Səadət sarayı
Bakının mərkəzində, Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində bir bina var. Bakılılar arasında "Səadət sarayı" kimi tanınan bu binanın yaranma tarixçəsinin əsasında da elə məhəbbət əhvalatı durur.
Məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez - tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venetsiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" - deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza heç nə demir.
Bakıya qayıtdıqdan sonra milyonçu Venetsiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912 - ci ildə binanın tikintisi başa çatır.
Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın bu binanın ona bağışlandığını eşidincə sevincinin həddi - hüdudu olmur.
Hər sütunu, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri olan bu saray az qala bir əsrdir ki, bakılıları və paytaxtın qonaqlarını valeh etməkdədir.
"İsmailiyyə"
Bir gün Zeynalabdin Tağıyev Bakı milyonçusu Musa Nağıyevdən soruşur:
- Ağa Musa, Allah rəhmət eləsin oğlun Ağa İsmayıla. Onun xatirəsini əbədləşdirmək istəyirsən?
- Əlbəttə, istəyirəm.
- Odur, mənim açdığım qız məktəbinin alt tərəfi boşdur. Orada bir mülk tikdir, adını qoyaq "İsmailiyyə". Heç olmasa, yazığın adı yaddan çıxmasın. İstəyirsən, Ağa Musa?
- Əlbəttə, istəyirəm.
Söhbəti eşidənlər Ağa Musanı təbrik edir, ona uğur diləyirlər.
Səhəri Ağa Musa başılovlu gəlir Tağıyevin evinə, başlayır giley - güzara:
- Ay Hacı, bu nə işdir sən mənim başıma gətirdin?! Məni müflis edib, küçələrə salmaq istəyirsən!?
- Nə olub, ay kişi? Açıq danış.
- Atam, atam, daha nə olacaq, o bina bir neçə yüz min manata başa gələcək! Məndə o qədər pul hardan?
- Ağa Musa, varidatına 2 milyon verirəm. Sat, alım.
- Atam, atam, mənim 50 milyon manatlıq varidatımı 2 milyona almaq istəyirsən!? - deyə hirslənir və Hacının evini tərk edir.
İsmailiyyə binası tikildi. Bu gün İstiqlaliyyət Küçəsində yerləşən Elmlər Akademiyasının binasına bir çox bakılılar köhnə adı ilə "İsmailiyyə" deyirlər. Milyonçu Musa Nağıyevin erkən vəfat etmiş oğlu İsmayıl xalqımızın yaddaşında məhz bu binaya görə qalıb.
Opera Teatrı
1910 - cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.
Gələcək teatr binası çün Qubernski - Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri - mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Hacı çəkəcək.
Beləliklə, cəmi on ay ərzində - 1910 - 1911 - ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920 - ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928 - ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959 - cu ildən Akademik Opera və Balet Teatrı adlanır.
XƏBƏR LENTİ
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Reyhanlı yay salatı (foto resept)
Ən praktik icadlar
Arı yeyən quşlar
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
19 ədədi möcüzəlidirmi?
HAVA necə olacaq?- 2 APREL
Samsung "ikinci nəsil" saatlar satacaq
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Kremli əncir şirniyyatı (foto-resept)
Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Dəbli çəkmələr
Qarabağda “Qarabağ şikəstəsi” ifa edən əsgərimiz - VİDEO
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib
Bu günün hava proqnozu
Evdə dekorativ şam ağacının hazırlanması (2)
Günün ulduz falı
Velosiped təkərlərindən hazırlanan dekorasiya
Ürək pirojnası (foto resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Davamlı kitab alırsınızsa...
Xanımlarımıza yad güllər
Onlar bu evlərdə yaşayırlar
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?-6 Noyabr
Atəşkəs yenidən pozuldu
Badımcan bükməsi (foto resept)
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
1587 zəvvar Məkkədən qovulacaq
Dırnaqları tez uzadan maska
Çiyələkli keks (foto resept)
Dünyanın ən vahiməli dəlikləri
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun yeni strukturu
Cazibədar görünməyin yolları
Ajda Pekkan 3 milyonluq reklamda
Daha bir idmançımız qələbə qazandı
Buğda salatı (foto resept)
Kral ailəsində bir ŞOK daha-FOTO
Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur
Hündürdaban ayaqqabılar
Hadise jurnalistə qəzəbləndi-SƏBƏB
Bu, son 500 ildə 3 dəfə olub
Ağardıcı maskalar
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
Zövqlü ayaqqabı modelləri
- ŞƏRHLƏR