"Qadın mənsəbi" bir ideya kimi mahiyyəti etibarilə qadına ənənəvi "mətbəx, məişət qayğıları" sxemi üzrə baxmağa ziddir. Cəmiyyətdə baş verən yenidənqurma işlərinə və feminist hərəkatlara baxmayaraq, həqiqətən, qadın karyerası bir-birinə zidd fikirlər doğurur.
Burada bir neçə sual meydana çıxır ki, gəlin onlara cavab tapaq.
Birincisi, qadın da kişinin etdiyi işləri görə bilərmi və intellekt bazarında, məqsədə çatmaqda və pul qazanmaqda kişilərlə eyni hüquqlara malikdirmi?
İkincisi, karyera ilə ənənəvi qadın vəzifəsini - uşaq böyütməyi necə uyğunlaşdırmaq olar, belə ki, uşaq tərbiyə edib böyütmək çoxlu vaxt və qüvvə tələb edir.
Qadın üçün iş seçərkən üstünlük verdiyi və ya məhdudiyyətlər olan zonalar hansılardır? Daimi "İş, yoxsa ailə" ənənəvi dilemmasının müasir həlli necədir? Gəlin bir qədər bunlar üzərində dayanaq.
Bəzi peşələr qadın üçün arzuolunandır. Bəlkə də əvvəldən bu peşələrə qadınlar üstünlük verdiyindən, ənənəvi olaraq qadın peşələri hesab edilir. Elə peşələr var ki, işəgötürənlər məhz qadınları bu vəzifəyə götürür. Məsələn, katibə, ofis meneceri, prezident köməkçisi, mağazada satıcı, səhiyyə müəssisələrində tibb bacısı, xadimə və s. Bəzən elə hesab edilir ki, monoton texniki işlərdən ibarət, əmək haqqı aşağı olan işlər qadınlara aiddir.
Lakin son zamanlar bəzi sahələrdə qadınlar heç də kişilərdən geri qalmayaraq, əvvəllər ənənəvi hesab edilən və fiziki qüvvə, dözüm tələb edən kişi peşələrinə də uğurla yiyələnirlər. Hazırda qadınlar arasında çoxlu cərrahlar, diş həkimləri, sürücülər, menecerlər, dizaynerlər vardır.
Kişi və qadın peşələrindən danışarkən bəzi statistik qanunauyğunluqları nəzərə almaq lazımdır. Mütəxəssislər belə hesab edirlər ki, bu gün hüquq bərabərliyi uğrunda mübarizədə qadınlar xeyli irəliləmişlər. Hətta bəzi yerlərdə kişilərlə qadınlar sanki yerlərini dəyişmişlər. Peşəkar fəaliyyətdə bu özünü qadınların bəzi kişi peşələrinə yiyələnməsində, kişilərin isə, əksinə, qadın işlərinə keçməsində göstərir. Hazırda qadınlar nəinki biznesdə, siyasətdə də özlərini doğrultmuşlar. İndira Qandi, Marqaret Tetçer, Madlen Olbrayt, Angela Merkel, Hillari Klinton, Kondoliza Rays, Tansu Çiller, Benəzir Bhutto və başqaları bunu dəfələrlə sübut etmişlər.
İndi qadınlar kişilərlə rəqabətdə istedad, enerji, peşəkarlıq parametrlərinə görə daha ön mövqeləri tutur. Sərhədlər yoxa çıxır: müasir qadınlar kişi işlərini də uğurla görürlər. Əmək bazarı dəyişmişdir - yaş, cins əlamətləri artıq ikinci plana keçir, birinci yeri istedad, intizam, məsuliyyət, ünsiyyət, davranış tutmağa başlayır. Müasir işəgötürənlər kadrları seçərkən, ilk növbədə, ali təhsilli, iş təcrübəsi olan, zərərli vərdişlərdən uzaq olan intizamlı işçilərə üstünlük verir.
İşə götürənlərin belə bir problemi mövcuddur: azyaşlı uşaqları olan anaları işə götürmək nə dərəcədə məqsədəuyğundur? Və ümumiyyətlə, uşaqların doğulması gənc qadınların karyerasını nə dərəcədə ləngidir? Əvvəl ana olmaq, sonra karyera qurmaq, ya əksinə?..
İlk ana sevincini, zənnimizcə, heç bir karyera əvəz edə bilməz. Hələ yuxudan oyanan körpənin qığıltısı, balaca əllərinin hərarəti hansı qadını xoşbəxt etməyib?... Bəlkə əvvəl övlad böyütmək, sonra karyera qurmaq daha məqsədəuyğundur?!..
XƏBƏR LENTİ
Uber maşın yerinə velotaksi göndərəcək-FOTO
Güllərin özəlliyi
Qadınların sevimli payız aksesuarları
Palazzo şalvar modelləri
Bu da “Facebook”un “bomba”sı-Video
Tarkanın xanımı kameraları görüb həyəcanlandı-FOTO
Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Fobiya növləri
Hamilələr üçün ziyafət geyimləri
Madonnanın ayağı zədələndi
Körpü canlı yayım zamanı dağılmağa başladı - VİDEO
Ferat Üngürü azad etdilər
Zəngin ölkələr kütləvi şəkildə COVID-19 əleyhinə peyvənd almağa başlayıb
Sabahdan 5 günlük TƏTİL BAŞLAYIR
Yol polisi kimləri cərimələyə bilməz?
İşdən qovuldu, lotereyada 3,3 milyon dollar uddu
Meditasiya edən pişik-video
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
Dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO
Məşhur aktrisa qəzəbləndi-SƏBƏB
“WhatsApp”da yeni layihə
Rus təyyarəsi UNO ilə TOQQUŞDU - ŞOK VİDEO
Xanımına qeyri-adi Sevgililər günü hədiyyəsi etdi-FOTO
Dil təmizliyi üçün təbii üsullar
Evlilikdəki problemi necə həll etməli?
Qiyməli plov (foto resept)
Macarons (Fransa mətbəxindən) (foto resept)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Günün qoroskopu: insanlarla rahat dil tapacaqsınız
Ordumuza səyyar hamamla xidmət edənlər: “Yaşımız çox olduğu üçün döyüşməyə qoymadılar, biz də...”
Bu kənddə hər şey donub
Hələlik sadə əməliyyatlardır
1 milyon adama pis xəbər
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
Cütlüyün təyyarə sərgüzəştləri təəccübləndirir-FOTO
İsrail koronavirus peyvəndi hazırlayır
Bülənt Ərsoydan Azərbaycanla bağlı paylaşım
Tatlısəs əmlakını 15 milyon dollara satışa çıxardı
Ulduz Falı
Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq
Ən kök adam 250 kq arıqladı - FOTO
Fransız dili-Dərs 7
Elman Rüstəmovdan gözlənilən ipoteka açıqlaması
ÜST rəsmisi: “Vəziyyət son dərəcə kritikdir”
Məryəm “Muhteşem yüzyıl”dan bu səbəbdən ayrılıb
Bu adam benzin içərək yaşayır
Bakı yol polisindən yeni dərs ili xəbərdarlığı
Yol Polisi sürücülərə və avtomobil sahiblərinə müraciət etdi
Kişilərin xəyanət etməsinin səbəbləri
- ŞƏRHLƏR