Rəvayətlərə görə Allahın sevimli bəndəsi olan Həzrət Baba bir gün evlərində aş bişən vaxtı bilməyib düyünü tapdayıbmış və evdən baş götürüb gedir indiki zirvəyə. 3 bacısı və anası gözləyirlər ki, qardaşları gəlsin baxırlar gəlmir iki qab aşdan doldurub gəlirlər. Həzrət babanın hüzuruna .Yolda böyük bacı ilə ikinci bacıya əyan olur ki, qardaşları onları yaxın buraxmır, geri getməklərini istəyir razı olmurlar deyə onların ikisini daşa döndərir və anasına kiçik bacısına deyir ki gəlməyin , mən düyünü tapdadım deyə bura gəlmişəm. Anası yox sən bu aşdan yeməmisən bizə nuş olmaz sənə aş gətirmişik deyir, onlar da bir az gəldikdən sonra daşa dönürlər.Mən görmədim gecə idi deyə amma deyirlər ki iki bacı və ana balanın əlində tutduqları qab belə bilinir.İndi sizlərlə səfər təsüratlarımdan demək olsun ki, yaddan çıxmayacaq bir gəzintini bölüşürəm.
Hər il avqust ayında Qubadan dəstə -dəstə yığılıb Həzrət babaya ziyarətə gedirlər.Mən də hər dəfə həsəd aparırdım ki, görəsən mən də gedə bilərəmmi bu ziyarətgaha. Nəhayət , bu arzum reallaşdı və 09.08.2011- ci il tarixdə Xızıdan Qubaya getdik.10.08.2011- ci il tarixdə saat 12- 30 da 25 nəfərdən ibarət dəstə ilə <Ya Allah> deyib Həzrət Babaya yola düşdük. 11 ilik həsrətim nəhayət ki sona çatdı.Getdiyimiz maşının üstü açıq idi. 25 nəfərin içində tanıdığım 3 nəfər var başqalarını tanımıram deyə elə uzaqdan hər kəsin hərəkətlərinə fikir verirəm amma bir az yol getdikdən sonra elə bildim ki, hamını neçə illərdi tanıyıram. Demək –gülmək getdik yolumuza. Mənim üçün ilk dəfə olduğundan heç bir səhnəni qaçırmırdım. Amma çox heyif ki fotoaparat götürməmişdim deyə şəkillərin çoxusunu çəkə bilmədim. Çəkdiyim şəkillər telefonla çəkilmişdi hamısını da çəkə bilmirdim 1 saatlıq yoldan sonra mobil telefon ilə əlaqə kəsilir , gedib düşürsən cəngərliyə.6 saat yol getdik 6 kəndi keçdik.Özümü nağıllar aləmində bilirdim, o qədər gözəllik var idi bu kəndlərdə mən bilmirdim ki, hansı tərəfə baxım.Hər kəndin içindən də keçəndə maşının dalınca uşaqlar qaçır qışqırır ki “Baba payı ver” ,İlahi uşaqların üst başlarına baxanda adam elə bilir ki, bu kənddə su yoxdu heç çimmir bu uşaqlar, çirk içində amma elə şirindilər ki.Gəldik çatdıq Təngəaltı deyilən yerə bir şəlaləsi var ki, elə orda bir koman olsun yaşaysan keçir ürəyindən. Beləcə 6 saat maşınla yol getdik və nəhayət ki, çatdıq Həzrət Babanın ətəyinə.İlahi, nə qədər insan var burda, ziyarətgaha hərə bir tərəfdən gəlib.2 saat istirahət etdik ,kim evindən nə gətiribsə onu qoydu ortaya.6 saatlıq yol gətirdiyimiz yeməkləri bir günə qoymuşdu ki, evimizdə elə halda yemək olsaydı heç yeməzdim, amma aclıqdan heç fikir vermirdim ki, bu yeməklər niyə bu günə qalıb. Saat 20:30 da 9 nəfərlə Ya Allah deyib düzəldik yola.İlahi, sıldırımlı qayalarla addım –addım tuta- tuta gedirsən ki, əgər səhvən ayağın başqa səmtə düşsə sıldırım qayadan düşə bilərsən. Mən ilk dəfə getdiyim üçün gecə məni çıxardılar , ziyarətinə hündürlükdən qorxuram deyə. Amma gərək gündüz gedəydim ki, bütün gözəlliyi həm özüm görə biləydim həm də sizlərə göstərə biləydim.
1-ci Aman evi deyilən yer var ,ora qədər getdik, bir az oturmamaq şərti ilə istirahət etdik ,üstünə getdikcə 4 yerdə çayxanalar var orda, 1 stəkan çayı( sarı suyu) 50 qəpiyə satırlar.Hündürlüyə çıxdıqca su içmək istəyirsən yanğını yatırsın deyə, amma bacar su içmə, çünki çıxmaq olmur elə su içmək istəyirsən. Qubalıların qızılgüldən hazırladığı gül suyu deyilən bir içdikləri var ,uzaq yol üçün istifadə edilir ,ondan 1 dəfə istifadə etdim çox su içən olmadığım üçün susuzluq hiss etmədim.Gecə bu ziyarətgaha çıxmaq o qədər gözəldir ki, bilmirsən çatdıq soruşursan hə az qalıb amma uzaqdan görürsən ki, barmaq nazıkliyində fanarlar yanır, özlüyümdə bura çıxacayıq düşünürdüm amma yox az qalıb deyib aldadırdılar məni ki, yol gözümə uzun görünməsin. Amma nə yalan deyim yorulmamışdım ta ki, qırxbulaq deyilən yerə çatana kimi, möcüzə 40 bulaq var hər birindən su axır suyu o qədər soyuqdur ki, əldə 2 saniyə suyu saxlamaq mümkün deyil ,hələ yuxarı çıxdıqca hava necə soyuqdur bir şaxta var ki ,üzümüzə buz vururdu.40 bulaqlardan 5 addımdan bir fasilə edirdik çünki çox dik olduğu üçün çıxmaq mümkün deyildir. Beləcə çatdıq İsmayıllı yolu ilə kəsişməyə.İlahi İsmayıllıdan nə qədər ziyarətə gələnlər var.Beləcə çayxanalarda istirahət edə edə çatdıq ziyarətgahın üstünə. Görürəm ki, nəfəsim daralıb nəfəs ala bilmirəm başa da düşmürəm ki, bu zirvə dəniz səviyyəsindən 3629 metr yüksəklikdədir orda oksigen çatışmamazlığı var.Düz 6 saat yol getmişdik üstünə çatmaq üçün . Ziyarətgahda bir nəzir qutusu qoyulub ,yol boyu daşdan evlər tikilib ,burda adətən evi olmayanlar daşlardan özləri üçün ev tikirlər.Dördkünc formada hasar çəkilib və ora ürəyində arzu tutub parça bağlayırsan. Qutunun yanında mərmər daşından baş daşı var ,başdaşının üstündə Fatihə surəsi yazılıb. Fatihə surəmi oxuyub getdim içərisinə,İlahi baxırsan ki ,buludlar səndən aşağıda görünür.Hələ hava da süd kimi ağappaq ,şükür Allahın məsləhətinə, necə möcüzələr yaradır.Avqust ayında istidən nəfəs almaq mümkün olmadığı bir vaxtda soyuqdan dişlərimiz bir-birinə dəyir üstündə. Hələ qarın orda qurd salmağı dəhşətdi .10 dəqiqə ziyarətimizi etdikdən sonra başladıq geri dönməyə. Üstündə heç bir şəkil çəkmədim. Deyirlər, Baba icazə vermir şəkil çəkməyə, mən də qorxdum günah olar mənim üçün deyə çəkmədim. Gedəndə diki çıxmaq nə qədər çətindisə ,düşəndə ondan da çətindi ,üzü aşağı sürüşkən ayağını qoyursan qayalardan parçalar ayrılıb düşür, heç səsini belə eşidə bilmirsən ki hara düşdü.Və beləcə gəldiyimiz yolla geri qayıtdıq ,4 saat yol gəldik və nəhayət çatdıq Həzrət Babanın ətəyinə. Səhər yenicənə açılmışdı. Yorgunluqdan kim özünü maşına çatdırırdısa elə yerindəcənə yatırdı.Bu mənim 11 illik həsrətim idi ki , muradıma çatmışdım. Sizə hələ bir hissəni danışdım, o qədər gözəl idi ki ,10 saat yol gedib gəlməyimə baxmayaraq yenə də ziyarətinə getməyə ürəyim gedir. Allah hər kəsin ziyarətini qəbul etsin içində də biz.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hacıqabulda qaz xəttində yanğın - YENİLƏNİB + VİDEO
"Arka Sokaklar"ın Zeynəbi evini satdı-SƏBƏB
Azərbaycanda ödəmə terminallarında bank kartlarından istifadə mümkün olacaq
90-ci illərin trend olan saç düzümləri
Tatlısəsdən duyğusal paylaşım-FOTO
Yadplanetlilərin Antarktidadakı bazası - VİDEO - FOTO
Ozan Güvən hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Olmayan intim həyat ölümcüldür
Çerkez mantısı ( foto resept)
Günün qoroskopu: Təxəyyülü işə salın!
Daha bir türk serialı başlayır
Baharı xatırladan aksesuarlar
Qadın omba əməliyyatında öldü-FOTO
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Orta məktəblər pullu olacaq? - RƏSMİ AÇIQLAMA
DiKaprio özündən 21 yaş kiçik sevgilisi ilə tətildə - FOTO
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”
Dəmirdən heykəllər
Monika Belluççi hər kəsi təəccübləndirdi-FOTO
Uşaqları maska taxmağa necə razı salmalıyıq?
Bürclər hansı aksesuarları sevər?
Diş çəkdirərkən öldü, tabutda dirildi
Ən yaxşı ağardıcı maskalar
Riyaziyyat bəyi şoka saldı
Brad Pitt hansı qadınlara aşiq olur?
Koronavirusa görə çəkilən sosial VİDEO izlənmə rekordu qırır
15 ay işlədi – 58 milyon qazandı
Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində növbəti dəfə EKMO aparatından istifadə edilib - FOTO
DİQQƏT: Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir
Ruhlar haqqında
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Məşhur aktyordan gözlənilməz addım-FOTO
Sabah qar yağacaq
Qışda artıq çəki probleminin həlli
“Nuhun gəmisi” yenidən qurulur
HAVA necə olacaq? 7 İyun
İlker Kaleli və Biran Damlanın sevgisi
Rusiya vətəndaşlığı almaq asanlaşdı
TƏBİB-dən karantinin sərtləşdirilməsinin nəticələri ilə bağlı VACİB AÇIQLAMA
"Ermənilər digər əraziləri də işğal ediblər"
Demetin evini yardılar
Mioplopita-Yunan alma piroqu (foto resept)
Koronavirusdan qorxan gözəllik yarışmasının qalibi saçlarını kəsdi - FOTO
Azərbaycanın daha bir incisi
Serenay “Yasak elma”da rol alacaq?
Evlilikdən sonra kişilər niyə belə olurlar?
Yeni standartlar: taksilər bu rəngdə olmalıdır
Ən gözəl dəvə seçildi
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Bəşəriyyəti lərzəyə salan xəstəlik yoxa çıxmaq üzrədir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]