Ailədə neçə uşağın olması məsələsini ər-arvad birlikdə həll edirlər. Sağlam mühit, ər-arvadın bir-birinə qayğı və nəvazişi, bir-birini başa düşməsi, lazım gələndə güzəştə getməyi bacarması və s. uzunömürlülüyün və çoxuşaqlı ailələrin meydana gəlməsinin şərtlərindəndir. Belə ailələrin üzvü olmaq necə xoşdur. 168 il yaşamış Şirəli Müslümovun sonuncu övladı o, 128 yaşında olarkən dünyaya gəlmişdi.
18 uşaq anası Rəfiqə Babayevanın adı respublikamızda hamıya tanışdır. Şair H.Ziya və bəstəkar Ə.Cavanşirov qəhrəman anaya mahnı da həsr etmişlər:
Həyat bəxş etmisən,
18 insana sən,
Gör nə böyük anasan,
layiqsən dastana sən.
Necə söz qoşmayasan,
sənin tək el qızına,
Azərbaycan gülünə,
Astara ulduzuna.
Ailədə uşaqların sayı qadının istəyindən çox asılıdır. Bu sahədə ər və arvad arasındakı qarşılıqlı razılığa gəlmə və s. də az rol oynamır. Müasir ailələrin azuşaqlı olmasının belə bir səbəbi də vardır: bəzi gənc ər-arvadlarda dilemmanın həlli zamanı (yəni uşaq, yoxsa əşya, asudə vaxt) qərar məişət rahatlığı və həzzin xeyrinə qəbul olunur. Mebelləri sökür, dağıdır, sındırır. Hətta elə qadınlara rast gəlinir ki, sadəcə uşaq doğmağın əleyhinədir. Belələri hətta bir körpənin də dünyaya göz açmasına etiraz edirlər. Guya uşağın doğulması onların gözəlliyini poza bilər. Yazıçı Ə.Muğanlının “Vicdan” povestində təsvir olunan Xavər obrazı kimi. Meşşan təbiətli bu qadın hamilə olduğu üçün əzab çəkir. “Bir deyən gərək ki, ay axmaqlar, yaşınızın bu çağında nəyinizə uşaq yaraşır? Axı, indi bizim əsl deyən-gülən, kef sürən vaxtımızdır... Hidayətə nə var, gedib gəzəcək, kefini sürəcək. Mən isə onun üçün uşaq böyüdəcəm”.
Analıq hissi Xavərə o qədər yaddır ki, xəstəxanada yatarkən körpəsini öz xoşu ilə palata yoldaşı Sonaya bağışlayır, ərini aldadaraq ölü uşaq doğduğunu söyləyir.
Lakin yaddan çıxarmaq olmaz ki, belə hallarda yalnız qadınlar deyil, kişilər də günahkardır.
Qadınlar bəzən “kişilərin nə vecinə. Onlar asanca uşağa yiyələnirlər. Nə gəzdirir, nə doğur, nə yedizdirir, nə də nazı ilə oynayırlar”-deyirlər.
Ailədə uşaqların sayı ilə əlaqədar mübahisədə belə bir əsas da vardır: qadının mənsəbi. Çoxuşaqlı ana guya şöhrətpərəstlik cəhdlərindən – işində maksimum yüksəkliyə çatmaqdan imtina etməli olacaqdır. İki, üç uşaqdan sonra o, özünün uşaqsız, yaxud “biruşaqlı” yaşıdından, sənət yoldaşından geri qalacaqdır. Bu fikri yüzlərlə fakt təkzib edir.
XƏBƏR LENTİ
Yeməli ayaqqabılar
Britaniyada 45 yaşlı qadın 22-ci uşağını dünyaya gətirdi – FOTO
Qar yağacaq
Çin hökuməti çətin dövrlərə hazırlaşır
Dəbli qocalar
Ardıcıl səkkiz gün iş olmayacaq - QƏRAR
Uşaqlara baxan ana ilə atanın fərqi
Dilbər dodağı (foto-resept)
COVID-19-a yoluxanların sayı artdı
Musiqi ilə ağıl yola getmir?
Uşağımın dostu yoxdur...!
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
İş xanımlarına payız dəbi
Mehmet Ali Erbil 63 gündən sonra komadan ayıldı-FOTO
Müdriklər demişlər (3-cü hissə)
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
Nanənin faydaları
Peçenye keks (foto resept)
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
Sevgi dolu anlar...
Həcc ziyarəti üçün sənəd qəbulu başlayır
Hülya Avşarın evinə girən oğruya 10 il həbs
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi
Günün ulduz falı
Demet Akalın qalmaqal yaratdı-FOTO
Seyid Əzim Şirvani: şair, maarifçi, publisist
Şəkər tozu ilə üzə qulluq
Mənim əl işlərim
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 526 yeni yoluxma - FOTO
Saç rezinləri
Hava necə olacaq?
İşsizlər diqqətli olsun!
Övladı olmayan ailələrə XOŞ XƏBƏR
Test -Detoksa ehtiyacınız var?
Yeri asteroiddən qorumağın yolu-FOTO
Azərbaycanda ən çox rast gəlinən kişi və qadın bəlası
"Vaflili tort" (foto-resept)
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Uşaqlarda boy uzatma hərəkətləri və üsulları
Təbii ağrıkəsici olan 5 qida
NATO: ""Soyuq müharibə" keçmişdə qaldı"
Kor həyatlar
Azərbaycanda 9 gün dərs olmayacaq
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
XİN cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı
İdeal bədən ölçüləri ilə sərvət qazanır-FOTO
Çəkinizi artıq göstərən geyimlər
Şəki paytaxt elan edildi
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Qeyri-adi illustrasiyalar
- ŞƏRHLƏR