Peyğəmbərimiz (s.ə.v) səhabələriylə birlikdəykən "Ana sevgiylə öpüb iylədiyi bu balasını atəşə atarmı heç?" deyə soruşur. Arxasından da "Heç şübhə yox ki, Allahu Təala qullarına qarşı bu anaların balasına olan şəfqətindən çox daha şəfqətli və mərhəmətlidir" buyurur.
Şübhəsiz, heç bir ana balasını dünyada atəşə atmaz; duyduğu şəfqət və mərhəmət buna mane olar. Həm də balası üçün lazım olsa özünü fəda edər. Ancaq inanan insanlar qarşılarındakı insanın axirətini düşündükləri üçün inanan ana da uşağının əvvəlcə axirətini düşünməlidir.
Allah Quranda "Ey iman edənlər, özünüzü və yaxınlarınızı atəşdən qoruyun ki, onun yanacağı insanlar və daşlardır... (Təhrim Surəsi, 6)" ayəsiylə inananlara əvvəlcə yaxınlarını axirət əzabından çəkindirmələrini buyurar.
Bu gün cəmiyyətdə bir çox ana uşağını sanki axirət atəşinə atarmış kimi davranır. Uşağına Allahı tanıtmaz, ona Allah sevgisi və Allah qorxusunu öyrətməz. "Hələ kiçikdir, irəlidə necə olsa öyrənər" deyə düşünər və Allahın qadağan etdiyi davranışlarda olmasına səs çıxarmaz. Zaman irəlilədikcə də uşaq ətrafından aldığı yüzlərlə təlqin səbəbiylə gördüyü hər şeyə vərdiş gözüylə baxar, yaradılışın dəlillərini görə bilməz. Allaha və yaratmasına qarşı laqeyd və maraqsız bir insan halına gələr.
Halbuki, uşaq doğulduğu andan etibarən öyrənmək istəyi içində davamlı ətrafını araşdırar. Uşaqlıq dövründə gördüyü və öyrəndiyi hər yeni şeydən həyəcan duyar. Bu müddətdə uşaq üçün ən əhəmiyyətli nümunələr, ana-atası və onların davranış formalarıdır. Təhsildə ilk mərhələ ailədir; uşağın ilk müəllimi də anasıdır. Ana uşağını yalnız fiziki deyil, ruhi istiqamətdən yetişdirməklə də məsuldur.
Allah inancı uşaqlara kiçik yaşlarda öyrədilməlidir. Dinin özü gözəl əxlaqdır. Allahın bəyəndiyi üstün əxlaq xüsusiyyətləri də xüsusilə uşaqlıq dövründə şəkillənməyə başlayar.
Ana uşağına əvvəlcə Allahın varlığını və böyüklüyünü, özünü Allahın yaratdığını, bütün kainatın yaradıcısının Allah olduğunu və Ondan başqa kimsənin heç bir şeyə gücü yetməyəcəyini izah etməlidir.
Uşağa təsadüflərlə heç bir şeyin əmələ gələ bilməyəcəyini çox sadə nümunələrlə izah edilə bilər. Beləcə, uşaq ətrafındakı yaradılış gerçəkləriylə bu möhtəşəm nizamın bir sahibi olduğu gerçəyinə çata bilər. Kainatı qucaqlayan möcüzəvi gözəlliklər üzərində məlumat sahibi olması, uşağın bu açıq-aşkar gerçəyi fərq etməsini təmin edəcək. Bu anlayışa sahib olan uşaqlara Quran əxlaqının və dinin izah edilməsi daha da asanlaşacaq.
Dini yeni tanıyacaq uşaqlar prioritetli olaraq Allaha və axirət gününə iman mövzusunda şüurlandırılmalıdır. Allahın hər şeyi gördüyü, bildiyi, eşitdiyi, sahib olduğu hər şey üçün ONA şükr etməsi lazım olduğu, bir gün Allahın hüzuruna gedəcəyi və dünyadakı bütün davranışları üçün hesab verəcəyi öyrədilməlidir.
Şübhəsiz, bütün bu hazırlıqlar dua mahiyyətində edilər. Ürəyə hidayəti verəcək olan yalnız Allahdır. Ancaq ana və ata əxlaq, şəxsiyyət və xarakter xüsusiyyətləriylə yaxşı bir nümunə olarlar…
Bu gün çox analar oruc tuta biləcək yaş və vəziyyətdəki uşağının öz ağlı ilə "aclığa dözə bilməyəcəyi" düşüncəsiylə oruc tutmasına icazə verməz. Ya da özü səhər namazına qalxdığı halda uşağını "qıya bilmədiyi üçün" namaza qaldırmaz. Bu, səhv bir mərhəmət anlayışıdır; rəhmani deyil, şeytani bir mərhəmətdir.
Mərhəmət anlayışı Quran hökmləriylə ziddiyyət təşkil edirsə, o, şeytani bir mərhəmətdir. İnsan meyar olaraq Quranı deyil, duyğularını əsas götürürsə, şəfqət, mərhəmət və ağrıma duyğuları da Quran xarici və azğın bir şəkildə istiqamətlənər.
Bir ananın uşağına edəcəyi ən böyük yaxşılıq ona bütün gücün Allaha aid olduğunu hiss etdirmək və ONU dost kimi əldə etməsini təmin etməkdir. Əgər uşaq inanclı və təvəkküllü yetişdirilsə, xarakteri möhkəm olar. Amma tək güc sahibinin Allah olduğunu bilmirsə, həyatı boyu tərəfindən insanlardan qorxacaq, insanları məmnun etməyə çalışacaq, onlardan kömək gözləyəcək.
Uşaq imanlı yetişdirildiyində bu, onun bütün həyatını xoşbəxt və hüzur içində yaşamasına vəsilə olacaq. Bu şəkildə yetişdirilən bir uşaq, yaşı nə qədər kiçik olursa-olsun, yetkin bir ağla və əxlaqa sahib olar. Yaşadığı hadisələr qarşısında duyğu tələsinə düşməz; hadisələrin Allahın idarəsində olduğunu bildiyi üçün xoşuna gəlməyən bir şeylə qarşılaşdığında şikayətlənməz, təvəkkül edər, gözəl əxlaq sərgiləyər.
Unutmayaq, dinimiz bir uşağın anlayacağı qədər açıq və asandır. Buna görə uşaqlara Quranı oxumaq, ayələri onlara açıqlamaq, Allahın bəyəndiyi gözəl əxlaqı tanıtmaq lazımdır.
Din ruhun qidasıdır; uşağın sağlam və xoşbəxt olmasını təmin edən ruhi bir dərmandır. Uşağı Allahdan və imandan uzaq yetişdirmək, onu dünyada davamlı olaraq zərərə uğradacağı kimi, daha da əhəmiyyətlisi axirətini və sonsuz cənnəti itirməsinə səbəb olacaq.
XƏBƏR LENTİ
Kosmosdan gələn siqnalları kim göndərir? - Alim rəyi
“İndiana Cons” qayıdır: Harrison Ford yenə baş qəhrəman olacaq
Rusiyada avqustda qar yağdı
Məktəb nizam-intizamına fərqli və müsbət bir yanaşma.
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Nevroloqlardan kişilərə bəd xəbər
Duyğu xarici qavramalar
Bakıda yağış yağacaq
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Kapitalizmin cılızlaşdırdığı insan şəxsiyyəti
"Beşiktaş"ın ulduzu "Milan"a keçəcək?
Meqan Marklın adı NARKOTİK qalmaqalında hallandı-FOTO
Azərbaycanda eşitməyən qalmayacaq
Məktəblər qeyri-adekvatlar yetişdirir?
Azərbaycanda valideynlərə müraciət: "Onları almayın!"
Yanar tonqal tortu(foto resept)
Limonlu keks (foto resept)
Ağız içi yaraları, səbəbləri və müalicə üsulları
Eroziya
Günümüzü əks etdirən rəsmlər
Məşhurların inanılmaz oxşarlığı
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Hazal Kaya bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
"WhatsApp"dan tələ mesajları
Dəbli toy donları
Laboratoriyanın səhvinə görə 19 futbolçu koronavirusa yoluxdu
Bakı metrosunda qadın işçilər ixtisar edilir? - RƏSMİ AÇIQLAMA
Kirayə mənzillərin qiyməti necə dəyişib? - ARAŞDIRMA
Cəbhədə gərgin gecə
Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi
Evlənəciyiniz insandan bunu soruşmalısınız
Dünya liderlərinin ən sevimli içki və təamları
Təqaüdçülərə ŞAD XƏBƏR
Böyük zəfərin 100 illiyidir
Füzuli rayonunda minaya düşmüş şəxslərin ölümlərindən əvvəl çəkdikləri son VİDEO
Azərbaycanda bu məhsullar bahalaşacaq?
Hava haqqında
Baş nazirdən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dekabrda neçə gün dincələcəyik?
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Heyva çəyirdəyi maskası
Prezidentin köməkçisindən təqdirəlayiq addım - VİDEO
Azərbaycanda VİP yas mərasimləri
Türkiyədə YouTube qadağası ləğv edildi
Uşağınız məktəbdə bu xəstəliyə yoluxa bilər
3 yaşlı qız geyimilə hamını heyran edib
Ölüm gətirən zəhər, yoxsa həyat verən cövhər?
Avtomobili öz adına necə sənədləşdirməli?
Maraqlı mətbəx əşyaları
Ən maraqlı "Şaxta baba" tortları
- ŞƏRHLƏR