Dövlət rüsumu haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Dövlət rüsumu anlayışı
1.1. Dövlət rüsumu — dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və
hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı,
razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Heç bir hüquqi və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında
göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti
orqanları qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və
başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.
Maddə 2. Dövlət rüsumunun tutulduğu hallar
2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:
2.0.1. məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi
barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar
verilməsi;
2.0.2. notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması;
2.0.3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;
2.0.4. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan
şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi
verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul və ya vətəndaşlığından çıxma;
2.0.5. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində
konsul əməliyyatlarının aparılması;
2.0.6. standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli
hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər,
habelə icazələrin bəzi növlərinin verilməsi nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və
fiziki şəxslərə xidmətlərin göstərilməsi
2.0.7. xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi;
2.0.8. hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı;
2.0.9. qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və
dövlət reyestrinə daxil edilməsi;
2.0.10. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;
2.0.11. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı
sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı;
2.0.12. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması,
ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası.
2.0.13. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;
2.0.14. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin
icazəsinin və fitosanitar sertifikatlarının verilməsi;
2.0.15. Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların,
dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması,
onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi,
kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;
2.0.16. Mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin,
habelə uçuşlara icazələrin verilməsi;
2.0.17. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət
yerlərinin müəyyən edilməsi, habelə küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsi;
2.0.18. xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;
2.0.19. dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
8.1. Məhkəməyə verilən iddia ərizələrindən: |
|
8.1.1. iddia qiyməti 110 manatdan çox olduqda; |
20 manat |
8.1.2. iddia qiyməti 110 manatdan çox olmadıqda. |
3 manat |
8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən: |
|
8.2.1. iddia qiyməti 110 manatdan çox olduqda; |
20 manat |
8.2.2. iddia qiyməti 110 manatdan çox olmadıqda; |
3 manat |
8.2.3. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən. |
3 manat |
8.3. Məhkəmə əmri haqqında ərizələrdən. |
10 manat |
8.4. Apellyasiya və kassasiya şikayətlərindən: |
|
8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən; |
bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi |
8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən; |
10 manat |
8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən; |
6 manat |
8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən; |
20 manat |
8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən; |
5 manat |
8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən; |
6 manat |
8.4.7. vergi ödəmələri barədə mübahisələri üzrə iddia ərizələrindən; |
5 manat |
8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə; |
6 manat |
8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən; |
5 manat |
8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə; |
20 manat |
8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən qeyri əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən; |
3 manat |
8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən; |
6 manat |
8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin iqtisad məhkəməsinin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən; |
10 manat |
8.4.14. sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən. |
20 manat |
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
10.1. Daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün: |
|
10.1.1. müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə; |
7 manat |
10.1.2. müqavilə üzrə əmlak başqa vətəndaşlara və ya hüquqi şəxslərə keçirsə: |
|
Bakı şəhərində; |
110 manat |
digər şəhər və rayonlarda; |
44 manat |
10.1.3.müqavilə üzrə əmlak (torpaq istisna olmaqla) xarici hüquqi şəxsə və ya əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə keçirsə; |
şərti maliyyə vahidinin 400,0 misli |
10.1.4. mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün. |
7 manat |
10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: |
|
10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, bacının mülkiyyətinə keçirsə; |
25 manat |
10.2.2. müqavilə üzrə əmlak digər vətəndaşın və ya hüquqi şəxsin mülkiyyətinə keçirsə; |
50 manat |
10.2.3. müqavilə üzrə əmlak xarici hüquqi şəxsin, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətinə keçirsə. |
75 manat |
10.3. Yaşayış evlərinin tikinti işi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün: |
|
10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, valideynlərə, qardaşa, bacıya keçirsə; |
3 manat |
10.3.2. müqavilə üzrə istifadə hüququ digər fiziki və ya hüquqi şəxsə keçirsə. |
5 manat |
10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə: |
|
10.4.1. dəyəri 2200 manatadək; |
5 manat |
10.4.2. dəyəri 2200 manatdan 5500 manatadək; |
17 manat |
10.4.3. dəyəri 5500 manatdan çox olduqda. |
28 manat |
10.4-1. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: |
|
10.4-1.1. Bakı şəhərində |
110 manat |
10.4-1.2. digər şəhər və rayonlarda |
44 manat |
10.4-2. Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: |
|
10.4-2.1. Bakı şəhərində |
55 manat |
10.4-2.2. digər şəhər və rayonlarda |
22 manat |
10.5. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün: |
|
10.5.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə; |
3 manat |
10.5.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə; |
5 manat |
10.5.3. tərəflər digər fiziki və hüquqi şəxsdirsə. |
61 manat |
10.6. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün: |
|
10.6.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə; |
3 manat |
10.6.2. tərəflər digər fiziki və ya hüquqi şəxslərdən ibarətdirsə. |
5 manat |
10.7. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün: |
|
10.7.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq); |
3 manat |
10.7.2. vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə. |
11 manat |
10.8. Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün. |
3 manat |
10.9. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün: |
|
10.9.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə; |
5 manat |
10.9.2. etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə. |
10 manat |
10.10. Pensiyaların alınması üçün pensiyaçılar tərəfindən verilən vəkalətnamələrin təsdiqi üçün. |
şərti maliyyə vahidinin 0,2 misli |
10.11. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün: |
|
10.11.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə; |
3 manat |
10.11.2. etibarnamə digər fiziki və ya hüquqi şəxslərə verilirsə. |
5 manat |
10.12. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün: |
5 manat |
10.13. Dəniz protestlərinin tərtibi üçün. |
10 manat |
10.14. Vəsiyyətnamələrin təsdiqi üçün: |
3 manat |
10.15. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün. |
2 manat |
- ŞƏRHLƏR