Uşaqlara inam hissi aşılamaq
Həzrəti Peyğəmbər (s.a.s) həmişə etimad etmək fikrini təlqin edər və ətrafında olan uşaqlar onunla əlaqəli adətə “etimad” xaricində heç nə bilməzdilər. O, (s.a.s) hamının, həmçinin uşaqların da nəzərində etimadlı bir insandır. Əlbəttə, belə fərdlərdən ibrət alan millət də etimadlı olacaqdır.
Bundan başqa, Allah Rəsulu (s.ə.s.) “Allah uşağa mərhəmət etməyənə mərhəmət etməz” – kəlamını buyurur və xalqını qəlb və könül insanı olmağa çağırırdı: “Onları sevin, onlara verdiyiniz sözü vaxtında yerinə yetirin; onlar sizin sözlərinizlə rəftarınız arasında ziddiyyət görməsinlər; uşaq belə bir işə şahid olmasın”.
Bir hədisdə Allah Rəsulu (s.ə.s.): “Sizlərdən biriniz uşağına bir şey vəd edərsə, qüsursuz olaraq onu yerinə yetirsin”, – buyurur ki, buradan da göründüyü kimi “uşaqdır, yalan desəm də, aldatsam da eybi yoxdur” fikri səhvdir.
Məhəmməd Peyğəmbərin (s.ə.s) fikirləri ilə desək, “Bəli, hər aldatma və vədinə xilaf çıxma bir toxum kimi onun beynində, bu gün olmasa da, sabah bir zəqqum ağacı kimi zühur edəcək və sizin tərbiyə cəhdlərinizi təsirsiz hala salacaqdır. Uşağınızın sizin haqqınızda “yalan dedi”, “sözündən döndü”, “dünya malına tamah saldı” və s. kimi sözlər deməsinə və ya fikirləşməsinə imkan verməməlisiniz. Onlar sizi həmişə fədakar, sədaqətli, səbirli və əxlaqlı görməli və tanımalıdırlar." Belə tövsiyələrlə Peyğəmbərimiz tərbiyədə ən ideal nöqtələrə işarət edirdi.
Quranın ifadəsi ilə desək, Loğman peyğəmbər oğluna nəsihət verərkən cəmiyyət içində incə nöqtələri nəzərə alaraq davranış tərzini tövsiyə etmişdir. "Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa‐lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman surəsi, 31.)
Uşaqların böyüdükləri mühiti nəzərə alaraq yaş, bilik və mədəniyyət səviyyələrinə görə qruplaşdırılması daha faydalıdır. Uşaq beş yaşındadırsa, ona öyrədəcəyimiz mənəvi biliklər, eynilə qidalanmada izlədiyimiz üsulda olduğu kimi fərqli tətbiq olunmalıdır. Yəni uşaq yaşına uyğun vacib olan şeyləri bilməli, bilməməsi lazım olan şeyləri isə vaxtı gələndə öyrənməlidir.
Müşahidələrimiz göstərir ki, məktəbəqədər yaş dövründə olan (3, 5, 7 yaş) uşaqlar valideynlərinə “Allah kimdir?” və “Mən necə dünyaya gəldim?” deyə suallarla müraciət edirlər. Belə suallar bəsit görünsə də, cavab vermək asan deyil. Bəzi ailələrdə valideynlər uşaqların bu kimi suallarına qaneedici cavablar vermirlər. İlk növbədə valideyn bu sualların cavabını bilməlidir ki, uşaqlarına düzgün cavablar verə bilsin.
Nümunə:
5 yaşlı İlahə:
– Allah kimdir?
Atası:
– Allah gözə görünməz varlıqdır.
– Varlıqdır? Gözə görünməz varlıq nədir?
− O bizi yaradıb, amma gözə görünmür.
− Görünmür? Niyə? Axı mən də onu görmək istəyirəm.
− Onun səni görməsi kifayət edər.
− Mən otaqda tək oynayanda da məni görür?
− Bəli, görür.
− Bəs dişlərimi yuyanda?
− Dişlərini yuyanda da.
− Bəs axşam yatanda?
− Axşam yatanda da.
− Bəs otağın işığını söndürsək, qaranlıqda məni görər?
− Qaranlıqda da görər.
− Onda mən çarpayının altında gizlənsəm, yenə məni görər?
− Görər.
− Necədir? Böyükdür? Balacadır?
− Böyükdür.
− Sənin boyda?
− Yox. O mənim boyda ola bilməz.
− Onda anam boyda?
− Yox. Allahın böyüklüyü boya görə ölçülmür.
− Onda dəniz boyda?
− Dəniz boyda da yox. Dağlar boyda da yox.
− Bəs nə boyda?
− Mənə diqqətlə qulaq as. Ağacları görürsən?
− Bəli.
− Baharda çiçək açır, yayda yaşıllaşır, meyvə verir, payızda yarpaqları saralıb tökülür, qışda çılpaq qalır. Bunlar necə baş verir.
− Bunlar? Bilmirəm ki!
− Bunlar öz‐özünə baş vermir. Çünki öz‐özünə baş verə bilməz. Əgər öz-özünə baş versəydi, bu qədər zaman keçməzdi. Yəni bir ağac bar vermək üçün bu qədər gözləməzdi. Bunları edən Allahdır.
Uşaq üçün yeni bir ideya meydana gəldi. Diqqətini cəmləməyə başladı.
Atasına növbəti sualını verdi:
− Hər şeyə qadirdir?
− Bəli, qadirdir. Dənizləri, dağları da o yaradıb. Yağışı, qarı O yağdırır. İstini, soyuğu O yaradıb. Heyvanları və bitkiləri, ümumiyyətlə, hər şeyi O yaradıb.
− Ata, Allah qorxuludur?
− Xeyr, O, qorxulu deyil, O, çox mehriban, bağışlayan, sevimli və əzizdir.
− Məni sevir?
− Bəli, O, hər birimizi sevir və qoruyur.
− Mən onu sevə bilərəm?
− Sən Onu hər zaman sevməlisən. Çünki O, hamımızın sevimlisidir.
Uşaq məktəb yaşına gələndə “Allah var.” deməyiniz bəzən uşaqda Allaha qarşı yanlış fikirlər formalaşmasına səbəb ola bilər. Məsələn, “Çörəyi yerə atma, yoxsa Allah gözünü deşər”. “Sözə baxmasan, Allah səni öldürər” kimi sözlər uşaqda Allaha qarşı sevgi və məhəbbət hissi əvəzinə ikrah hissi oyada bilər. Uşağınız ibtidai sinifdə oxuyarkən dinlə bağlı mürəkkəb fikirləri aşılamağa ehtiyac yoxdur, sadəcə, ona bu mövzuda olan məsələləri dərk edəcəyi səviyyədə izah etmək lazımdır.
Əsas bir cəhət də odur ki, təlqin edəcəyimiz hər şey uşağın hazırkı yaş dövründən bir müddət sonraya aid olsun. Çünki uşaq yaşadığı zamanı görüb‐götürəcək və yaşayacaqdır. Bu nöqteyi‐nəzərdən ətraf mühitin verdiyi, ya da valideynin öyrətdiyi şeylər yerli‐yerindədirsə, yetərli sayıla bilər. Elə isə bizim ona verdiyimiz tərbiyənin səviyyəsi onun daha sonra yaşayacağı həyata aid olmalıdır.
Valideynlər, adətən, iki mövzunu izah edərkən yanlış üsuldan istifadə edirlər. Bu mövzular dini və cinsi maarifləndirmədir. Yəni valideynlər yalanı uşaqlara həqiqət kimi çatdırmaq istəyirlər. “Mən haradan gəldim?” sualına “Leylək səni qanadlarında gətirdi”, “Biz səni bazardan aldıq”, “Səni xəstəxanadan gətirdik”, “Sən özün dünyaya gəldin” kimi cavablar verirlər. Bu tip cavablar uşağı qane etmir. Çünki uşaq sualı verərkən cavabı şüuraltı olaraq hiss edir və sifət ifadələrində mimikası qımışır. Bunun səbəbi valideynin bu məsələyə ciddi yanaşmadığını uşağın sezməsidir. Bu zaman ata və ya ana narahatlığa qapılır və “sən kiçiksən, belə suallar
vermək eyibdir” kimi cavablar verirlər.
Ata‐ananın verdiyi cavablar uşağı qane etmədikdə uşaq dostlarına, kitablara, internetə və s. yönəlir və belə qaynaqlarda da hər zaman düzgün və sağlam məlumat olmur. Bu da ki, uşaq üçün çox təhlükəlidir. Burada əhəmiyyətli məsələ sualı cavablandırmağa ciddi yanaşma tərzidir.
Valideyn uşağın sualını başa düşüb cavablandırmağa tələsməməlidir. Məsələn, cinsi mövzuda sual verən uşaqda cinsiyyət hormonları hələ inkişaf etmədiyi üçün valideyn bunu normal sual olaraq nəzərə almalıdır. Valideyn öz cavabında uşağın düşündüyü kimi düşünə bilməli və izahat zamanı heç bir narahatlığa qapılmadan normal səs tonuyla cavab verməlidir.
Bu mövzuda hər zaman mübahisələr olmuşdur. ”Cinsi maariflənmə ailədə, yoxsa məktəbdə verilməlidir?”, “Cinsi pedaqogikadan məlumatsız ailələrdə yetişən uşaqlar öz çatışmazlıqlarını necə tamamlamalıdır?”, “Cinsi maariflənmə üçün müəyyən yaş həddi varmı?”, “Cinsi pedaqogikada hansı ünsiyyət formasından istifadə edilməlidir?”... kimi mübahisəli məsələlər hələ də qarşımıza çıxmaqda davam edir. Bu mövzuda “Ana, mən haradan gəldim?” kitabının müəllifi, pedaqoq, yazıçı Ali Çankırlının fikirləri çox maraqlı və dəyərlidir. Pedaqoqun düşüncələrini sizlərlə bölüşmək istərdim:
- Məndən poçtla yazıb “Cinsi maariflənməyə neçə yaşdan başlamaq lazımdır?” sualını soruşurlar. Onlara cinsi maariflənmənin ana bətnində olarkən başlandığını dedikdə zarafat etdiyimi düşünürlər. Halbuki, müasir zamanda uşağın ana bətnindəki fiziki inkişafıyla yanaşı, ruhi və mənəvi inkişafını da izləməyə imkan verən texniki vasitələr və cihazlar bu fikri təsdiq edir. Əgər uşaq ailə tərəfindən cinsiyyət fərqi qoyulmadan sevinclə qarşılanırsa, o, bunu ana bətnində hiss edir və daxilində yaşamaq arzusu yaranır. Əks təqdirdə, əgər uşaq cinsiyyətinə görə istənməyən uşaqdırsa və ya ana yanlışlıqla hamilə qalıbsa, bu ananı kədərləndiribsə, körpə istənmədiyini hiss edir və bu da onun şüuraltına yerləşir. Bu zaman uşaq hissi olaraq anadan küsür və bu hal doğulduqdan sonra da davam edir. Körpə doğulduqdan sonra da cinsi maariflənməsi davam edir.
Hüseyn Xəlilov
Bu barədə növbəti məqaləmizdə oxuya bilərsiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Süd qaymağının dəriyə faydası
Dünyanın ən gözəl qadını
İkiqat qohumluğa ehtiyac varmı?
Qızardılmış kartof ruleti(foto resept)
Modern çilçıraq modelləri
İnsan bədəni qüsursuzdur
XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib”
Ermənistanda güclü zəlzələ
İlham Əliyev: “Ermənistan öz məğlubiyyətini etiraf edib”
HAVA necə olacaq?
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (3)
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Toxunma əl işləri
Dodaq ətrafı qırışları necə yox etməli?
Yeganə boşanmadığını belə sübut etdi
"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü
Zehni pəhriz nədir?
Xaçmazlı rəssam evini muzeyə çevirdi - VİDEO
Dünyada nüvə müharibəsinin anonsu verildi
Bu tapıntı alimləri heyran qoydu
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Yağış yağacaq
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Koronavirusla bağlı son STATİSTİKA
Platforma ayaqqabılar
Ofis işçilərinin xəstəliyi
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
“Wi-Fi” şüası zərərlidirmi?
Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi
Hər 40 saniyədə bir nəfər intihar edir
Payız və qış gəlinləri üçün saç modelləri
Arzular şəhəri "London"
Kişilərin "paxmel"i: nə etməli?
Firon Tutanhamonun oğurlanmış heykəli – Satışa çıxarılır
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Rusiyaya qarşı yeni sanksiyalar
Rəcəb Tayyib Ərdoğan İzmirdə baş vermiş zəlzələ ilə bağlı vətəndaşlara səsləndi
Kakaolu şirniyyat (foto-resept)
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Madonna özündən 35 yaş kiçik rəqqasla sevgilidir - FOTO
Heydər Əliyev tərxis olundu - FOTO
Bakı sürücülərinin nəzərinə: pul verməyənləri biabır edəcəklər
Ana qarğışı
Banan maskası
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Saduların dəhşətli vərdişləri
- ŞƏRHLƏR