Bu mövzuya başlayanda uzaqdan tanıdığım bir nəfərin həyatını yazmaq istədim.O,istəmədiyi biri ilə ailə qurdu.İstəməyərək nişanlandı.Nişanlananda evdə çox dedi ayrılmaq istıyirəm dedilər olmaz.Axırı ailə qurdu.Heç 5 ay olmadı çıxdı gəldi ata evinə.Qaynata hər işə qarışırdı deyə mümkün olmadı.Gəldiyindən heç 2 həftə keçməmişdi ki,hamilə olduğunu öyrəndi.Dəhşət pis hamiləlik keçirdi.9 ay yataq şəraitində oldu.Uşaq dünyaya gəldi.Uşaqda bəzi problemlər oldu.Bir yandan da boşanma işləri filan.Qızın atasının ürəyi bu qədər olana dözmədi,rəhmətə getdi.Sonra anası biraz xəstəlik keçirdi….. və mənim yaza bilmədiklərim qədər şeylər baş verdi ki….İndi qızıyla birgə mübarizə aparır….Əslində bu yazının 2-ci hissəsi olmayacaqdı.Amma mənə gələn bir neçə ismarıca görə 2-ci hissəni də yazdım.Buyurun oxuyun…
I kursda oxuyanda demək olar ki həyatımın ən boyük səhvini etdim.Bir gün evdə oturmuşdum mənə dayım oğlundan sevgi məktubu gəldi.Mən də bir neçə müddətdən sonra həm uşaqlığımın təsirindən həm də dəlisovluğumdan razı oldum.Çünki onun xasiyyəti xoşuma gəlirdi.Çox şən idi,amma,vaxt keçdikcə də anlayırdım ki mən onu dayım oğlu olduğu üçün çox sevmişəm. Yəni onun xasiyyətini də bu yöndən sevirdim.Mən ona o gözlə baxıb razılıq verməmişəm ki,bu gələcəkdə mənim yoldaşım olacaq.O hər dəfə mənə zəng edəndə zarafat edə -edə, gülə- gülə danışırdı,mənsə əsəbləşirdim və deyirdim "adam nə qədər gülər e,biraz ciddi ol da".Belə belə getdikcə ondan soyudum.Bunu özü də hiss edirdi.III kursda hicab bağladım evə zəng edib deyəndə valideynlərim mənə qışqırdılar ki, gəlib səni məktəbdən çıxaracağıq.Həmin günü çox pis idim bu vaxt o, zəng etdi.Mən düşündüm ki, o, mənim hicabımı açdırmasın mən razıyam. İstəməmsəmdə .Dedim ki, anasına desin ki, anama desin və mən hicabda qalım,çünki ailələr bilirdi yalnız atamdan başqa.Amma onun anası dedi ki, mən heç nə deyə bilmərəm bununla da hicabım açıldı və mənim ona qarşı ürəyimdə heç nə qalmadı.Daha anama onu sevmədiyimi xasiyyətimizin tutmadığını desəm də anam məni qoymurdu ondan ayrılmağa ki, bütün qohumlar bilir.Əgər belə etsən atana deyəcəm səni məktəbdən çıxarsın və s.Sonra mən hal hazırki yoldaşımla tanış oldum.O,tam mən istədiyim kimi idi.Çox dindar idi,çox elmli idi.Və mənə qarşı heç kimin olmadığı kimi idi.Bəlkə də o məndə özünə güvəni yaratmasaydı mən ona dayım oğlu barəsində heç nə deyə bilməzdim.O mənə dedi ki bu gün mənə nə desən qəbulumdu ama sabah mən kimdənsə nəsə eşitməyim,sən özün de.Mən də hər şeyi dedim,heç kimin bilmədiyi yalnız mənim və Allahın arasında olan şeyləri belə.Artıq dayımgil elçi gəldilər və atam məni verdi,1-2 həftədən sonra üzük alındı.Sevdiyim oğlan məni məcbur etdi ki,fikrimdə qəti olum,məni bir növ özümə əmin kimi etdi ki mən bacaracam.Dayım oğluna onu sevmədiyimi başqasını sevdiyimi bunu da öz ailəsinə deməsini istəyəcəyim barədə bir mesaj yazdım.Anam bunu biləndə mənə zəng etdi ki, tez zeng et oğlana de ki, əsəbi olub yazmışam daha bir həftəyə nişan olacaqdı.Bunu sevdiyim oğlana dedim o gecə olmasına baxmayaraq Bakıdan durub gəldi Şirvana məni qaçırmağa,çünki mən bilirdim ki, səhər artıq atam gələcək məni evə aparmağa ki, bu nə söhbətdi.Sevdiyim gecəni çöldə qaldı və səhər biz qaçdıq.Mən çox narahat idim,maşına minəndən 5 dəqiqə sonra atam mənə zəng etdi.Bildim ki, Şirvandadı ,dalımca gəlib....
Nəisə mən qaçdım və indi yoldaşımı çox çox çox sevirəm.Düzdü ailədə çox söhbətlər olub ama əsas odur ki, onunla hər şey yaxşıdır.İndi anamla da atamlada danışıram.Ama qohumlar buna görə bizimlə danışmır,bu da keçər.Mənə mənim ailəm lazımdır,mənə dayaq olan da sabah yoldaşım olacaq başqa nə qohum nə qonşu ömrü boyu mənimlə olmayacaq.
ILAHE
Mən yoldaşımla göbək kəsdi olmuşuq usaqlıqdan.Həm də atalarımız dostdurlar.Həmişə evdə bu barədə söhbət gedəndə mən həmişə etiraz edirdim.Anama həmişə deyirdim ki, məni ona versəniz özümü öldürəcəm.Çünki heç onun xasiyyəti barəsində məlumatım yox idi.Onun haqqında təkcə onu bilirdim ki,məşhur idmançıdır.Bir gün onlara qonaq getdik və mən onu neçə illər idi ki,görmürdüm.Gələcək nişanlımı görəndə sanki həyat gözümdə dəyişdi.İlk görüşdən vurulmaq var ha baxın mən buna heç vaxt inanmırdım amma başıma gəldi.Mən ona vuruldum.Çünki çox alicənab,dünyagörüşlü bir insandı.Onu deyim ki,onu sevənədək heç kimi sevməmişdim.Yəni o ,ilk və son sevgimdir.Nəhayət elçi gəldilər.Və evləndik.İndi 1 oğlumuz var.Çox xoşbəxtəm.
Əziz xanımlar valideynlərimizin xeyir –duası bizə çox lazımdır.Valideynlər hər zaman olmasa da çox zaman düzgün seçim edirlər.
O və M
Təkid olmamalıdır.Valideyn məsləhət verə bilər.Məndə də belə oldu.Valideynim məsləhət bildi və heç də peşman deyiləm,çox xoşbəxtəm.Yoldaşım məni maşın yuyan yerdə görmüşdü və anasına göstərib.Anası da maraqlanmışdı ki,kimin qızıyam.Bizi tanımırdılar.Onlarda anamla danışdılar.Anamda mənə dedi,məndə dedim ki,danışmasam bilmərəm.Beləcə oğlan mənə zəng elədi,danışdıq.4-5 ay görüşdük.Sonra elçi,nişan və nəhayət toyumuz oldu.1 ildir ki,evliyik.Və çox xoşbəxtik.
Allah onu mənim üçün göndərdi,valideynlərimdə məsləhət gördü.Özümdə fikrləşdim və Əlhəmdullah düzgün seçim etdim.Məmin üçün odur ki,oğlanın xasiyyəti və ailəsi yaxşı olsun.Sakit olsunlar,davadan ,səs- küydən uzaq olsunlar.Çünki belə daha çox xoşbəxtəm.
A.N
Mənim yoldaşım bacımın yoldaşının xalası oğludur.Bacımım qaynanası ilə mənim qaynanam bacıdırlar.Bacım üçün onlar elçi gəldilər.Onlar nişanlı olanda xalası oğlu gəlib –gedirdi bizə.Heç ona fikir verməmişdim.Məm oğlan kimi idim.Saçımı oğlan kimi kəsdirmişdim,kombinzon geyinib gəzirdim.Bir gün bacımın qaynansı zən elədi,dedilər gəlmək istəyirlər.Nənəm mənə deyəndə gülməkdən gözümdən yaş gəlirdi.Çünki bu barədə heç düşünmürdüm. Hələ 2-ci kursda oxuyurdum.Nənəm çox dedi ki,oğlanın evi,maşını,işi filan var.Gələcəkdə sənə yaxşı baxacaq.Dedim bəs sevmək.O qədər sevib ailə quranlardan mənə danışdı ki,hamının axırı pis.Mən dedim ki,oğalnın mənə əsas xasiyyətidir.Dedim baxarıq.Oğlanən şəkillərini göndərdilər.Mənə elçi gəldilər.Oğlanla danışmağa başladım.Mənə elə gəlirdi ki,sanki onu yüz illərdi tanıyıram.1 il 5 ay nişanlı qaldıq.Sonra toyumuz oldu.Heç toydada onu sevmirdim sadəcə hörmət edirdim.Toydan 2 həftə sonra o ,işləməyə dənizə hetdi.Hə ondan sonra onun üçün darıxmağa başladım.İndi onu canımdan da çox istiyirəm.Elə vaxt olur ki 28 gün işdə olur.Elə darıxıram onunçun.Qaynanam deyirdi ki, uşaq olandan sonra çox darıxmayacaqsan.İndi uşaq maşallah 6 aylıqdır.Yenə də yoldaşım üçün çooooox darıxıram.
Sonda hamıya məsləhətim budur ki,əslində valideynlər bilir kimi məsləhət bilir.Böyüklərin sözünə qulaq asmaq lazımdır.Mən qulaq asdım heç də peşman deyiləm.Əksinə yoldaşımla çox xoşbəxtəm.Hamıya xoşbəxt ailə sahibi olmağı arzulayıram.
Nəzakət
Məndə ailəmin təkidilə nişanlanmışam.İyunun 13-ü toyumdur.Məni əvvəllər də dəfələrlə məcburən vermək istəyiblər,amma böyük qardaşım imkan verməyib. Bu dəfə də mən qəti şəkildə yox demişdim.Amma anamın bir sözünə görə etiraz edə bilmədim.Atam rəhmətə gedib,anam isə həm ürəyi xəstədi,həm də yüksək təzyiqi var.Anam atamın mənim toyumu görmədiyini,onun da toyumu görməməkdən qorxduğunu deyəndə başqa bir söz deyə bilmədim və razılaşdım.Nişanlım çox yaxşı insandı.Düzdü məndə ona qarşı onun məni sevdiyi kimi sevgi yoxdur,amma çox hörmət edirəm ona.Mən özünəqapalı və gec uyğunlaşan bir insanam.O,isə səbrlə mənim bütün eqoistliklərimə,ərköyünlüyümə nəinki dözür,hətta uşaq kimi nazımla oynayır.Bəlkə də kimisə sevsəydim heç mənim nazımla belə oynamazdı.
Həqiqətən böyüklərimizin dünyagörüşü geniş olduğundan və övladları üçün hər şeyin ən yaxşısını istədiklərindən onların məsləhətinə qulaq asmağa dəyər.Bundan sonra tək istədiyim peşman olmamaqdır.Bunu özümdən çox anam üçün istəyirəm.Çünki mən onunla xoşbəxt olmasam anam özünü bağışlamaz.
Ç....
Mənim sevdiyim var idi.3 il idi sevirdik bir birimizi.Ciddi niyyətli idik ikimizdə.Bizim ailə qurmağımıza nə mənim ailəm,nə də ki,onun ailəsi icazə vermədi.Ayrıldıq.Ailə təkidilə qohumumuza nişanlandım.2aydan da az müddətdə nişanlı qaldıq.Həyatı mənə zəhər etdi.Alifonsun avaranın biri idi.Nişanlımı pulla və başqa şeylərlə təmin edən özündən 10 yaş böyük olan sevgilisi var idi.Mən bunu öyrənəndə nişanlım sevgilisinin tərəfini tutdu ,mən də nişanı qaytardım.Ailəm çox məyus idi,amma məni yenə də ərə vermək fikirlərindən daşınmırdılar.Bir müddət sonra mənə yenə 2 yerdən elçi gəldi.Yenə səhv seçim etdim,birini seçdim.İndi nişanlıyam,yaxında toyumuz olacaq.Heç də xoşbəxt deyiləm.Nə birinci nə də ikinci nişanlım istədiyimə heç olmasa 50% -də uyğun olmadı.
İndi miraj,müqəvva,ruhsuz bədən kimiyəm.Ümid edirəm ki,qızım olanda artıq kimin üçünsə yaşadığımı hiss edəcəm.
Sonda hamınıza daima xoşbəxt və dilədiyiniz bir ailənin gəlini olmağınızı arzulayıram.
XƏBƏR LENTİ
"Çukur"a damğa vuran Neslican Tay səhnəsi - FOTO
Uşağa oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır?
Hiperaktiv uşaqla necə davranmalı?
"Interstellar" və zaman səyahəti
Vişnəli kisel(foto resept)
Berkay yenidən gündəmdədir
Azərbaycanda uşaq ölümü daha çox bu rayonda baş verir
Uşaqlar yalan danışdıqda necə davranmalı?
Limfa düyünləri niyə böyüyür?
İş görərkən niyə fikrimiz yayınır?
Kirayə tutduğu evdə inanılmaz halla üzləşdi -FOTO
Ramazanla bağlı fətva verildi
Ulduzların pəhrizi-Dukan
İcbari tibbi sığortanın tətbiqi niyə ləngiyir?
Gəlin birlikdə hazırlayaq-2
Ev şəraitində müalicə alan COVID-19 xəstəsi növbəti testini harada verməlidir? - VİDEO
Hava haqqında - 21.12.2013
Danışaraq gəlirlər, 2 saat sonra boğulub ölürlər
Xanımı və körpəsi arasında seçim etməli idi-Nəticədə...-FOTO
Balaca qızlarımız üçün şərf hazırlayaq
Pompeo Çinə səsləndi: “Vəhşi heyvanların satıldığı bazarları birdəfəlik bağlayın”
Santa-Klaus kosmosa çıxdı
HAVA necə olacaq?-3 dekabr
DeJa Vu nədir?
Azərbaycanda daha dörd nəfər koronavirusdan vəfat etdi – 125 yeni sağalma
Limon suyunun faydaları
Braziliya deputatları Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müraciət qəbul edib
Məşhur aktyor sənətdən getdi
Şimali Koreyada bu gün qurultay keçiriləcək
İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Azərbaycanda piyada keçidləri arasında məsafə müəyyən edildi
Hava haqqında
DİM imtahan keçirəcək
Göy rəngi sevən xanımlar üçün
Evdə romantik vaxt keçirməyin yolları
7 yaşlı uşaq məscidə pul bağışladı
Möhtəşəm çəkmə modelləri
Yeni “iPhone” hamını sevindirəcək
Həbsxanaya dezodorantın içində narkotik keçirmək istədilər
Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013
Qar yağacaq
Sabahın HAVAsı
Sabahın HAVAsı
Alişan və xanımı Bodrumda istirahət edir - FOTO
Fondun bayram hədiyyəsi
Burak Özçivit Yeni İmicdə-FOTO
Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq
Tatlısəs Hiltonu Bodruma dəvət etdi
Tatlısəs ata olacaq?-FOTO
Makiyajla məşhurlara çevrilən Alexis
- ŞƏRHLƏR