Deyirəm həyat necə də qəribədir.Dünyaya gəldiyin,böyüyüb boya-başa çatdığın ailəndən nə vaxtsa ayrılacağını heç düşünmürsən.Orta məktəb oxuyursan,tələbə olursan,işləyirsən....və 1 də gözünü açırsan ki,vağzalı sədaları altında doğma Ana evini tərk edirsən...o an bizim də,Analarımızın da nələr hiss etdiyini bütün bunları yaşayanlar daha gözəl bilirlər.Əzizlərim,mən şəxsən öz fikirlərimi yazacam.Bildiyiniz kimi,ailədə 4 uşaq olmuşuq və Anam bizi təkbaşına,çox əzab-əziyyət çəkə-çəkə böyüdüb,heç kimdən yardım istəməyib,heç kimə ağız açmayıb.Hamımıza ali təhsil verib,ailə yiyəsi edib.Mən onun əziyyətlərini heç vaxt itirmərəm.
Ərə gələndən sonra Ana evimdən ötrü dəhşətli dərəcədə darıxmağa başladım.8 ildir ailə həyatı qurub uzaqlara gəlmişəm.İnanın mənə, bu illər ərzində Ana evimə doyunca gedib-gəlməmişəm.Hər dəfə Anamgildə olanda otaqların hamısını gəzirəm,uşaqlıq,gənclik illərimin kiçik də olsa 1 parçasını tapanda çox sevinirəm,baxıram,yada salıram,kədərlənirəm...Heç olmasa 1 həftə Anamgildə qalaydım deyə xəyal edirəm...
Acılı,şirinli ömür keçmişəm,
Yaxşını,yamanı görüb seçmişəm,
Evli-eşikliyəm var işim-peşəm,
Uşaqlıq həsrətim Anamgildədir!
***
Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə,
1 səs eşidirəm,qızım,gəl bizə,
Dizimin taqəti Anamgildədir!
***
Neçə anaya da anam Anadır,
Aləm 1 yanadır,o 1 yanadır,
O açan süfrədə şor da bal dadır
Ağzımın ləzzəti Anamgildədir!
***
Gəlinin,yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini,
Ərköyün böyüdüb nəvələrini
Hər kəsin qisməti Anamgildədir!
***
Qızına bilmirik oduna qazın,
Havası isinmir otağımızın
İndi duyuram ki,ocağımızın
Közü,hərarəti Anamgildədir!
***
Ömrün qar vaxtıdır,ağarıb saçım,
Məni ata bilir qardaşım-bacım
Çətində mən kimin yanına qaçım?
Ata şan-şöhrəti Anamgildədir!
Əziz Qadın.Net-li xanımlarımız! Bəs siz Ana evinizə gedəndə hansı hissləri keçirirsiniz? Ən çox kimdən və nədən ötrü darıxırsınız?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nazik saçlı xanımlar, saçınızı belə yuyun!
Fondan (foto resept)
Yağlı dəriyə qulluq necə olmalıdır?
Hərbi xidmətə çağırışın yaş həddi artırılır?
"Çukur"un məşhur aktyoru evləndi-FOTO
Üzüyümün qaşı firuzədəndir...
Mənim ilk etirafım
SON DƏQİQƏ: Ermənistanda səfərbərlik elan olundu
Makiyaj ruhi vəziyyətlə birbaşa əlaqəlidir
"Bizim Qadin.Netlilər" serialı (1-ci bölüm)
Futbolda yaşıl vərəqə
Dondurmalı bisküvit (foto-resept)
5 əsas qaydanı bil və hamını cəlb et!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sabah hava necə olacaq?
Hindistan qozlu tart (foto resept)
3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı-VİDEO
Ətir istifadəsində edilən səhvlər
Növbəti dərs ilində YENİ QAYDALAR olacaq!
Sadəliyi ilə seçilən MİLYONER qız-FOTO
"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq
"Azərbaycanda parlament seçkilərində tam şəffaflıq təmin edilib"
Cud Lou “Yoluxma” filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz aldıqlarını dedi
Qulaq plastikası - Otoplastika haqqında
Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi
Marsda Yadplanetli gəmiləri-FOTO
Qızıl iPhone X satışa çıxarılacaq
HAVA necə olacaq?
Hamilə olduğunu fotosessiyası ilə elan etdi
Dəvə hərracda 30 minə satıldı - Foto
Əzələli rus Barbie - FOTO
Ermənistan Azərbaycan hərbçilərinin meyitlərini vermir - RƏSMİ
Xalçalar
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Bu qış yaman soyuq olacaq
Xəzər dənizinin sahilində çoxlu sayda suiti ölüsü tapılıb
Rihannanın bu GÖRÜNTÜLƏRİ diqqət çəkdi-FOTO
Kənan uşaqlıq fotosunu paylaşdı
Dodaqlarınız sağlamlığınızdan xəbər verir
Ermənistana Qarabağdan silah-sursat daşınır - VİDEO
Koko Şaneldən 20 qızıl kəlam
Ermənilərin Bakı qorxusu
Azərbaycanda koronavirusa daha 28 yoluxma qeydə alındı, 59 nəfər sağaldı
Görməyi xəyal etmədiyiniz şeylər...
Cəbhədə irimiqyaslı təlimlər
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib
HAVA necə olacaq?
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Uşaqların dəstəyə daha çox ehtiyac duyduğu dövr
Özünü sevənlər üçün şokolad dadında maska
- ŞƏRHLƏR