Xurafat dində olmayan, lakin din kimi göstərilən batil hökmlərə deyilir. Bu batil hökmlər dini çətinləşdirərək insanların Allahın yolundan uzaqlaşmasına, hətta nifrət etməsinə gətirib çıxarır. İslam dininə də sonradan bir çox xurafatlar daxil edilmişdir. Təəssüflər olsun ki, bu xurafatlar müsəlmanlara çox zərər vurmuş və hələ də vurmağa davam edir. Halbuki, İslam dini asanlıq dinidir. Rəbbimiz Ona yönəlməyimiz üçün dini bizim üçün asanlaşdırmışdır. Lakin bədxah şəxslər İslamı bilərək təhrif edir, özlərindən çıxardığı uydurma hökmlərlə insanları dindən uzaqlaşdırırlar. Onlar Allahın halal buyurduqlarını haram, haram buyurduqlarını da halal edərək dini əslindən uzaqlaşdırmağa çalışır və öz azğın inanclarından ibarət batil din ortaya çıxarırlar. Bu gün insanların əksəriyyəti İslam zənn etdikləri həmin batil dinə sitayiş edirlər. Qurandakı ayələrdən və Peyğəmbərimizin həyatından xəbəri olmayan insanlar batil dinə sitayiş etdiklərini anlamır, bu şəxslərin təlqinlərinə aldanır və şüursuzca onların arxasınca gedirlər. Belə ki, Allah adına hökm qoyanlar özləri ilə birlikdə başqalarını da günaha və üsyana sürükləyirlər. Onlar gətirdikləri saxta hökmləri Allah adına çıxmaqla həm də Allah qarşı böyük böhtan atırlar.
Allah ifrata varmamaq şərtilə, gözəl paltarlar geyməyi, gözəl ətirlər vurmağı, gülməyi və s. insanlara halal etmişdir. Bunlar bizim zövq alıb Allaha şükrümüzü artırmaq üçün çox gözəl nemətlərdir. Əgər bu nemətlər haram olsaydı, Allah zina etmək, günahsız yerə adam öldürmək, qumar oynamaq, içki içmək, yalan danışmaq və s. kimi haram edilmiş hərəkətləri qəti və konkret şəkildə izah etdiyi kimi bunları da izah edərdi. Rəbbimiz bizə, dolayı yolla Öz vacib sözünü çatdırmaz. Quranda halal kimi göstərənləri haram etmək, haram kimi göstərənləri də halal etməklə həddi aşan bu insanlara qarşı Allah səmimi müsəlmanları xəbərdar etmişdir:
"Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir". (Maidə surəsi, 87)
Başqa bir quran ayəsində isə Allah xurafatçılara belə müraciət edir:
"Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? Heç düşünürsünüz? Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!" (Saffat surəsi, 154-157)
Bu ayələrdən göründüyü kimi, Allah xurafatçıları kəskin şəkildə qınayır və onlardan uydurduqları yalanlara dəlil gətirmələrini istəyir. Ancaq əlbəttə ki, bu mümkün deyil. Çünki tək hökm qoyan Allahdır. Allahın hökmləri isə çox açıq və aydın şəkildə Qurani Kərim kitabı vasitəsilə bizə bildirilmişdir. Bütün halallar və haramlar, ümumiyyətlə öyrənmək istədiyimiz hər şey ətraflı şəkildə burada izah olunmuşdur. Peyğəmbərimizin sünnəsi də İslamı öyrənmək üçün bizə çox gözəl nümunədir. Quranla üst-üstə düşən səhih hədisləri araşdıranda əsl İslam modeli qarşımıza çıxır. Bu Allahın biz müsəlmanlara verdiyi ən böyük asanlıq və rəhmətdir.
Peyğəmbərimiz də bizə bir hədisində quranın vacibliyini xatırlatmışdır: "Sizə iki şeyi miras qoyuram. Quranı və əhli-beyti". Lakin insanlar buna etinasız yanaşırlar. Xurafatçı fikirlərə daha çox meyil edirlər.
Allah quranda "Ələq" surəsində "Oxu" - deyə əmr edir qullarına. Quranı ələ alıb oxumaq var ikən, onu evin hündür yerindən asmaq, Quranı "Biz oxumayaq, onsuz da başa düşməyəcəyik, mollalar, dindarlar bilər ancaq" kimi düşünmək necə də gülüncdür. Həm də həmin insanlar üçün çox böyük itkidir. Onlar bu cahillikləri ilə Allahın rəhmətini, rizasını itirirlər. Quranla çəkdiyim bu örnək sadəcə bir nümunədir. İslamda daha nələr xurafatlar vardır ki, bu xurafatlar insanların beyinlərini, qəlblərini, düşüncələrini, niyyətlərini kirlədir. Mən də bu yazım ilə insanları xurafat kirindən təmizlənməyə dəvət edirəm. Əslində bu mənim dəvətim deyil. Allahın insanlara dəvətidir. Allah bunun üçün bizə hər şeyi mükəmməl izah edən Qurani Kərimi göndərib. Quran insanları mənəvi kirlərdən təmizləyən gözəl qoxulu sabun kimidir, büllur su kimidir. İnsan üstünə tökdükcə tərtəmiz olur, paklaşır. Quranın işığı xurafatla kirlənən zehinləri təmizləyib par-par edən nurani sudur. Bu sudan faydalanmaq lazımdır, nəinki xurafat çirkabından!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ilk sərnişin dronu
Süd sudan ucuzdur
Çinin nağıllar aləmi
Lobyalı soğanlı salat (foto resept)
Son zamanların ən populyar oyuncağı - Stress çarxı
"Elmin ekologiyası" Adlı Seminar Keçirildi!-FOTO
Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir - FOTO
Leyla Əliyevadan növbəti xeyirxah addım - FOTO
ETİRAFLAR:"Kimdən əskiyəm?!"
Teymur Rəcəbov: "Dünya Kubokunda zəif rəqib yoxdur"
İnsanın öləcəyi tarixi qol saatları göstərəcək
Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı
Yayın "qış" xəstəlikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
100 milyon illik yırtıcı tarakan tapıldı
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
Hollivud ulduzu həbs olundu-SƏBƏB
Həcc ziyarəti ilə bağlı xəbərdarlıq - 6 ayadək həbs cəzası gözlənilir
Kişilər niyə xəyanət edirlər?
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Azərbaycanda yanacağın qiyməti yenidən qalxacaq?
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Qurban Bayramınız Mübarək!
Beş ayda 11 mindən çox insan iş tapıb
Evdə toz hissəcikləri və allergiyadan qorunma üsulları
Qulaq ağrısı necə keçər?
Ajda Pekkan 46 illik FOTO paylaşdı
Günün ulduz falı
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
"Ken" 600 min dollar müqabilində "Barbie" oldu- FOTO
Maqnit qasırğası dörd gün davam edəcək
- Akula... - Ay can?!..
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Türk aktrisaları içində birinci oldu-FOTO
Biznesmen gecikən işçiləri yarıçılpaq vəziyyətdə qaçırtdı-FOTO
Nazirlər Kabinetindən icbari sığorta ilə bağlı QƏRAR
Universal mütəxəssislik
Bu günün hava praqnozu
Noyabr ayının qeyri-iş günləri məlum oldu
I siniflərə şagirdlərin qəbulu başlayır
Çiyələk görünüşlü sadə salat (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Bakıda ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Parada hazırlıqla əlaqədar bu yollar bağlanacaq
Payız tətili başladı
Ayaqlara zərər verən yaz ayaqqabıları
Şəngülüm, Şüngülüm, Məngülüm
- ŞƏRHLƏR