaddan çıxır, ev işləri bir kənara atılır. Belə ailələrin də övladları təbii ki, qonşuda və ya küçələrdə böyüyür. Bu da artıq ailənin təməlinin zəifləməsinə, hətta çökməsinə gətirib çıxarır. Serial aludəçiləri başqa işlərlə məşğul olan zamanlarda belə yalnız özlərinin qəhrəmanları, oxşamaq istədikləri obrazlar haqqında düşünürlər. Ailənin digər üzvləri də, məsələn, qadının həyat yoldaşı belə hallarla rastlaşanda artıq bir-birləri arasında anlaşılmazlıq yaranır. Getdikcə bu söhbətlər dava-dalaş şəklini alır. Sonda isə bir çox ailə boşanma hadisələri ilə üzləşir. Bu addımın isə daha çox kişilər tərəfindən atıldığı müşahidə olunub.
HƏYATLA UZLAŞMAQ LAZIMDIR AMMA QAYDASINDA

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR