Evlilik həyatında çox şey müştərəkdir, ancaq nəticələr fərqli ola bilir. İllər keçsə də, cütlüklər bir-birlərinə olmazsa olmazlarının nə olduğunu dəqiq bir şəkildə dilə gətirməyə bilirlər. Xüsusilə kişilər nə istədiklərini izah etməkdə, özlərini ifadə etməkdə çox çətinlik çəkir.
Qadının belə bir lüksu olmadığı kimi, üstəlik kişi, ondan bir də gözəl "yemək" gözləyə bilər.
Evin nizamlı-tərtibli, paltarlarının təmiz və ütülü olmasını, hətta bəzi kişi, içəcəyi bir stəkan suyu belə yoldaşının gətirməsini gözləyər. Cib telefonunun harada olduğunu, eynəklərini, corablarını hara qoyduğunu, avtomobilin açarının hara qoyulmuş ola biləcəyini xülasə buna bənzər bir çox şeyi qadından həmişə "xidmət" olaraq gözləyər.
Ən əhəmiyyətlisi isə, kişilər, analarından gördükləri qarşılıqsız "şəfqət", "sevgi" və "əlaqə"ni yoldaşlarından da gözləyirlər.
Lakin anasının "Aa! Burnun axmış gəl silim" dediyi kimi; "Dəsmalını götürdünmü? Açarın, telefonun cibindəmi?" və s. suallarla uşaq kimi idarə edilmək yerinə, yoldaşının özünü bir "qəhrəman" kimi görməsini də gözləyər.
Yaradılış etibari ilə, şiddət, əsəbilik, qoçaqlıq, azadlıq və qayda tanımazlıq xüsusiyyətlərinə uyğun olduğu üçün kişilər, yoldaşlarının bu duyğularını idarə altına almasına köməkçi olacaq "sakit, xoş görüşlü, anlayışlı, idarəçi" olmasını gözləyər.
Ailəni idarə etdikləri üçün, ölkə idarə edən kral kimi "hörmət" görmək və əsla "tənqid edilməmək" istərlər.
Bu xasiyyətlər içində qadınların ən çox şikayət etdikləri şey, "yoldaşım nə ad günümü nə də evlilik il dönümümüzü xatırlayır. Demək artıq məni sevmir!" vəhminə qapılmalarıdır. Buna görə kişilər yoldaşlarının çox asan aydın ola bilməyən "sevgi dillərinin" asanca başa düşülməsini gözləyər.
Yoldaşının "Sən mənə nə həyat yaşadırsan?" deyə nankorluq etmək yerinə, özünün mükəmməl bir ata və yoldaş olduğunu ifadə edən "təqdir" sözləri gözləyər.
Maddi mövzuda özünü çətinliyə salmayıb, gücünü aşan həddindən artıq istəkləri olmayan "ayağını yorğanına görə uzatmasını", "iqtisadlı" olmasını gözləyər.
Yoldaşlarının sual kitabı deyil "cavab açarı" olmasını, "səs-küyləri ilə" başını "şişirməməsini" xüsusilə də "göz yaşlarını silah" olaraq istifadə etməməsini gözləyər.
Bir şeyə canı sıxıldığında kövrəlib düşünməyi seçər. Əgər yoldaşı təpəsinə tikilib: "Nə düşünürsən! Yoxsa başqa birimi var? Yoxsa, bir yerlərə pulmu qapdırdın?" kimi alçaldıcı və "güvən" zədələyici davranışlardan uzaq olmasını gözləyər.
Ehtiyyacını ən çox təmin edən, eşqini, sevgisini və şövqünü paylaşacağı sevincdə ortaq, əzab və kədərdə köməkçi, xarici gözəlliyinin yanında zahiri yoldaşlığını səmimiləşdirəcək "iffət" və pis əxlaqdan təmizlənmiş, "ünsiyyət" edəcəyi, yaxşı dolanacağı, ruhi rahatlığı təmin edəcək "munislik, itaət" və "gözəl əxlaq" gözləyər.
Qısacası kişi qadından, anası qədər "şəfqətli yoldaş", güvənəcəyi sadiq bir "dost", hər şeyi bölüşə biləcək "yoldaş", söhbət edə biləcəyi ürəyinə qarşılıq mükəmməl bir "ürək" gözləyər.
Peyğəmbərimiz (s.ə.s): xeyirli qadının ərinə yaxşılıq edən olduğunu və belə bir qadının bu hərəkətinin min şəhidlik mövqesiylə bərabərləndiyini söyləyər.
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR