ABŞ-da insanlardan bilik və bacarıqlarını dəyərləndirməklərini istənilən sorğu keçirdiblər və aydın olub ki, insanların əksəriyyəti cəbri yaxşı bilir, maşın sürür və yemək bişirir. Əsas məsələ isə bunu "böyük əksəriyyət"-dən yaxşı bacardıqlarını düşünmələridir. Bu haqda London və Nyu York Universitetlərinin professoru Premyuzik, öz "Confidence: Overcoming Low Self-Esteem?, Insecurity, and Self-Doubt" kitabında bəhs edir. Deməli əgər böyük əksəriyyət "böyük əksəriyyət"-dən yaxşıdırsa, nə isə düz deyil. İzahı isə çox sadədir: biz hər kəsin özünü digərlərindən daha yaxşı hesab etdiyi narsist cəmiyyətdə yaşayırıq.
Bütün bunları elmi araşdırmalar aparmadan da görmək mümkündür. Sosial şəbəkələr əsl ədəbazlıq paradına çevrilib. Əvvəllər kifayət qədər ciddi hesab olunan insanlar belə indi öz nəaliyyətləri haqqında böyük-böyük danışır, bahalı şoppinqləri elan edir və öz-özlərindən sitatlar gətirirlər. Lovğalanmaq normal davranış kimi qəbul olunur və bununla kifayətlənilmir, hətta uğurun əsas şərtlərindən hesab olunur. Bu faktda populyar psixologiyanın rolu az deyil. Hər bir şəxsi inkişaf kitabında özünəqiyməti artırmağa təhrik edən paraqraflar var. Bəzi insanlara bu mövzuda müəyyən güzəştlər etmək olar. Qoy narsistləşib bəzi uğurları əldə etmək üçün özlərinə baza yaratsınlar, amma başqa mövzularda səmimi olmaq olmaz? Bunu gərək həyatlarının bütün sahələrinə daşısınlar?
Bəs yaxşı ümumiyyətlə özündən razılıq nədir? Onun yaxşı alternativi var: özünəhörmət. Özünəhörmət cəmiyyətin pul, status, imic və məşhurluq kimi faktorlardan biçdiyi xarici əlamətlərdən azaddır. Özünəhörməti tətbiq etmək asan iş deyil. Çünki lovğalıq və ədəbazlıqdan qat-qat çətindi, öz üzərində işləməyi tələb edir, daima inkişafı düşünmək və özünə məhdudiyyətlər qoymağı şərtləndirir. Özünəhörmət real bir şeydir, amma özündən razılıq ictimaiyyət üçün nəzərdə tutulmuş oyundur, öz-özünə yaradılan illüziyadır. Bu illüziyalar dağılanda da çox ağrılı olur. Bəzən sadəcə özündən şübhələnməyin zamanı çatır. Özünəşübhə isə ən yaxşı halda reallığı dərketmə, kənardan da dəstək olduğu müddətdə isə yetkin şəxsiyyət - özünə hörmət edən şəxsiyyətlə nəticələnir.
Azərbaycan kimi sürətlə inkişaf edən, müasir dünya ilə ayaqlaşmaya can atan cəmiyyət üçün də narsism və onun fəsadları aktualdır, lakin bizim cəmiyyətimizdə nədənsə heç bir şey normasında, qədərində əyləcə basmır. Nədənsə qəbul etdiyimiz hər bir yeni anlayış, yeni düşüncə tərzi, geyim stili, qida növü və s. ifrat səviyyəyə qədər qalxır və orada da qalır. Bu kənardan çox iyrənc görsənsə də, çoxları müasir olduqlarını, özlərinin çox ağıllı, savadlı və cəlbedici olduqlarını hesab edirlər. Eqoizmin ailə həyatından iş həyatına kimi səbəb olduğu problemlərin sayı gündən günə artır.
ABŞ kimi cəmiyyətlərdə yalnızca özünəhörmət anlayışına ehtiyac ola bilər. Azərbaycan üçünsə sadəcə bu termin kifayət etmir. Burada həm ətrafdakılara hörmət, həm empatiya, həm də bir ton digər vacib məsələlər önəmlidir. Getdikcə cəmiyyətdə münasibətlər mürəkkəbləşsə də, səmimiyyət və insaniyyətlə az da olsa xoşagələn forma vermək mümkündür.
Məqalə Harvard Business Review jurnalının, 2013 Sentyabr tarixli buraxılışının törəməsidir.
Orijinal məqalə: səh. 14, E.Yelena, Özünəqiymət, yoxsa özünəhörmət?
İbrahim Niftiyev

Günün müəllifi

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR