Onlar tarixə öz adlarını ən təhlükəli cəsus qadınlar olaraq yazdılar...
Əgər bir qadın kifayət qədər əzmli, qərarlı və bacarıqlıdırsa,
onun edə bilməyəcəyi heç bir şey yoxdur.
Helen Lawrenson
Mata Hari-“Doğuşun gözü”
Hollandiya doğumlu olan və əsl adı Marqarita Geertruida Zelle olan tarixin ən tanınmış qadın cəsusudur. O, Hollandiyada zəngin bir ailədə doğulmuş, lakin boşandıqdan bir neçə ay sonra Parisə köçmüşdür. Marqarita Parisdəki striptiz klublarının birində ən yaxşı striptizçi olarak rəqs etməyə başlayır. Burada özünə Mata Hari- malay dilində “Doğuşun gözü” mənasını verən adı seçir. Mata Hari məşhur rəqqasə kimi Avropa şəhərlərini dolaşır və həmin şəhərlərin dövlət adamları və ordudakı səlahiyyətli adamları ilə cinsi əlaqəyə girir. Birinci Dünya Müharibəsi başladığında fransızlar onun almanlar üçün cəsusluq etdiyindən şübhələnirlər.
Mata Hari ikitərəfli cəsus olduğunu, lakin fransızlara sadiq olduğunu etiraf etməsinə baxmayaraq, 1917-ci ildə həbs edilir və 8 ay sonra edam edilir.
Nancy Wake-“ən zalım cəsus qadın”
Yeni Zellandiyada doğulan Nancy Wake, İkinci Dünya Müharibəsi başlayanda Fransada jurnalist olaraq işləyirdi və Fransa Müqaviməti üçün könüllü kuryer olmağa qərar verir. Cəsus şəbəkəsini qurmadan çox-çox əvvəl, Gestapo onun üçün milyonlar dəyərində mükafat qoymuşdur.
Nancynin cəsusluq istedadı sadəcə fiziki olduğu üçün tənqidlərə məruz qalmışdı. Deyilənlərə görə, o, bir dəfə bir alman əsgərini yalın əllə öldürmüşdür. Müharibədən sonra ən az beş ölkə tərəfindən ən yüksək sivil mükafatlarla mükafatlandırıldı ki, bu da onu İkinci Dünya Müharibəsində ən çox mükafat qazanan qadın cəsus etdi.
Kristina Skarbek-“sevgilisi tərəfindən öldürülən xəfiyyə”
Kristina Skarbekin anlaşılmayan bacarığı altı illik İngilis Xüsusi Əməliyyatlar İdarəsindəki (SOE) cəsusluq müddətində onu İkinci Dünya Müharibəsinin ən bacarıqlı cəsuslarından birinə çevirmişdir. Gestapo tərəfindən edam edilmək üzərə olan iki SOE cəsusunu özünü İngiltərə Ali Komandanının qohumu kimi göstərərək qurtarması onu çox məşhurlaşdırdı.
Müharibədən sonra Skarbek iki ölkəsi (Sovet İttifaqının hökmranlığı altında) və keçmiş yandaşları tərəfindən tərk edilir. O, 1952-ci ildə Londondakı bir moteldə rədd edilmiş bir sevgilisi tərəfindən öldürülür.
Virginia Hall-“taxta ayaqlı xəfiyyə”
İngilis Xüsusi Əməliyyatlar İdarəsinin cəsusu olaraq, Virginia Hall Fransız Müqavimətinə dəstək olan saysız-hesabsız işlər görmüş və ən fəal Nazi təşkilatlarına belə hiss etdirmədən qaçdığı üçün məşhurluğa sahib olmuşdur. O, 1944-cü ildə İspaniyaya qaçdı və Fransaya geri dönüb Müqavimət qüvvətlərini təhsilləndirmək, güvənli evlər açmaq və alman orudusu haqqında sirrləri kəşf etmədən öncə Amerika Strateji Servis Bürosuna qatıldı.
Virginianın ayağının bir parçasının qopması nəticəsində taxta protez ilə yeriməsi cəsus olaraq gördüyü işləri daha da əsrarəngiz edir.
Violette Szabo
Violette Szabonun cəsurluğu, gözəlliyi və faciəvi qısa həyatı onun əfsanə olmasına səbəb olmuşdur. Ingiltərədə Xüsusi Əməliyyatlar İdarəsi üçün özəl cəsus olması Fransadakı vəzifəsinin məxfi məlumatlar toplamaqdan sabotaja qədər geniş olmasının səbəbidir.
Doğum günündən qısa bir müddət sonra alman əsgərlıri tərəfindən həbs edilmiş və sonra Szabonun bütün mərmilərini boşaltdığı böyük bir silahlı qarşıdurma çıxmışdır. Ravensbruck kampına gətirilən Szabo digər məhkumların müqavimət göstərməsinə səbəb olmuş və beləcə 1945-ci ildə 23 yaşında edam edilmişdir.
Lona Cohen
Kommunist partiyasının üzvü olan Lona Cohan ilk öncə Theodore Hall-Sovet İttifaqına atomik sirrləri sızdıran Manhattan Layihə fizikçisi üçün kuryer olaraq xidmət göstərmişdir. Müharibədən sonra o və həyat yoldaşı Londona köçürlər və İngiltərənin sirrlərini Sovet İttifaqına çatdıran Portland Spy Ringin qurulmasında böyük rol oynayırlar.
İngilislər 20 illik cəzasının 8-ci ilində cəsus dəyişdirmə üsulu ilə onu Sovet İttifaqına yolladılar. Orada Cohen sadiq bir vətəndaş kimi qarşılandı və Şöhrət Ordeni ilə təltif edildi.
Elizabeth Bentley
Bentley cəsusluq karyerasına Amerika Komunist Partiyasında işlədiyini düşünərək başladı. Əslində, Sovet İttifaqının gizli polis xidmətinə işləyirdi-bir cəsus üçün talehsiz bir başlanğıc. Yenə də İkinci Dünya Müharibəsində Amerikadakı ən bacarıqlı Sovet cəsuslarından biri idi. Sovet elçilərinə Nazilər haqqında gizli ordu sirrləri verirdi. Sevgilisinin ölümündən sonra sarsılan Elizabeth bir gün FBİ daxilində Amerika höküməti üçün işləyən 150 Sovet cəsusunun adını verərək qaçdı.
Şahzadə Stephanie Julianna von Hohenlohe
Stephanie, Ikinci Dünya Müharibəsinin başlaması ilə Londonda Alman cəsusu ehtiyacını ortadan qaldırmış oldu. Cəsusluq vəzifəsindən dolayı İngiltərədə qalmağa qorxan Stephanie sevgilisi Fritz Wiedemann ilə Amerikaya köçtü. Amerikaya gəldikdən sonra Wiedemanndan ayrılan Stephanie, 1943-cü ildə hökümətə keçmiş dostu Hitlerin psixoloji problemlərdən qurtulmasına dəstək oldu.
Brita Tott
1442-ci ildə soylu danimarkalı bir ailənin qızı Brita Tott, İsveç kraliyyət ailəsinə gəlin olaraq köcür. 10 il sonra isveçlilər Danimarkaya müharibə elan etdiklərində Tott öz ölkəsi üçün mükəmməl cəsus pozisiyasına gəldi. Isveç kralı VIII Karla qarşı sui-qəsddə iştirak etməklə yanaşı, ordunun hər hərəkətini əngəlləyəcək ordu sirrlərini öz ailəsinə daşıyan kuryer idi.
VIII Karl və hökümət onu vətənə xainlikdə günahlandırdı və birbaşa yanmaya məhkum etdi. Sonra bu cəza “divarla hörmə”yə dəyişdi-yəni divarın içinə canlı şəkildə hörülmək. Daha sonra da cəzalar qalxdı və son illərini Danimarkada yaşamasına icazə verildi.
Hazırladı: Səidə Manafova
XƏBƏR LENTİ
Valentinonun yeni üzü: Lady Gaga
"28 May" stansiyasının nəyi kəmdir?
Britaniyalılar Fransa və Niderlandı tərk edirlər
Özbəkistan prezidentindən İDMAN fərmanı
Cem Yılmaz Açıqlaması ilə DİQQƏT ÇƏKDİ
Seren Serengil əlil arabasında oturur-SƏBƏB
Azərbaycan əsgəri Moskvadakı hərbi paradda
Çin təqvimi ilə uşaq cinsiyyətinin təyin olunması
Uşaqların ağlama səbəbləri
Pizza dilimləri ilə böyüyən körpə
Hava dəyişəcək
Koronavirus daha çox hansı orqanı sıradan çıxarır? - Ağ ciyər deyilmiş...
Bu günün hava proqnozu - 03.11.2013
Ayda dəfn mərasimləri keçiriləcək
Koronavirusla mübarizə üçün verilən yardımla özünə “Lamborghini” aldı
Bu sözlər BELƏ YAZILACAQ - Yeni qaydalar
Sinoptiklərdən müjdə
Buğda salatı (foto resept)
Qan xərçənginin dərmanı tapıldı
Düyülü ət bulyonu
Düşmən Göygöl və Goranboyu yenidən atəşə tutdu: Meşələrdə yanğın başladı - RƏSMİ
Müasir bərbərliyin inkişafı
Nettanın geyimini tənqid etdilər - FOTO
Daha bir şəhid verdik
“Kara Sevda” BİRİNCİ OLDU - FOTO
Balqabaq kotleti (foto resept)
Koronavirusla bağlı son STATİSTİKA
Keyt Middltonun ayaqqabıları 1 saat içində satıldı-QİYMƏTİ
Günün qoroskopu: ailədə, evdə yeniliklər ola bilər
İnsan möcüzəsi:Kirpik
Sulu, şokoladlı keks
İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
18 dil bilən qadının sirri
Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ
160 yumurtanı birdən yedi
Azərbaycanda zəlzələ
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
"Ərdoğan" gülü
20 mindən artıq insan könüllü şəkildə koronavirusa yoluxdurulacaq, çünki...
Dolu bədənli qadınlar haqqında bəzi həqiqətlər
Reymen "Survivor"-a yox dedi
Deniz Çakırın QALMAQALLI görüntüsü yayıldı-VİDEO
Sadə Truffle (foto resept)
Bakıda çörəyi bahalaşdıranlar kimlərdir?
UNICEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Fridrix Nitsşedən tərcümələr
TƏBİB-dən karantinin sərtləşdirilməsinin nəticələri ilə bağlı VACİB AÇIQLAMA
Yeni il - yeni ümidlər...
Azərbaycanda milli ödəniş sistemi yaradılacaq
Qadınlar ilk dəfə kişilərdən daha ağıllı oldular
- ŞƏRHLƏR