“Don`t do it, Di!” – 29 iyul 1981-ci ildə ingilis feministlərinin yaydıqları döş nişanlarının üstündə bu sözlər yazılmışdı.
Amma 20 yaşlı gənc Diana Kamilla və Çarlz haqqında gəzən şayiələrə əhəmiyyət verməyərək Çarlza ərə gəldi.
Diananı«Xalq şahzadəsi», "Ürəklərin şahzadəsi" və«Sülh qızılgülü»adlandırırdılar
Şahzadə Çarlz üçün həyat yoldaşı
Yəqin ki, kraliça II Yelizaveta oğlu üçün gələcək həyat yoldaşını heyvandarlıq üçün damazlıq heyvanı necə seçərlərsə, o cür ehtiyatla seçmişdi. Bu qız, təbii ki, təmiz ailədən olmalı, adı heç bir mübahisə və məhəbbət hekayələri ilə çirklənməmiş, tac daşıyacaq, ərinə tabe olacaq və tax-tac üçün varislər doğa biləcək məsum bir qız olmalı idi. Aydındır ki, Çarlzın incə hisslər bəslədiyi Kamilla 2 punkt üzrə Kraliçanın kriteriyalarına uyğun insan deyildi. Birincisi, ona görə ki, qızlıq familyası Şend olan xanım Parker-Boulz artıq o zaman evli idi, ikincisi, o hər zaman əmr etməyi sevirdi, tabe olmağı yox.
Ledi D və şahzadə Çarlz toydan əvvəl cəmi 13 dəfə görüşmüşdülər.
Ledi Diana Spenserin namizədliyi ideal görünürdü – sakit, incə Dianayla evlənəcək Çarlzın heç bir problemi olmayacaqdı. Bunu ona həm anası, həm də məşuqəsi tövsiyə etmişdi. 33 yaşlı Çarlz ona yaxın qadınların məsləhətinə qulaq asaraqmı, oğlunun homoseksual olduğu haqqında söz-söhbət yaranacağından narahatçılıq keçirən atasının sözlərinə qulaq asaraqmı tezliklə Dianaya evlilik təklifi etdi. Təklif səhnəsi bir az əzik alındı. Sehirli sözləri eşidən Diana çox sevinmiş və bir neçə dəfə “Ser, mən sizi sevirəm” sözlərini təkrar etmiş (onun yerində olub kim sevinməzdi ki? Britaniya taxt-tacının varisi istənilən gənc qızın başını gicəlləndirə bilərdi. Onda 20 yaşlı gənc qızları yetkin kişilərdə cəlb edə biləcək xüsusiyyətlər vardı – bir az sirrlilik, soyuqqanlılıq, təcrid olunmuşluq). Çarlz daha ehtiyatlı idi və araya duman salmaq üçün “Kim bilir məhəbbət nədir?!”deyə cavab verməyə üstünlük verirdi. Ailə həyatı üçün əla başlanğıcdır, deyilmi? Xüsusilə də, nəzərə alsaq ki, toydan öncə bəy gəlini düz 13 dəfə görmüşdü. Sənin gələcək ərin kral ailəsinin qanının daşıyıcısıdırsa, çox şeyəmi göz yummaq olardı – Diana bunu yaşayıb görəcəkdi.
Eyvanda olan bu öpüş XX əsrin ən gözəl öpüş 10-luğuna başçılıq etsə də bu cür gözəl başlıqla başlayan nağıl çox qəmgin sonlandı.
Qızın sevincdən özündə olmadığını demək – heç nə deməmək anlamına gələrdi. Nəhayət ki, onun ailə ssenarisini yenidən yazmaq və uşaqlıqdan ən çox istədiyi, onda heç vaxt olmayan bir şeyi – ideal ailəni qurmaq imkanı yaranmışdı. Onun valideynləri o zamanlar üçün ən utancverici şeylərdən birini etmişdilər – onlar boşanmışdılar (Diana 7 yaşın içində olanda). Boşanmaya qədər onların mübahisələri dəfələrlə yalnız sözlərdən ibarət olmayan böyük dava-dalaş səhnəsinə çevrilmişdi. Diana 2 bacısı və qardaşı ilə heç bir izahat verməməyə üstünlük verən atasının himayəsinə verildi və çoxsaylı mürəbbiyə və dayələrin nəzarətində qaldılar. Qonşu uşaqlar onların arxasınca gülürdülər və lord Spenserin uşaqlarına vəhşi heyvan balaları kimi baxırdılar. “Hər şey ətrafda nataraz görünürdü” – sonralar Ledi Di xatırlayırdı. Amma o, öz uşaqlarında hər şeyin başqa cür olmasını istəyirdi.
Diananın Viktorian üslubunda dizayn edilmiş paltarı yuxarıdan dar korset, aşağıdan isə həcmli ətəkdən ibarət olmaqla Zoluşkanın paltarını xatırladırdı. Bu paltarın tikilməsi üçün dizaynerlər Elizabet və Devid Emanuel fil sümüyü rəngində 40 metr ipəkdən, qızılı iplərdən toxunmuş krujevadan və bir neçə min mirvaridən istifadə etmişdilər. Diana bu paltarı çox böyük sevinc və fərəhlə geyinmişdi, amma təəssüf ki, bu paltar ona heç bir xoşbəxtlik gətirmədi.
Onun bütün arzularını həyata keçirmək iqtidarında olan Çarlza görə Diana demək olar ki, hər şeyə hazır idi. Nişanın rəsmi elan olunmasından bir müddət əvvəl Çarlz Diananı belindən qucaqlayarkən onun bir az kök olduğunu görmüşdü. Diana həmin andaca dəhşətli bir sürətlə arıqlamağa başladı, yediklərindən canını qurtarmaq üçün o özünü qusmağa məcbur edirdi. Elə o zaman əsəb sarsıntıları çox da uzaq olmadıqlarını göstərməyə başlayırdı. Artıq sərt rəsmi protokol haşiyələrinə sıxışdırılmağa çalışılan gənc Ledi Spenser günbəgün həyatının özünə məxsus olmadığını görürdü. O, hər zaman mükəmməl olmaq, ən yüksək standartlara cavab vermək istəyirdi.
1981-ci ildə toy paltarı üçün ölçülərin ilk qeydə alınması zamanı Diananın bel dairəsi 73,5 sm idi. 29 iyul toy günündə isə ölçülər 60 sm-i göstərirdi.
Kənardan elə görünürdü ki, qızın bəxti üzünə həqiqətən də gülmüşdü. Amma bu “xoşbəxt” görüntünün arxasında çox böyük əziyyətlər gizlənirdi. 300 il ərzində ilk dəfə idi ki, “sadə” ingilis bir qız (məşhur nəsildən olsa da, kral qanının daşıyıcılarından deyildilər) taxt-tacın varisinə ərə gedirdi – buna görə o çox şeyi qurban verməli oldu.
Onun sinirlərinə dəymiş ziyanın dəyərini hesablamaq olarmı? Diananın üzərinə dağ boyda öhdəliklər qoyulmuşdu, amma heç kim ona kömək etməyə tələsmirdi – əvəzində paparazzi onun hər addımını izləmək üçün (əvvəlcə Diana onlardan qaçırdı) ova çıxmışdı. O, ideal, taxt-tac varisinin sevgisinə layiq olmaq istəyirdi və daim nəyisə səhv etməkdən və ya onun hal-hazırki statusuna uyğun olmayan hər hansı geyim geyinməkdən qorxurdu. Onun qüruruna dəymiş zərərin dəyərini hesablamaq mümkündürmü? Şahzadə Çarlz nümayişkaranə şəkildə gəlinə zəng vurmurdu, güllər göndərirdi, amma əziyyət çəkib üstündə kart yazıb göndərmirdi, amma öz məşuqəsini hədiyyələrə qərq edirdi, hətta toydan sonra da Kamillanın verdiyi qol düymələrini hələ də taxırdı.
Onların toyu əsrin hadisəsi oldu. Müqəddəs Pavel kilsəsi bütün arzu edənləri kilsəyə yerləşdirə bilmədi, insan kütləsi bütün kilsə ətrafı küçələri tutumuşdu. Dinamiklər kilsədən çöldə də qurulmuşdu ki, bütün camaat “hə” sözünü eşitsin, 58 ölkədə 700 mln-dan artıq insan qürurlu atanın (Lord Spenser) öz qızını (Ledi Diananı) kilsənin mərkəzinə necə aparmasını izləyirdi.
Hər nə qədər paradoksal olsa da, “utancaq Di” (ona diqqət yetiriləndə həmişə qızardığına görə KİV nümayəndələri Dianaya bu adı vermişdilər) özü üçün önəmli olan hallarda öz dediyinin üstdə durmağı bacarırdı. Britaniya tarixində ilk dəfə Kralın arvadı adəti pozaraq kilsədə deməli olduğu öz evlilik andından ərinə tabeçiliyi çıxara bildi. Ledi Diananın inanılmaz tərsliyi ətrafında gedən “səs-küylü” mübahisələr və aktiv müzakirələrdən sonra mətbuat belə qərara gəldi ki, Çarlzla Diananın nigahını “bərabər insanların birliyi” adlandırmaq olar.
Vindsor məhəbbət üçbucağı
Bütün nağıllar, adətən toyla sona çatır və sonradan baş verənləri əks etdirmirlər. Bal ayı çox sürətlə gəlib keçdi, yeni gəlin getdikcə daha sıx-sıx tənha qalmalı olurdu. Onun əri ilə olan münasibətləri idealdan çox uzaq idi, halbuki o məhz bunu istəyirdi. Diana hər yolla ərinin marağını qaytarmaq üçün öz nigahı uğrunda mübarizə aparırdı. Şahzadə Diana özünü müdrik olmasa da, əsl qadın kimi aparırdı və ərinin məşuqəsinin olması fikri ilə qətiyyən barışmaq istəmirdi. O, ağlayırdı, isterikaya düşürdü, hamilə qalırdı (Diana düşünürdü ki, uşaqların doğulması hadisələrin inkişafını onun xeyrinə yönəldəcək), 2 dəfə özünə sui-qəsd etmişdi (“Mən dəhşətli dərəcədə bədbəxt idim və bunu Çarlzdan başqa hamı görürdü. Mən elə bir depressiyaya düşmüşdüm ki, həkim yardımına ehtiyacım var idi! Damarlarımı bıçaqla kəsib özümü öldürmək istərkən qollarımı və sinəmi eybəcər hala salmışdım. Amma hətta bu da Çarlza heç bir təsir göstərmədi”.) və qaynanasından kömək istəmişdi. II Yelizaveta gəlininə qulaq asdıqdan sonra qəmgin halda dodaqlarını sıxaraq məsləhət görüb ki, o, bu vəziyyətlə barışsın, çünki “Çarlzı düzəltmək qeyri-mümkündür!” – bu, kraliçanın gəlininin şikayətlərinə qarşı verdiyi yeganə cavab olub. Çarlz isə əhval-ruhiyyəsi gündən-günə daha da bərbadlaşan həyat yoldaşını sakitləşdirmək, onun yanında olub, ona dayaq olmaq əvəzinə xanım Parker-Boulzun qolları arasında rahatlıq tapmağa üstünlük verirdi. Bundan başqa Çarlz ürəyində paxıllıq edirdi – çünki ictimaiyyət onun gözəl həyat yoldaşını daha çox sevirdi və onun parıltısının kölgəsində o, sanki sönürdü. Daha sonra BBC-nin “Panorama” verilişinə verdiyi müsahibədə Ledi Di deyir: “Çarlzla nigahımızda biz 3 nəfər idik, ona görə də, hamı özünü dar sısqalıqda hiss edirdi”.
Şahzadə yaxşı ata oldu. Bir dəfə isə o demişdi: «Mən istiyərdim ki, bizim uşaqlar elə böyüsün ki, onların gözəl tərbiyəsi olsun, başqaları haqqında düşünsünlər, özlərini onların yerinə qoya bilsinlər. Ola bilər onların təhsili və ya dünyagörüşü zəif olsun, amma onların davranışları və tərbiyələri yerində olsa, onlar çox şeyə nail olacaqlar».
Sonralar o, bütün vaxtını uşaqlarına ayırmaqla təskinliyi onlarda tapacaqdı. Çarlz nümunəvi ata olacaqdı – onlar hər ikisi oğulları Uilyam və Qarri ilə fəxr edidilər, lakin uşaqların tərbiyəsi ilə bağlı ortaq fikrə gələ bilmədilər.
80-ci illərin sonlarına yaxın cütlüyün münasibətləri o dərəcədə soyumuşdu ki, Diana və Çarlz yalnız rəsmi mərasimlərdə bir araya gəlirdilər və o da protokolda onların bir yerdə olmalı olduqlarının göstərilməsindən dolayı olurdu. Onların bir-birinə qarşı olan xoşagəlməz münasibəti artıq sirr olmaqdan çıxmışdı. 1995-ci ildə Diana BBC kanalının “Panorama” verilişində çıxış edərək milyonlarla tamaşaçıya nigahlarında Kamillanın “görünməyən” iştirakı barədə danışdı. O, bu addımın nə ilə nəticələnəcəyini bilirdimi? Əlbəttə, bəli. Və o, əlindən gələn hər şeyi etdi ki, kraliça nigahın pozulmasını tələb etsin. Nağıllarda haqqında danışılan şahzadəni arzulayan qızcığaz böyüdü, yetkinləşdi və etiraf etmək cəsarətini toplayaraq bəyan etdi ki, onun maraqları və özünə hörməti onun xəyanətkar ərinin maraqlarından və damarlarında axan kral ailəsinin qanından daha yüksək və vacibdir və hətta bütün Britaniya monarxiyasının maraqları ilə qarşı-qarşıya gələ bilmə iqtidarındadır.
Deyirlər ki, sevmək – eyni istiqamətə baxmaq deməkdir. 80-ci illərin ortalarından etibarən artıq kameraların obyektivləri bu cütlüyün ayrı istiqamətlərə baxdıqları anları daha tez-tez lentə almağa başlamışdılar.
Ardı var...
Aynur Alimuradbəyli
XƏBƏR LENTİ
Azərbaycan 900 yeni vaqon alacaq
Badə-badə "yuxarıya"
Yemək görünüşlü üzüklər
Günün qoroskopu: romantik hisslərə qapılmayın
Əfqanıstanda təyyarə qəzasında ölənlərin cəsədlərinin laborator müayinəsinə başlanılıb
Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?
Bolqar bibərinin bilmədikləriniz faydaları
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Test imtahanının taleyi sual altındadır
Hicablı xanımlar üçün
"Fənərbağça" Azərbaycana gəlir
2011- Dovşan ili
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi
Müqəddəs Ramazan ayının ilk günü məlum oldu
Çində satıcısız mağazalar istifadəyə veriləcək
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Buqələmun yoxsa insan?!
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Şəmkirdə tibb məntəqəsi tikiləcək
Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş edib
2018-ci ilin ən çox qazanan aktyor bəlli oldu-FOTO
Venesuela prezidenti Obamadan xahiş etdi
Ketrin Zeta Cons qızı ilə ilk dəfə-FOTOsessiya etdirdi
İran kosmosa insan göndərəcək
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Qozlu tort (foto resept)
Göz rənginə görə göz qələmi seçimi
Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındı
Bundan sonra "Whatsapp" internetsiz olacaq - YENİLİK
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Ledi Qaqa və Madonna illər sonra barışdı-FOTO
Avropa Oyunları neçəyə başa gəldi?
İğdırlılar Ermənistan sərhədinə yürüş edəcəklər
Küçə sənəti - 2
Koronavirus infeksiyasının smartfonun və əsginasın üzərində qalma müddəti açıqlandı
Metroda daha bir yenilik
Mobil telefonlar haqqında bilmədiklərimiz
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Duz terapiyası
Stomatoloqdan qorxanlar oxusunlar!
Güclü yağış Gəncədə 34 evi uçurdu
Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - RƏSMİ
Yuxular və yuxuyozmalar (5)
Limon içlikli peçenye (foto resept)
Mehriban xanım Heydər Əliyevi andı
“Odnoklassniki”də video avtomatik işə düşəcək
Vulkan fermeri milyonçu etdi
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
- ŞƏRHLƏR