Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. (Betty Mamane, Le Surdoue du Grand Bleu, Science et Vie Juniour, Avqust 1998, s.79-84)
Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.
Delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmirlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Delfinlərin orqanizmi o qədər mükəmməl quruluşa malikdir ki, heyvan suya baş vurduqda bu dəlik bir qapaq tərəfindən avtomatik bağlanır və bu sayədə içəri su keçməsinin qarşısı alınır.
Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır.Delfinlərin ağızlarındakı dimdiyə bənzərə çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran başqa bir xüsusiyyətdir. Heyvan bu quruluşu sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edərək daha sürətlə üzür. Müasir gəmilərin burunlarında da delfinlərin ağzına bənzər çıxıntı var. Bu hidrodinamik quruluş gəmilərin sürətini də eynilə delfinlərinki kimi artırır.
Bundan başqa delfinlər elm adamlarını təəccübləndirəcək qədər sürətlə üzürlər. Delfinlərin bədənlərinin ətrafından suyun axması qüsursuz şəkildə baş verir. Bunun səbəbi delfinin dərisi üzərində aparılan tədqiqatlar nəticəsində tapılmışdır. Delfinin dərisi üç qatdan ibarətdir.
Xarici qat incədir və çox elastikdir, daxili təbəqə qalındır, plastik tüklü fırçaya bənzəyən elastik çubuqlardan ibarətdir. Ortadakı qat isə süngərəbənzər maddədəndir. Beləliklə, çox sürətlə üzən delfinə dəyən sudan girdab əmələ gəlməyə başladıqda xarici dəri qatı bu girdabın səbəb olduğu yüksək təzyiqi daxili qatlara ötürür və daxili qatlar bu yüksək təzyiqi aradan qaldırırlar. Əmələ gələn girdab, beləliklə, böyüməyə başlamadan itir.
Heyvanlar içində sadəcə delfinlərə xas olan bu formaların hamısı üstün yaradılışın açıq dəlillərindəndir. Hər canlı kimi delfinlər də yaşadıqları şərtlərə ən uyğun bədən quruluşu ilə yaradılmışdır.
R.Əkbərov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çörək axtaran ermənilər
Kıvançın bədən qüsurunu aşkarladılar-FOTO
Koronavirus növbəti dəfə mutasiya etdi
Qadınlarda sonsuzluğun göstəriciləri
Gələn il təqaüdlər arta bilər
Kəpəkli saçlar üçün maska
Geomaqnit qasırğasının səviyyəsi yüksəlib
Mərkəzi Bank faizləri niyə aşağı saldı?
Niyə şərh yazmırıq?
Dövlət başçıları Minskdə MDB sammitində iştirak etmək üçün Müstəqillik Sarayına gəliblər
Səudiyyə Ərəbistanında ilk dəfə qadın baş redaktor oldu
Əhaliyə xəbərdarlıq
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Xəzərdə zəlzələ olub
Restoranlarda qeyri-adi yemək servisləri
Qlobal istiləşmənin səbəbi AÇIQLANDI
Çöp şişdə fərqli kabab (foto resept)
Google 500 milyon dollara şirkət alır
Şəhid generalımız və polkovnikimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Can Yaman və Demetin gecə görüşü -FOTO
İrinə Şeyk ailəsi ilə Kaliforniyaya köçdü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Cəlilabadda qədim yaşayış məskəni aşkarlandı
Ağacları sevən pişiklər
Bəzi şəhər və rayonlarda su kəsiləcək
"Yaprak Dökümü" serialının Ali Rızası gülünc hədəfi oldu-FOTO
"Eurovision 2014" Azərbaycan üçün nələri vəd edir? - MÜZAKİRƏ
Vətən müharibəsinin könüllüləri evlərinə qayıdır - VİDEO
Kaan Tangözen yenidən ata oldu-FOTO
Dəbli ev dekorasiyaları
"Alf" serialının ulduzu vəfat etdi
Peyğəmbərə Quran nazil olarkən savadsız idisə, necə tacir olub?
Milyarder pullarını quma basdırdı
Pərviz "Survivor"da səsverməyə çıxacaq - VİDEO
Stil ikonum - Hadisə
İran şahının qapısını dəvətsiz açan azərbaycanlı - Əbdül Hüseynov
Gənclərin xalçaçılıq sənətinə marağının azalmasının səbəbi nədir?
Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb - AÇIQLAMA
Dodaq boyanız xasiyyətinizdən danışır
Bakıda gecə şaxta olacaq
"Kara Sevda" serialının aktrisası geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Norveç kralı karantinə yerləşdirilib
Böyük pişiklər də qutuları sevirlər - FOTOSESSİYA
Həftənin ilk iş günü hava necə olacaq?
Tanıdığımız obrazlar fərqli qələmdən
Saç soyuqdəyməsi necə müalicə edilir?
Makiyaj hiylələri
Günün qoroskopu: sifarişçi və ya icraçı sizi aldada bilər
2018-in ən romantik Koreya serialları
Çətin və yaddaqalan şifrələri necə yaratmalı?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]