6.
Əl-Ənamİbn Abbas rəvayət etmişdir ki, kim hər gecə “Ənam” surəsini oxusa qiyamət günü amanda qalanlardan olar və od üzü görməz.
"Mal-qara" surəsi, 165 ayə, Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar.
2. Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz.
3. O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir.
4. Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər.
5. Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır.
6. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və evlərinin altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.
7. Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"- deyərdilər.
8. Onlar: "Nə üçün ona mələk endirilməyib?"– dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi.
9. Əgər biz onu mələk etsəydik, əlbəttə, onu kişi edərdik və onları bir daha düşdükləri şübhəyə salardıq.
10. Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri, məsxərəyə qoyduqları şey hər tərəfdən bürüdü.
11. De: "Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu".
12. De: "Göylərdə və yerdə olanlar kimə məxsusdur?" De: "Allaha məxsusdur!" Allah Özünə rəhmli olmağı yazmışdır. Gələcəyinə şübhə edilməyən Qiyamət gününə sizi O toplayacaqdır. Özlərini ziyana uğradanlar iman gətirməzlər.
13. Gecə və gündüzdə sükunət içində olanların hamısı Ona məxsusdur. O, Eşidəndir, Biləndir.
14. De: "Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, hamını yedirir, Özünü isə heç kəs yedirmir". De: "Mənə Allaha təslim olanların birincisi olmaq əmr edildi". Odur ki, sən müşriklərdən olma.
15. De: "Əzəmətli günün əzabından qorxduğum üçün Rəbbimə asi olmaram".
16. O gün kim bu əzabdan qurtularsa, Allah ona rəhm etmişdir. Bu, açıq-aydın uğurdur.
17. Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, heç kəs Ona mane ola bilməz. O, hər şeyə qadirdir.
XƏBƏR LENTİ
"Madmuazel" salatı (foto resept)
Günün qoroskopu: süst, astagəl olmayın
3 günə sürətli arıqladan pəhriz
Toyuq ətli salat (foto resept)
Ayaqqabıdakı qoxunu necə yox etməli?
Azərbaycanlı iştirakçı “O Səs Türkiyə”ni gözəlliyi ilə FƏTH ETDİ - VİDEO
Sarkisyanın savaş qorxusu
Pensiyanın bir növündən başqa növünə keçmək mümkün olacaq
Qeyri-adi dizayna sahib əşyalar
Soyuducular
Sabahın HAVAsı
Məşhur aparıcı həbs olundu-FOTO
Azərbaycan mediasında ədəbi dilin vəziyyəti necədir?
Hava haqqında
Bu şəkil üçün 179,4 milyon $ saydılar
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Nar salatı (foto resept)
Xoşbəxtliyin ayaq səsi
Mümkünsüzü mümkün etdi-FOTO
Bürclər hansı aksesuarları sevər?
Yalançı tiramisu (foto-resept)
45 kq-lıq balqabaq yetişdirdi-FOTO
Zamanı az olan analara idman hərəkətləri
Azərbaycanda bu şəxslərə güzəştli sosial ipoteka kreditləri veriləcək
Ən gözəl 3 heykəltəraşlıq nümunəsi
Monika Belluçi sevgilisindən ayrıldı-SƏBƏB
Zidanın yeni iş yeri
Qədim Misirdə istifadə olunan gözəllik üsulları
Qaxda hind narı yetişdirilib - VİDEO
Valideynlər hər həftə 100 manat cərimələnəcək
Dünya alimlərinin böyük səhvi: Heç demə, korona bu temperaturda...
1170 məcburi köçkün ailəsi yeni yaşayış məhəlləsinə köçürülür
Əlildirlər, ancaq həyatdan küsməyiblər
Qarnımdakı piylər ərimir deyənlərin yol verdiyi səhvlər
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
Xanımların nəzərinə: dişlərinizə diqqət edin
Güləşçilərin öz dünyası olacaq
Meyvəli dondurma
Dolların bahalaşacağı gözlənilir
Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq
Gələn ay 6 gün İŞ OLMAYACAQ
Lazer epilasiyasından əvvəl bilməli olduqlarınız
Dünyanın ən gözəl yerləri
Göz və dodaq rənginin dəyişdirilməsi (Dərs-12)
Avropanın ən güclü ölkəsi islamı qəbul edir
Məşhur aktrisanın vəziyyəti daha da pisləşdi-FOTO
22 kq kökələn aktrisa tanınmaz halda - FOTO
Azərbaycan apteklərində özbaşınalıqlar
Hadise ən böyük arzusunu reallaşdırdı-FOTO
Rusiya səfirliyi Ermənistanın növbəti yalanını ifşa etdi
- ŞƏRHLƏR