Afət
Düzdür, analar təkcə ilk deyil, sonrakı övladlarını da dünyaya gətirəndə həyəcan keçirdirlər. Amma ilk övladın həyəcanı bir başqadır. Mənim də iki övladım var. İlkim, oğlumdur - Şahinim. Onun dünyaya gələcəyini öyrənəndə təbii ki, çox sevinirdim. Eyni zamanda içimdə qarmaqarışıq hisslər vardı - sevinc, həyəcan, qorxu. Onun gəlişinə sevinirdim, dünyaya göz açacağı anı həyəcanla gözləyirdim, eyni zamanda ona nəsə olacağından çox qorxurdum. Uşağa qulluq haqqında məqalələr oxuyur, gələcəkdə ona necə qulluq edəcəyimi, necə çimizdirəcəyimi gözlərimin önünə gətirirdim. Şükür, balam sağ-salamat dünyaya gəldi, özü ağappaq, gözləri masmavi idi. İlk dəfə qucağıma alanda balaca, yumru gözlərini açıb üzümə baxdı, o zaman bütün dünyalar mənim idi. Qoxusunu içimə çəkdim, elə gözəl qoxurdu ki... Dünyada heç bir ətir körpə qoxusunu əvəz edə bilməz. İkinci hamiləliyimdə də bir başqa həyəcanlı idim, çünki qızım olacaqdı. Həmişə arzulayırdım ki, qızım olsun. Şükür, Allah dualarımı qəbul etmişdi. Qızımda qaynanam məndən çox həyəcan keçirirdi desəm, yalan olmaz. Çünki özünün qızı olmadığı kimi, o biri nəvələri də oğlan idi. Ona görə də qız nəvəsinin olacağını eşidəndə bəlkə də məndən çox sevinmişdi. Qızım dünyaya gələndə ona öz anasının adını verdi. Allah bütün həsrətində olan qadınlara bu hissi yaşamağı nəsib etsin. Amin.
Almaz S.
Sizə təşəkkür edirəm,mənə də xəbərinizdə yer ayırdığınız üçün.İlk körpə həyacanını mən də yaşamışam.Günlərin bir günündə Günəş bir körpə qızın timsalında evimizə gəldi,mən onu çox sevdim və heç yerə getməyə qoymadım.O balaca qız evimizi işıqla doldurdu.Hərdən evdə olmayanda və yaxud məktəbə gedəndə ,ev qaranlıq olur,özümə yer tapmıram.Yanımızda olanda isə yolumuza işıq salır, mənim günəşin bir zərrəsini özündə daşıyan Şəmsim.İlk dəfə onu görəndə etiraf edirəm ki,uzun-uzadı ona tamaşa edirdim.Xırdaca əlləri,üzü mənə bir nağıl kimi gəlirdi.Çox yaza bilərəm.. Uzun olacaq,bəsdi.Saytımızdakı bütün xanımlara bu sevinci yaşamağı arzu edirəm.
Ro-Xe-Sa
İlk körpə həyəcanını yaşamaq həm həyəcanlı, həm qürur doğuran, həm də məsuliyyətli bir andır.
Mənim hamiləliyim çox çətin keçib, 9 ayın doqquzunda da mən dərman içib , iynə vurdurmuşam. Bəlkə də heç kəsdə bu dərəcədə toksikoz olmayıb, həkimim də məəttəl qalmışdı, deyirdi ki, 26 illik təcrübəmdə sənin kimi hamiləyə birinici dəfədir rast gəlirəm. Heç nə yeyə bilmirdim, bir turş dovğa, bir də nanəli diş pastası yeyirdim. Həmişə də fikirləşirdim ki, mənim doğuracağım uşaq necə olacaq, bu qədər iynə ,dərman qəbul edirəm? Nəhayət ki, həmin an gəlib çatdı ağrılarımı yadımdan çıxardıb tez uşağa baxdım ki, necə uşaqdı. Baxandan sonra Allaha min şükür hər şey yaxşıdır dedim. Ailəmizdə (Atamgildə) ilk nəvə dünyaya gəlmişdi, hamı sevinirdi. Mənə uşağı elə həmin gün veriblər, elə yavaşca iyləyib öpmüşdüm ki, birdən harası isə inciyər, ya əzilər deyə. Mənə elə hey maraqlı idi ki, bircə bunun əllərinə,ayaqlarına baxa biləydim, görəsən necədir, çox balacadırmı? Maraq icində də xəstəxanadan çıxdım , bir də evdə açıb dəyişəndə hər yerinə baxmışdım ki, ay Allah necə balaca barmaqları var uşağın. 2-3 aylıq olana kimi mən çimizdirə bilməmişəm oğlumu qorxumdan. Evdəkilər köməklik ediblər. Bunları yazdıqca, o günümü bir daha xatırlatdın mənə Selena xanım. Uşağı palataya gətirib familiyamı deyəndə elə qürur duyurdum ki, onu bir Allah bilir. İndi MaşAllah böyük oğlandı, 2 -ci kurs tələbəsidir. 3 dəfə yaşamışam bu qorxulu və gözəl anı. Allah arzusunda olanlara qismət etsin, bütün qadınlarımıza yaşatsın bu anı.Amin!.
Buket
İlk dəfə ana olacağımı biləndə sevincimdən yerə-göyə sığmırdım. Sonra zaman irəlilədikcə sevinc öz yerini həyəcana vermişdi. Fikrim-zikrim bircə sağ-salamat övladıma qovuşmaq idi. Onunla görüşəcəyim gün mənə bəlli olduğundan, həmin günə xüsusi hazırlaşmışdım. Allahın köməkliyi ilə həmin gün çatmışdı. Səhər sübh namazı vaxtı övladım dünyaya gəldi. Onu qucağıma alanda sanki mənə ikinci nəfəs gəlmişdi. Onu həddindən artıq çox sevirəm. Allahdan əməlisaleh, sağlam və xoşbəxt böyüməsini diləyirəm.
Sonay Quluzade
Allah razı olsun.Oğlum 2005-ci il noyabrın 9-da anadan olub. Günorta yüngül bir sancı hiss elədim. Yoldaşım işdən gəldi. Həkimə getdik. Məndə əvvəldən sağrı gəlişi idi, həkim demişdi ki, son anda da dəyişə bilər. Amma mənim oğlum elə əvvəldən tərsiymiş. Dəyişmədi, nəticə olaraq əməliyyat olundum. Amma əməliyyat otağının divarı kafel idi deyə, baxanda hər şeyi görürdüm. Elə dedilər ki, oğlun oldu. Bunu eşitdim, sonra bir də gecə oyandım. Səhəri gətirdilər şirin balamı. Heç qucağıma da götürə bilmədim, o vaxta qədər heç uşaq saxlamamışdım bir dəqiqə olsun belə. Bapbalaca dodaqlarından öpdüm, elə gözəliydi ki. Həm də ətri. Bəh-bəh. Ondan gözəl ətir ola bilməzdi. Yoldaşımla birləşib saxladıq.
5 il sonra qızım. Əvvəli çox əziyyətli olurdu. Bəzənib-düzənib evdən çıxmaq istəyirdim ki, yarımçıq vanna otağına qaçırdım. Əl-üzümü yuyub, olan-qalanımı silib işə gedirdim. Eyni qayda ilə qızım doğuldu. Həkim dedi ki, ay qızım, bu uşaqlar səndən nə istəyir? Yenə əməliyyat olundum. Bu dəfə tam ayıq idim. Tibb bacısı "necə də anasına oxşayır"- deyəndə nə hisslər keçirdimsə, onu bir olan Allah bilir. Onu həmin gün gətirdilər. Elə gözəliydi ki, heç deməzdin ki, yeni doğulmuş körpədi (bəlkə də mənə elə gəlirdi ,axı öz balamıydı). Allah onları bizə çox görməsin. xeyirli övlad olsunlar İnşəAllah. Arzusunda olan ailələrə körpə sevinci, körpə həyəcanı yaşatsın. Amin.
Elnarə
Ailə qurandan sonra demək olar ki, hər gün yuxumda gah hamiləliyimi, gah da artıq ana olduğumu görürdüm. Allahın işinə bax, həmişə də əkiz, üçəm, dördəm görürdüm. Altı aydan sonra hamilə olduğumu öyrəndim. Sevincimin həddi-hüdudu yox idi. Körpəmi qucağıma alacağım günü düşündükcə, vaxtın tez keçməsini istəyirdim. Dörd ayımın tamamında həkimim məni ultrasəs müayinəyə göndərdi. Müayinə edən həkimin " Xanım, əkiz uşağınız var" deməsi məni şoka saldı sanki.Yuxularım gözümün önünə gəldi. Demək ki, yuxular düz çıxır.Yuxular insana gələcəyi xəbər verə bilirmiş. Həkimin ağzının tərpəndiyini görür, nəsə dediyini hiss edirdim, amma eşitmirdim. Bir müddət sonra özümə gəldim.Həkimdən nə dediyini soruşanda "səninlə deyiləm, onunlayam" deyərək həkimin dediklərini sənədləşdirən xanımı göstərdi. Nə qədər sevinirdim! Mən Allahdan bir istədim, O iki verdi. Körpələrimi ilk qucağıma aldığımda isə uçqunurdum. Çox balaca idilər. Axı 8 ayın tamamına azca qalmış gəlmişdilər dünyaya. Bir tərəfdən onları qucağımda gördüyümə sevinir, bir tərəfdən də vaxtından öncə doğulduqları üçün həyəcan keçirirdim. Şükür Allaha, böyük problemləri yox idi. Əsas olan da budur. Allah hər kəsə övlad nəsib etsin. Allah hər kəsi arzusuna çatdırsın! Amin!
Dj musi
Mən 2006 -cı ildə ailə qurdum. 19 yaşım var idi. Ailənin bəlkə də nə olduğunu o dərəcədə bilmirdim.. Amma 04.12.2007- ci il qış günü qarlı havada oğlum dünyaya gəldi və o zaman həyatın gözəl olduğunu anladım. Onunla həyata gülümsəməyi öyrəndim. Günlər, aylar, illər keçdi. Oğlum 2 yaş 6 aylıq olanda 28.05.2010 tarixində, yəni gözəl Respublika günündə Betul qızım dünyaya gəldi. Artıq onlar mənim hər şeyimdirlər. Hərdən fikirləşəndə, zamanın necə keçdiyini də anlamıram. Allah hamıya, bütün ailələrə uşaq qismət etsin. Amin!
AZS
Salam. İlk növbədə mənə də xəbərinizdə yer ayırdığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Mən 2008-ci ilin noyabrında ailə həyatı qurmuşam. 2009-cu ilin aprelin 1-də hamilə olduğumu öyrəndim,sevincdən içim-içimə sığmırdı. Yoldaşıma deyəndə isə inanmadı, 1 aprel zarafatı etdiyimi düşündü. Hamiləliyim çox pis keçdi, amma oğlumu qucağıma aldığım gün keçirdiyim bütün narahatlıqların hamısı hafizəmdən silindi, sanki yuxudaydım. Onun mənim olduğuna inana bilmirdim. Analıq hissini sözlərlə ifadə etmək mümkün deyil, yalnız yaşamaq lazımdır. Ana olduqdan sonra dünyaya, sanki başqa bir gözlə baxırsan. Bu ayın axırı oğlumun 3 yaşı tamam olacaq. Artıq 1 aydır ki, 2- ci dəfə ana olmuşam və 2- ci oğlumu qucağıma aldım. Allah onları mənə çox görməsin ve bütün arzusunda olanlara ana olmağı nəsib etsin. Amin!
Utopya
Hər zaman deyirdim ki, mən anamı anlayıram. Onun nələr çəkdiyini başa düşürəm. Ancaq oğlum dünyaya gəldiyi gün anladım ki, mən hec nə bilmirəmmiş. Hər zaman deyirdilər inanmırdım. Insan əslində öz övladı olanda anlayır ki, ana nə əziyyət çəkib.
Balamla birlikdə yenidən doğuldum mən. Spinal keyitmə ilə əməliyyat edəcəkdilər. Ancaq keyimədi bədənim. Onun həyacani yıxdı, sürüdu məni. Ən çox qorxduğum şey ümumi anestiziya idi. Qorxsam da məcbur qaldım onunla razılaşdım. Həmin anda öldüyümü düşündüm. İlk dəfə namaz qılmadığım üçün bu qədər peşman oldum. Elə bildim ölmüşəm və buludların üstündan doğmalarıma baxıram. Yarım qalmış işlərimə heyfislənirəm. Axı mən bu dünyada Allah qarşısında lazım olan borcumu vermədən, "niyə ölürəm ?"kimi duyğular keçdi 20 dəqiqəlik yuxu əsnasında. Oğlum bu dünyaya gəlişi ilə ən böyük dərsi verdi mənə.İlk dəfə o doğulanda ölməkdən bu qədər qorxdum. Onun üçün yaşayıram sanki. O, mənə itirməyin nə qədər qorxulu olduğunu öyrətdi.
Onu həkim qucağıma ilk dəfə verəndə ilk ağlımdan keçən söz “mən bunsuz necə yaşamışam indiyə kimi?” oldu. Inana bilmirdim bu uşaq qarnımdan çıxıb. Necə yumrulanıb dururdu orada, düşünürdüm. İlk dəfə ona süd verəndə isə dünyalar mənim oldu. Məncə həyatda ondan gözəl ikinci bir duyğu yoxdu. Qollarında səndən bir parça, məsum, qayğıya möhtac bir körpə. Qidalanması üçün sənin köməyinə ehtiyacı var, sənin qucağında süd əmir. Bütünləşirsən balanla. Qoxusu çökür üstünə. Otaqdan ,paltardan onun özünə məxsus qoxusuyla yaşamağa başlayırsan. Dillə söylənməyəcək qədər gözəl duyğudu.
Mən oğlumun dünyaya gəlişi lə anamın çəkdiyi əziyyəti, Allah qarşısında yarım qalan borclarımın vaxtında ödənməyini, itirmək qorxusunu, süd verməyin nə qədər gözəl olduğunu və həyatda övlad üçün ölmək yox ,daim yaşamaq, var olmaq və onunla birlikdə yenidən doğulub, inkişaf etmək lazim gəldiyini öyrəndim.
Nuray
Mən ilk dəfə 17 yaşında ana olmuşam. Yoldaşımın da 18 yaşı var idi. Məni sevib alıb. Mən hamiləlikdə övladımın cinsiyətini bilmirdim. Neçə dəfə ultrasəs müayinə elətdirmişdimsə də görünmürdü. Çox həyacanla gözləyirdim nə olacaq. O gün gəlib çatdı gecə saat 5 idi məni apardılar xəstəxanaya. Günorta saat 1-də övladım dünyaya gəldi. Dünyaya gəldikdən sonra bildim ki, toppuş bir dənə oğlum oldu. 4 kq idi. O an çox həyacanlı idim. Elə həmin gün mənə verdilər. Gözləri parıldayırdi və mənə baxırdı. Yoldaşım xəstəxananın həyətində səbirsizliklə gözləyirdi. Eşidən kimi oyuncaq it və bir qutu rafaello alıb mənim yanıma göndərdi. Özü də dözə bilməyib yuxarı cıxdı, oğlunu görüb yenə həyətə düşdü. Həmin günü axşamüstü məni evə apardılar. 4 ildən sonra bu hissləri yenidən yaşadım. Gözəl qızım Fatiməm oldu. Oğlumun 7, qızımın isə 3 yaşı var. Allah olmayanlara da qismət eləsin bu anları. Allah heç bir gəlinin dilini, qısa eləməsin uşağa görə. Mənim deyəcəklərim bu qədər.
Ayka
Sevdiyim, seçdiyim biri ilə evləndim ve evliliyimdən 1 il keçmişdi ki, şad xəbər bizi sevincə boğdu. Artıq mən dekabr ayının 15-i hamilə olduğumu öyrəndim. Hamı çox sevinirdi ,çünki mən tərəfdən birinci nəvə həyacanını yaşayırdıq. Şükür Rəbbimə hər şey çox yaxşı geçirdi. 5 ayı tamam olmuşdu 6- ya gecmişdi ki, balamın nəhayət ilk hərəkətini hiss etdim. O anda elə bil ki, dünyalar mənim oldu. Ağladım, çünki inanmırdım içimdə canlı bir varlıq böyüdürəm və 8-ci ayın iyunun 25-i həkimə yoxlanışa getdim. Həkim dedi ki, hələ iyulun 15-nə kimi çəkəcək. Mən də təbii ki, çox səbirsiz idim. Amma nədənsə heç qorxmurdum. Hətta ağlıma gətirmirdim ki, doğuş necə olur. Iyulun 4-ü gecə yuxumda gördüm ki, ağ xalatlı bir həkim qucağıma uşaq qoyur qızmı, oğlanmı bılmırdım. Eyni gün təkrar bu yuxunu gördüm və ayıldım. Gördüm ki, çox həyəcanlıyam. Heç bir ağrım, sızım yox idi...Səhər saat 12 idi xəstəxanaya getdik.Yoxlanışdan keçdim və həkim dedi ki, bir az gözləmək lazımdır. İynə ,dərman, məndə də heç sancı yoxdu. Hər şey rahat oldu. Saat 5:00-da balamın ağlamağını eşitdim. Gördüm ki, dünyalar gözəli qızım oldu. Düzdü 1 həftə balamı az-az görürdüm çünki mən reanimasiyada idim. Xəstəxanadan çıxanda çox sevindim. Qızımın adını atası qoydu Sevgi. Sevgi balam mənə uğur gətirdi. Hər şeyimizdi o, bizim. Tanrım onu həmişə qorusun. Mələkdi mənim balam .Anamla köməkli böyütdük onu. İndi isə qızım 2 yaş 4 aylıqdir. Həm şirin, həm də çox dəcəldir. Şirinimdir o, mənim. Tanrım olmayanlara versin İnşAllah. Hər şey çətin olsa da şirin qızıma dəyər. Allah onu məndən heç vaxt ayırmasın amin! Selena xanım sizə də təşəkkürümü bildirirəm. Çox sağ olun ki, mənə də bu xəbərdə yer verdiniz. Məndə öz sevincimi sizlərlə bölüşdüm. Allah sizi qorusun. Hamıya bu sevinci yaşamağı arzu edirəm!
ALLAH bütün xanımlara bu gözəl və həyacanlı anları yaşatsın.
Mələk kimi təmiz olan körpələr analı, atalı və xoşbəxt böyüsünlər. Amin!
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR