Beynəlxalq bayramlar və tarixi günlər
1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü
Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdir.İyunun 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək də bu zərurətdən doğmuşdur.Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır.Həmin günün qeyd olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu il ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur.Uşaqların Benəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ilin 1 iyununda qeyd olunmuşdur.BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdir.
BMT-nin “Uşaq hüquqlar haqqında Konvensiya” adlı sənədi uşaqların hansı dövlətdə yaşamasından asılı olmayaraq, onların hüquqlarını tam əhatə edir.Respublikamız bu Konvensiyanı 1992-ci ildə ratifikasiya edib.Bu sahədə əsas milli sənəd olan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur.Hər il iyunun 1-i ölkəmizdə də Uşaqların Beynəlxalq Müdafiə Günü kimi geniş qeyd olunur.
5 İyun-Ətraf Mühitin Mühafizəsi Günü
Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq cəmiyyətin hər bir üzvünün mənəvi borcudur.Bunu nəzərə alan BMT Baş Məclisi 1972-ci il dekabrın 15-də iyunun 5-ni Ətraf Mühitn Mühafizəsi Günü elan etmişdir.Bu qərarda məqsəd ictimaiyyətin diqqətini ətraf mühiti qorumaq və yaxşılaşdırmaq sahəsində təxirə salınmaz tədbirlərin keçirilməsinə yönəltməkdir.Həmin günün seçilməsi onunla əlaqədardır ki, 1972-ci il iyunun 5-də Stokholmda BMT-nin Ətraf mühitin mühafizəsi haqqında Proqram qəbul edilmişdi.
Ətraf mühitn mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslar ı “Ətraf mühitin mühafizəsi haqqında” 1999-cu il 8 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edir.
26 İyun-Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü
Narkomaniya “ağ ölümdür”, həyatdan üz çevirməkdir.”Narkomaniya” və “Ölüm” sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır.Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur.Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur.Narkotik maddə alverçiləri heroin və kakoini yuyucu toz və ya şəkər qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir.Əgər “xalis mal”, yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar.
Nəyə görə müasir dünyamızda narkomaniya bu qədər geniş yayıla bilmişdir?
1960-cı illərdə “gənclik inqilabı” adlanan dövrdə gənc sənət adamları arasında narkotik maddələrin qəbulu dəbə düşmüş, bu, hətta özünəməxsus həyat tərzinə çevrilmişdi.Onlar bunu ictimaiyyətdən gizlətmir, bəzən sənət uğurlarını narkotik maddənin qəbulu ilə əlaqələndirirdilər.Bu sənətçilərin pərəstişkarları da onların həyat tərzini təqlid edərək narkotik maddə qəbul edirdilər.
Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
Milli bayramlar və tarixi günlər
15 İyun-Qurtuluş Günü
1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı.Birinci Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar bir yana, hələ vətəndaş müharibəsi təhlükəsi də gözlənilirdi.Belə şəraitdə özünün zəifliyini hiss edən Respublika rəhbərliyi o zaman Naxçıvan Muxtar Respublikasının Milli Məclisinə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etrdi.1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsinə seçildi.Bununla da hadisələrin gedişində böyük dönüş baş verdi.
17 İyun-Səhiyyə İşçiləri Günü
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır.Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi.Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu.
Prezidentin ( H.Əliyev ) 4 iyun 2001-ci il tarixli sərəncamın əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü
Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu addımlarından biri Milli Ordunun yaradılması oldu.1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərinin məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi.1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı.Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi.İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparıb güllələndi.
Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin (H.Əliyev) fərmanı ilə 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir.
30 İyun-Milli Sevgililər Günü
Artıq bir neçə ildir ki, 30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd edilir. Milli Sevgililər Günü 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı hadisələr zamanı şəhid olmuş İlham və Fərizənin şərəfinə elan edilib.Onlar 1989-cu il 30 iyunda ailə qurmuşdular.
Milli Sevgililər Gününün ideya müəllifi “Xural” qəzetinin baş redaktoru, “30 İyun-Sevgililər Günü” İctimai Birliyinin sədri Əvəz Zeynallıdır.
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR