Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Həsən Cəlal
(1215-1261)
Azərbaycan Ərəb xilafətinin tərkibinə qatılanda ərəblər Şimali Azərbaycan-Albaniyada yaşayan xristianlarla çox mülayim davranmış, buradakı qeyri-müsəlmanlara qoyulan cüzi vergi müqabilində onlara dini ayinlərini icra etməkdə heç bir maneçilik törətməmişdilər. Tədricən bütün Azərbaycan islam dinini qəbul edəndə alban mənşəli xristianlar əsasən Qarabağın dağlıq ərazilərində cəmləşmişdilər. Beləliklə, faktik olaraq burada alban xristian kilsəsinin mərkəzi yaradılır. Alban kilsəsi dünyanın başqa xristian kilsələrindən tam müstəqil şəkildə fəaliyyət göstərirdi. Ərəb xilafəti parçalanandan sonra Azərbaycan dövlətlərinin başçıları da eyni siyasəti yürüdür, Dağlıq Qarabağda albanların yaşamasına heç bir maneçilik törətmirdilər. Bu da təbii idi, çünki Dağlıq Qarabağda yaşayan albanlar Azərbaycanın müsəlman əhalisindən təkcə dinləri ilə fərqlənirdilər. Onların milli mənsubiyyəti, dili, adət-ənənələri eyni idi, onlar özlərini xalqımızın tərkib hissəsi kimi qəbul edirdilər. Hələ qədim dövrlərdən başlayaraq Qarabağın dağlıq hissəsi alban mənbələrində Arsax (yəni Ərsak,"Saklar ölkəsi"), yunan-Roma mənbələrində isə Orxistena adlanırdı. Eləcə də Zəngəzurun qədim alban mənbələrində Sünik adı məlum idi. Qarabağın dağlıq hissəsinin ayrı-ayrı vilayətlərində, həmçinin Zəngəzurda xırda xristian knyazlıqları yaranmışdı. Onların arasında Sünik knyazlığı nisbətən daha güclü idi. Alban-xristian knyazları həmişə Azərbaycanın müsəlman hökmdarları ilə normal əlaqədə olmuş, knyazlıqlar həmin Azərbaycan müsəlman dövlətlərinin tərkib hissəsi sayılmışlar.
XII əsrin sonlarında Sünik knyazlığı tam zəifləyir və belə şəraitdə Xaçın knyazlığı güclənməyə başlayır. Xaçın knyazlığı Qarabağda Xaçınçayla Tərtərçay arasında yerləşirdi və mərkəzi Xaçın qalası idi. Vaxtilə bütün Albaniyanı idarə etmiş Mehranilər sülaləsi burada hakimiyyətini qoruyub saxlaya bilmişdi.
1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal adlı bir şəxs gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir. Belə ki, yazıların birində o belə qeyd edir: "Mən, Tanrının aciz qulu Həsən, Vaxtanqın oğlu, böyük Həsənin nəvəsi...". Müəyyən edilmişdir ki, onun atası Mehranilər sülaləsindən olan Vaxtanq, anası isə Xorişax adlı qadın olmuşdur (həyatının sonunda bu qadın Qüds (Yerusəlim) şəhərinə ziyarətə getmiş və orada vəfat etmişdir). Dövrün mənbələrində Həsən Cəlala "knyazlar knyazı" deyilsə də, o özü "işxan" titulu daşıdığını göstərir. Erkən türk dövlətlərində bu titul hökmdarlarda olmuş və "işıq xan" söz birləşməsindən əmələ gəlmişdir. Bu ondan irəli gəlirdi ki, erkən türk dövlətlərində dövlət başçısı həm də dini ayinlərin icraçısı hesab edilirdi. Olduqca mömin bir ailədən çıxmış Həsən Cəlal özü də dindar adam olmuşdur. Dövrün mənbələri onu sakit, mülayim, kasıblara və zəiflərə əl tutan, dini ayinləri xırdalıqlarına qədər icra edən, daim kitab oxuyan bir şəxs kimi göstərirlər. Alban ailəsindən olan həyat yoldaşı da günlərini fağırlara kömək göstərməkdə və dua etməkdə keçirirmiş.
Siyasi qalmaqallardan uzaq olmağa çalışan Həsən Cəlal Azərbaycan Atabəyləri dövlətinin (Eldənizlər dövləti) tərkibində olduğu dövrdə əsasən tikinti işləri ilə məşğul olmuşdur. İnşa edilən məktəblərə, kilsə və monastırlara kitablar bağışlanır, orada xristian alimləri dərs deyirmiş. Müstəqil Alban kilsəsinin başçısı Nerses bu işlərə başçılıq edirmiş.
Monqol qoşunları Azərbaycana hücum edəndə Həsən Cəlal Atabəylərə əlindən gələn köməyi göstərmiş, Atabəylər dövləti məğlub olduqda isə əhalini dağ qalalarına köçürmüşdür. Azərbaycanda qısa müddətə xarəzmşah Cəlaləddinin hakimiyyəti qurulanda Həsən Cəlal onunla dil tapa bilmişdi. 1231-ci ildə monqol qoşunlarının Azərbaycana ikinci-dağıdıcı yürüşü başlayır. Sərkərdə Cormaqunun başçılığı ilə monqol qoşunları ardıcıl olaraq bütün şəhərlərimizi zəbt edir, müqavimət göstərənləri qılıncdan keçirirlər. Vəziyyətin belə olduğunu görən və heç yerdən kömək almaq ümidi olmayan Həsən Cəlal Cormaqunun düşərgəsinə gedir və itaətini bildirir. Cormaqun da öz qoşunlarına onun knyazlığında heç kimə xətər yetirməməyi tapşırır. Beləliklə, Həsən Cəlal Qarabağın qədim alban tikililərini dağıntılardan qorumağa müvəffəq olur.
Daim monqolların nəzarəti altında olan Həsən Cəlal Azərbaycanın hər bölgəsindən Qarabağa axışanlara köməklik göstərir, alban ziyalılarına isə xüsusi qayğı ilə yanaşır. Monqolların yürüşündən əvvəl Gəncədə yaşamış alban tarixçisi Kirakos Qanzakesi (Gəncəli) özünün "Tarix" əsərini yazmışdır. Əvvəllər Gəncədə yaşamış məşhur alban alimi Mxitar Qoş Xaçında "Alban xronikası" adlı əsərini tamamlayır. Monqollar hakimiyyətlərinin ilk dövrlərində ölkədə islam dininə mənfi yanaşır, şəriət qanunlarını icra etməyə imka vermirlər. Qanunsuzluğun qarşısının alınmasına çalışan Həsən Cəlalın tapşırığı ilə Mxitar Qoş "Məhkəmə qanunnaməsi" adlı bir əsər yazır və ölkədə ədalət məhkəməsi onun əsasında icra olunur. Mxitar Qoşun tərtib etdiyi alban kilsə başçılarının siyahısından aydın olur ki, bu kilsə lap qədimdə də, monqolların dövründə də müstəqil olmuş, onun başında yalnız albanlar dayanmışlar. Həsən Cəlalın əmri ilə VII əsr alban tarixçisi Moisey Kalankatlının əsərinin davamı yazılmışdır.
Bütün bu tədbirləri rəğbətlə qarşılayan Cormaqun oğluna Həsən Cəlalın qızını alır və beləliklə, mövqeləri möhkəmlənən Həsən Cəlal geniş tikinti işləri aparmaq üçün imkan əldə edir. Onun dövründə Qarabağda inşa edilən abidələr arasında ən möhtəşəmi Qandzasar monastır kompleksidir. İndiyədək bu kompleks Qafqazda alban-xristian memarlığının ən nadir incisi hesab olunur. Onun inşası 1238-ci ildə başa çatmışdır. O fəaliyyətə başlayanda Həsən Cəlal ətraf torpaqları və bağları monastırın əmlakı elan etmiş, monastıra gümüş qab-qacaq bağışlamışdır. Alban kilsəsinin mərkəzinə çevrildiyindən bəzən Alban katolikosluğu Qandzasar katolikosluğu adlanmağa başlayır. Qandzasarın divarında "Albaniyanın baş kilsəsi" və "Mən, Həsən Cəlal onu mənim alban xalqım üçün inşa etdim" sözləri yazılmışdır.
Həsən Cəlalın uğurlu fəaliyyəti bir çox monqol sərkərdələrinin xoşuna gəlmir. Odur ki, Cormaqunun ölümündən sonra onun vəziyyəti ağırlaşır. 1246-cı ildə monqol düşərgəsinə dəvət olunan Həsən Cəlal Buğa adlı sərkərdə tərəfindən həbs edilir, bir çox qalaları talanır. Xəzinəsi talanandan sonra Həsən Cəlal buraxılır. 1261-ci ildə o növbəti dəfə həbs olunur və ağır işgəncələrdən sonra öldürülür. Həsən Cəlalın ölümü ilə "Alban renessansı" adlı dövr də sona çatır. O, ağır tarixi şəraitdə Azərbaycan xalqının tərkib hissəsi olan albanların mənliyini qoruyub saxlamış, onların mədəniyyətini inkişaf etdirmiş, onların kilsələrinin müstəqilliyini təmin etmişdir. Hər zaman erməniləri dəstəkləyən Rusiya çarizmi 1836-cı ildə xüsusi fərmanla müstəqil alban kilsəsini ləğv edir. Albanlara aid bütün tikililər və nadir əlyazmalar erməni kilsəsinə verilir. Bundan istifadə edən ermənilər onları öz adlarına çıxmağa başlayırlar. Erməniləri Azərbaycan torpaqlarına köçürən imperiyaya da elə bu lazım idi. Beləliklə, onlar albanların tarixini silməklə Azərbaycan tarixinin çox mühüm bir hissəsini silməyə cəhd edirlər.
Qarabağa göz dikən ermənilər hal-hazırda Həsən Cəlalı və onun tikililərini özününküləşdirirlər. Onlar çəkinmədən görkəmli tarix şəxsiyyətimizə "Həsən Cəlalyan" deyir, Qanzasar monastırı üzərində olan alban yazıları və ornamentlərini qoparıb onu "erməni kilsə kompleksi" kimi qələmə verirlər. Hətta Kirakos Qanzakesinin "Tarix" əsərini özlərinə lazım olan şəkildə "Ermənistan tarixi" adı ilə çap edirlər.
Zəbt etdikləri Azərbaycan torpaqlarında möhkəmlənməyə çalışan ermənilər bunun üçün xalqımızın mədəni irsini və tarixini özününküləşdirirlər. Bunun qarşısı mütləq alınmalıdır.
XƏBƏR LENTİ
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Uşaq təhsil mərkəzi - FOTO
iPhone 7 necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir? - 25 APREL
Mehriban Əliyeva yemək bişirdi - FOTO
Quru dəriyə qulluq
Cenner 10 il əvvəlki FOTOsu ilə TƏƏCCÜBLƏNDİRDİ
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
Gavalılı piroq (foto resept)
Tərəvəzli plov (foto resept)
Ermənistan Nazirlər Kabineti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi
Əhalinin sayı açıqlandı
Pensiyalar verilməyə başlandı - ARTIM VAR
Azərbaycanda yas mərasimləri ilə bağlı qadağa
Qat-qat xəmirdən çiçək(foto resept)
Azərbaycanda hava yenidən kəskin dəyişəcək
Övladlığa götürülən uşaqlara görə müavinət veriləcək – LAYİHƏ
Stiven Hokinqin pandemiya ilə bağlı DƏHŞƏTLİ PROQNOZU: 1 il ərzində...
Şahzadə və sevgilisi bal ayını Türkiyədə keçirmək istəyir
Məktəblərdə qış tətilinin VAXTI açıqlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı AÇIQLAMA
Toyda çəkilən FOTO hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Əl yazısı sıradan çıxır?
ABŞ-da koronavirus qurbanları maraqlı tərzdə anıldı - VİDEO
“Victoria’s Secret” ənənəvi şousunu ləğv etdi - 25 ildə ilk dəfə
Yeni il axşamı hamilələr ehtiyatlı olsun
Körpənin rahat yatması üçün...
Üzdə çıxan sızanaqların yerinə görə səbəbləri
Ermənilərin Bərdəyə terror hücumu zamanı yaralanan şəxslərin son durumu-VİDEO
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Demi Murun cadulu qalstuku-FOTO
11 ildə evimizdə nələr dəyişdi?
Antibiotiklərin orqanizmdə rolu
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
Sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riski azdır
Tramvay xətti üçün uyğun yol hansıdır?
Sərhədçi olmaq istəyənlərin diqqətinə
Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO
Polad Bülbüloğlu Qızıl Orden aldı
Halit Ergenç xəstəxanaya yerləşdirildi-FOTO
Qapalı geyim dəstləri
Oruc tutan adamın çox yatması düzgündürmü?
Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ...
Bu qışın dəbi: Fəxriyyə Xələfovadan məsləhətlər
Hamilə qadınlarda qinqivit
Bakıda iki nəfərdə koronavirus şübhəsi - Rəsmi
Vafli (foto resept)
Kəşfiyyatçı polkovnikin qəhrəmanlıq DASTANI
Ayaq bilərzikləri-4
Müasir bərbərliyin inkişafı















- ŞƏRHLƏR